[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə73/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   68   69   70   71   72   73   74   75   76

11 
 
ibarət  olub,  kanalcıqların  arasında  isə  intersitsial  toxuma 
olur. Toxumluq paycığı diametri 160-200 mk olan toxumluq 
qıvrım  kanalcığından  ibarətdir.  Hər  bir  toxumluqda 
toxumluq  kanalcığının  uzunluğu  1-3  km  arasında  olur. 
Qıvrım  kanallar  düz  kanallara  keçərək,  toxumluq 
arakəsməsinə  daxil  olub,  toxumluq  toru  əmələ  gətirir. 
Toxum kanalı xaricdən birləşdirici toxuma qişası ilə örtülür. 
Qişanın  dərin  hissəsində  yerləşən  bazal  zarda  spermatagoni 
hüceyrələri  və  iri  çıxıntılı  Şertoli  hüceyrələri  olur.  Sertoli 
hüceyrələri  uzunsov  formada  olub  trofik  funksiyanı  yerinə 
yetirir.  Bu  hüceyrələr  inkişaf  etməkdə  olan  spermatagoni 
hüceyrələrə qida çatdırır. Özləri isə bölünmür. Spermotogen 
epteli 
hüceyrələri 
kanalda 
müxtəlif 
diferensasiya 
mərhələsində  olur.  Burda  hüceyrələr  iki  dəfə  bölünərək  4 
spermatozoid  əmələ  gətirir.  Kanalcıqların  arasında  boş 
birləşdirici  toxumada  testesteron  hormonu  hasil  edən 
endokrinositlər  olur.  Qıvrım  kanallar  düz  kanallara  keçir. 
Düz  kanalların  daxili  səthi  bir  qat  sütunvari  hüceyrələrlə 
örtülüdür.  Düz  kanallar  toxumluq  arakəsməsinə  daxil  olub, 
tor  əmələ  gətirir.  Bu  tordan  10-30  kimi  güclü  qıvrılmış 
toxumçıxarıcı axarlar ayrılaraq toxumluq artımının başcığını 
əmələ gətirir.  
Toxumluq  artımı  başcıq,  cisim  və  quyruq  hissələrindən 
təşkil  olunmuşdur.  Toxumluqdan  sperma  toxumluq  mayəsi 
ilə  birlikdə  toxumluq  artımının  başcığına,  burdan  da  cismə 
daxil  olur.  Toxumçıxarıcı  kanalların  daxili  səthini  sütunvari 
kirpikli  və  kubiki  hüceyrələrdən  təşkil  olunmuş  birqatlı 
epitel  hüceyrələr  örtür.  Sütunvari  hüceyrələrin  kirpikləri 
spermanın  hərəkətini  təmin  edir.  Kubiki  hüceyrələr  isə 
sekretor  hüceyrələrdir.  Epitel  qatının  üstündə  saya  əzələ 
hüceyrələri olan birləşdirici toxuma qişası yerləşir.  
Toxumluq artımının divarı epitel, birləşdirici toxuma və 
əzələ qatlarından təşkil olunmuşdur. Epitel qatı iki sıralı vəz 
epiteldir.  Sütunvari  sekretor  hüceyrələr  kubiki  hüceyrələr 
olub kambial hüceyrələrlə bazal zarın üstündə yerləşir. Bazal 


12 
 
zarın  arxasında  birləşdirici  toxuma  və  əzələ  qişası  yerləşir. 
Toxumluq  artımının  cismi  quyruq  hissəsinə,  bu  da 
toxumçıxarıcı  axara  keçir.  Toxumçıxarıcı  kanalın  divarı 
selikli  əzələ  və  seroz  qişalardan  təşkil  olunmuşdur.  Selikli 
qişa dərin boylama büküşlər əmələ gətirir. Başlanğıc hissədə 
büküşlərin  üstü  iki  sıralı  kirpikli,  sonra  bir  sıralı  epitellə 
örtülüdür.  Toxumçıxarıcı  kanalın  distal  hissəsi  ampulvari 
genişlik  əmələ  gətirir.  Genişlik  əlavə  cinsiyyət  vəzi  olub, 
spermatozoidləri  qidalandıran  sekret  hazırlayır.  Selikli 
qişanın  xüsusi  qatı  boş  birləşdirici  toxumadandır.  Əzələ 
qişası  saya  əzələ  hüceyrələrindən  olub,  daxili  dairəvi  və 
xarici  boylama  istiqamətlərdə  yerləşir.  Seroz  qişa  boş 
birləşdirici toxumadan olub, üstü mezotel ilə örtülüdür. Şəkil 
45. 
 
Əlavə cinsiyyət vəzləri 
Əlavə 
cinsiyyət 
vəzlərinə 
qovuqvari, 
prostat, 
soğanaqvari  vəzlər  aiddir.  Bunların  hasil  etdiyi  sekret 
toxum mayesi üçün vacibdir. 
Qovuqvari vəzlər toxumaparıcı kanalın divarından əmələ 
gəlir. Kanalın selikli qişasının ikincili və üçüncülü büküşləri 
birləşib ümumi torvari sistem əmələ gətirir. Vəzin epiteli qatı 
boş  birləşdirici  toxumadan  olan  xüsusi  qatda  yerləşən  bir 
qatlı  prizmatik  sekretor  epiteldən  ibarətdir.  Qovuqların 
divarında  alveolyar-  borulu  vəzlər  yerləşir.  Axtalanmış 
heyvanlarda bu vəzi fəaliyyət göstərmir. 
Prostat mürəkkəb paycıqvari borulu vəzdir. Vəz bir neçə 
axarla sidik buraxıcı kanala açılır. Bu vəzin sekreti cinsiyyət 
yolunun turş mühitini neytrallaşdırır və spermanın hərəkətini 
tənzim edir. 
Soğanaqvari  vəz  mürəkkəb  alveolyar-  borulu  vəzdir. 
Vəzin  uc  şöbələri  birqatlı  prizmatik  epitel  ilə  çıxarıcı 
axarların  daxili  səthi  isə  bir  qatlı  kubvari  epitellə  örtülüdür 
və sidik buraxıcı kanala açılır. 
Sidik  buraxıcı  kanalın  divarı  selikli,  əzələ  və  seroz 


13 
 
qişalardan  təşkil  olunmuşdur.  Selikli  qişa  epiteli,  xüsusi, 
damarlı  və  vəzili  qatlardan  təşktil  olunmuşdur.  Selikli  qişa 
sidik  kisəsinə  yaxın  keçid,  qalan  hissəsi  isə  çoxqatlı 
prizmatik  epitellə  örtülüdür.  Xüsusi  qat  boş  birləşdirici 
toxumadan 
olub, 
retikulyar 
hüceyrələrlə 
və 
limfa 
düyüncükləri  ilə  zəngindir.  Damarlı  qatda  mağaralı  cisimlə 
birləşən  venoz  tor  yerləşir.  Venoz  torun  damarları  selikli 
qişanın damarlı qatını əmələ gətirir. Vəzili qat prostatın vəz 
paycıqları  kimidir.  Sidik  buraxan  kanalın  kaudal  hissəsində 
vəzili  qat  olmur.  Bu  hissədə  selikli  qişa  epiteli  və  mağaralı 
qatlardan  ibarətdir.  Mağaralı  cisim  üstdən  ağlı  qişa  ilə 
örtülüdür, bu qişa cismin daxilinə arakəsmələr verərək, onun 
stromasını təşkil edir. Mağaralı cismin boşluqları endoteli ilə 
örtülü olub, öz aralarında birləşir, qanla tez dolur, spermanın 
hərəkəti  zamanı  sidik  buraxıcı  kanalın  divarı  elastiki  olur. 
Kanalın  əzələ  qişası  eninə  zolaqlı  əzələdən  olub  dairəvi, 
ayqırlarda  daxili  boylama  və  xarici  dairəvi  qatlar  əmələ 
gətirir. Xarici qişa boş birləşdirici toxumadandır.  
Cinsiyyət  üzvü  başcıq,  cisim  və  kökdən  ibarətdir. 
Cinsiyyət  üzvündən  sidik  buraxıcı  kanal  keçir.  Kanal 
mağaralı  cisim  adlanan  damarlı  toxuma  ilə  əhatə 
olunmuşdur. Mağaralı cismin birləşdirici toxumasında çoxlu 
saya  əzələ  hüceyrələri  olur,  daxili  səthi  endoteli  ilə  örtülü 
olub  bir-biri  ilə  anastomozlaşan  boşluqlar  olur.  Mağaralı 
cismin əsasını sıx birləşdirici toxuma ilə birləşən ağlı qişa ilə 
örtülü  iki  mağaralı  cisim  təşkil  edir.  Mağaralı  cisim  venoz 
qanla  dolur  və  qan  damarları  ilə  birləşir.  Bu,  cinsi  əlaqə 
zamanı mağaralı cismə qanla dolmağa imkan verir. 
Mağaralı  cismə  açılan  arteriyalar  qıvrılmış  olur.  Bunlar 
ilbizvari  arteriyalar  adlanır  və  arteriovenulyar  kapilyarlarla 
birləşir.  Bunların  endoteli  qatında  klapanlar  olur,  cinsi 
oyanma zamanı klapanlar boşalır, qan mağaralı cismə dolur. 
Oyanma  qurtaran  kimi  klapanlar  bərkiyir  və  qanın  ilbizvari 
arteriyalara  axımı  dayanır  içəridəki  qan  venoz  damarlara 
axır. 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə