00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə15/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   59

 
 
 
 
İnformasiya
 

41 
 
 K
RİPTOQRAFİYA 
 
Təxminən miladdan öncə 400-cü 
illərdə spartalılar informasiyanı 
şifrləmək üçün belə bir üsuldan 
istifadə edirdilər: perqament 
zolağı silindr formalı ağac 
parçasına sarınırdı və məlumat 
sətirbəsətir həmin zolağa yazılırdı. 
Sarğı açıldıqdan sonra onun 
üzərindəki yazı, sadəcə, təsadüfi 
simvollar yığını kimi görünürdü.  
 
 
Sizcə,  məlumatı  qarşı  tərəf  necə  bərpa  edə 
bilərdi?  
 
Kodlaşdırma ilə şifrləmə arasında fərqi nədə 
görürsünüz?  
 
 
 
"Kriptoqrafiya"  sözündəki  hər  bir  hərf  əlifbada  özündən  müəyyən  mövqe    məsafədə 
yerləşən hərflə əvəzlənib.
  
 
    a) qsjruölscgjzb                       b)  lşksüpmşcğkaə                           
    c) oümuzşöüeımçe                       d)  nultysouçxlcd 
 
– Verilmiş simvollar yığınından hansı "kriptoqrafiya" sözünün şifridir? 
– Öz adınız bu qayda ilə şifrlənsə, necə olacaq? 
 
Ötən  dərsdə  qeyd  olunduğu  kimi,  haker  hücumlarının  əsas  məqsədi  təkcə 
kompüterdə olan informasiyanın məhv edilməsi deyil, həm də onların icazəsiz “ələ 
keçirilməsidir”. Əgər bunun qarşısını texniki vasitələrin köməyi ilə almaq mümkun 
olmursa,  onda  şifrləmə  sistemindən  istifadə  edilir.  Şifrləmə  üsulları  ilə  krip-
toqrafiya  məşğul  olur.
 
“Kriptoqrafiya”  iki  yunan  sözündən  (κρυπτός  –  gizli  + 
γράφω – yazıram) ibarət olub “gizli yazı” mənasını verir. 
Kriptoqrafiyadan istifadə haqqında ilk məlumatlar Qədim Misir (m.ö. 1900-cü 
il), Qədim Mesopotamiya (m.ö. 1500-cü il) dövrünə aiddir.
 
IX əsrin ortalarınadək 
dünyada məlumatların şifrlənməsi üçün ən geniş yayılmış üsul təkəlifba şifri idi. Bu 
üsulda kodlaşdırılan mətnin hər bir hərfinə qarşı birqiymətli olaraq hansısa şifrlən-
miş hərf qoyulur.  
F Ə A L İ Y Y Ə T  
1.8 


 
 
 
 
 
42 
 
 
 
IX əsrdə ərəb alimi əl-Kindi "Şifrlənmiş məlumatların şifrinin açılması haqqında 
əlyazma"  əsərində  məlumatların  daha  effektli  şifrləmə  üsulundan  –  çoxəlifba 
şifrindən  istifadə  etdi.  Yeri  gəlmişkən,  Avropa  ölkələrində  çoxəlifba  şifrinin 
tətbiqinə yalnız XV əsrdə başlanılıb. XX əsrin başlanğıcında şifrləmə işlərində elek-
tromexaniki qurğulardan istifadə edildi.  
 
 
Bu dövrədək müxtəlif şifrləmə üsullarından istifadə olunsa da, kriptoqrafiyada 
onların hamısı bir qrupa aid edilir: gizli (qapalı) açarla şifrləmə. Aydındır ki, şifrin 
açılması (deşifrləmə) alqoritmini açar müəyyənləşdirir. Gizli açar elə açara deyilir 
ki, gizli olaraq yazışan iki abonent əvvəlcədən onu bir-birinə verirlər (bildirirlər). 
Həm şifrləmə, həm də deşifrləmə bu vahid açar vasitəsilə aparılır. 
Gizli yazışmada əsas məsələ bu açarı üçüncü şəxslərdən gizli 
saxlamaqdır.  Bu  üsulla  şifrləməyə  sürüşmə  üsulu  ilə 
şifrləməni, yaxud Sezar şifrini göstərmək olar: 1 və 32 
ədədləri arasında hər hansı bir ədədi götürülür. Əlifbanın 
hərfləri  çevrə  boyunca  saat  əqrəbi  istiqamətində  yazılır 
(belə  ki,  “a”  hərfi  “b”  və  “z”  ilə  qonşu  olur).  Sonra 
şifrlənəcək mətndə hər bir hərf “hərflər çevrəsində” ondan 
saat  əqrəbi  istiqamətində  k  sayda  hərfdən  sonra  yerləşən 
hərflə əvəz olunur. Boşluq və durğu işarələri dəyişdirilmir. 
  
 
n ü m u n ə    
= 2 olduqda Azərbaycan əlifbasında “a” hərfi “c” ilə, “b” hərfi “d” ilə və s. əvəz 
olunar. Bu cür şifrləmədən istifadə etsək, “KRİPTOQRAFİYA” sözü 
“MTQŞVRNTCHQBC” şəklinə düşəcək. 
___________________________________________________________________ 
 
Aydındır ki, internet-forumlarda geniş istifadə 
olunan ROT13 şifri Sezar şifrinin xüsusi halıdır 
(k = 13) və belə şifrləri açmaq o qədər də çətin 
deyil.  Müasir  kriptoqrafiyada  qat-qat  mürəkkəb 
açarlardan istifadə olunur. 
 

Kriptoqrafiya 

Gizli açarla şifrləmə 

Sürüşmə üsulu ilə şifrləmə 

Sezar şifri 

Açıq açarlı alqoritmlər
 

AR

zl
ə
r
Əbu  Yusif  Yaqub  ibn  İshaq  ibn  Səbbah  əl-Kindi  (təx-
minən 801–873) – ərəb filosofu, riyaziyyatçısı, musiqi nəzə-
riyyəçisi, astronomu. Əl-Kindi metafizika, məntiq, etika, ri-
yaziyyat, kriptoqrafiya, münəccimlik, tibb, meteorologiya, 
optika və musiqiyə aid çoxlu sayda elmi əsərin müəllifidir. 
Qərbi  Avropada  latınlaşdırılmış  Alkindus  adıyla  tanınıb. 
Onun  təxminən  850-ci  illərdə  yazdığı  "Şifrlənmiş  məlu-
matların  şifrinin  açılması  haqqında  əlyazma"  əsəri  tezlik 
kriptoanalizinə həsr olunmuş ilk əsər kimi tanınır. 
Tari
x
 


 
 
 
 
İnformasiya
 

43 
 
XX əsrdə kriptoqrafiyaya yeni anlayış – asimmetrik şifrləmə alqoritmləri daxil 
edildi. Asimmetrik alqoritmlər, yaxud açıq açarlı alqoritmlər iki ayrı-ayrı açar-
dan – şifrləmə (açıq) və deşifrləmə (gizliaçarından istifadəyə əsaslanır. Açıq açarlı 
alqoritmlərdə  əsas  tələb  odur  ki,  açıq  açara  görə  gizli  açarı  hesablayıb  tapmaq 
mümkün olmasın. Belə olduqda şifrləmə açarı hər kəsə bildirilə bilər, onsuz da şifri 
açmaq üçün başqa açar gərəkdir. 
Kriptoqrafiya  üsulları  təkcə 
məlumatları  məxfiləşdirməyə  im-
kan  vermir.  Həmçinin  məlumatın 
tamlığını qorumaq üçün onun də-
yişdirilməsi, yaxud mətnin başqa-
sı ilə əvəz edilməsi faktını, o cüm-
lədən  məlumatın  mənbəyinin  hə-
qiqiliyini  aşkarlamağa  imkan  ve-
rən üsullar da mövcuddur. 
Son  zamanlar  rəqəmli  imza 
texnologiyası meydana çıxmışdır. 
Rəqəmli  imza,  yaxud  elektron 
imza  şəxsi  gizli  şifrdir  və  onun 
açarı  yalnız  sahibinə  məlumdur. 
Rəqəmli  imza  usullarında  çox 
zaman  asimmetrik  şifrləmə  alqo-
ritmlərindən – şifrləmə üçün gizli 
açardan,  deşifrləmə  üçünsə  açıq 
açardan istifadə olunur.
 
 
Rəqəmli  imza  məlumatın  hə-
qiqiliyinin  imza  sahibi  tərəfindən 
təsdiq  olunduğunu  bildirir.  Əgər 
rəqəmli  imza  ilə  təsdiq  olunmuş 
sənəd  almısınızsa,  onda  sizə  şifri 
açmaq  üçün  imza  sahibinin  ver-
diyi  açıq  açar  da  lazımdır.  Bəs 
aldığınız açıq açarın sənədi imza-
laması  tələb  edilən  şəxsə  məx-
susluğuna necə əmin olmalı? Burada rəqəmli sertifikat köməyə gəlir. 
Rəqəmli sertifikat səlahiyyətli orqan tərəfindən imzalanmış elə məlumatdır ki, 
orada açıq açarın həqiqətən də imza sahibinə aid olması və deşifrləmə  məqsədilə 
istifadə edilə bilməsi təsdiqlənir. Sertifikatlaşmaya səlahiyyəti olan orqandan sertifi-
kat almaq üçün həmin orqana ərizəçinin kimliyi ilə bağlı müxtəlif sənədlər təqdim 
edilməlidir. 
 
Diqqət! 
Araşdırmalarla sübut olunmuşdur ki, mutləq etibarlı şifrlər olmur. Sadəcə, istə-
nilən şifrin acılması zaman və məsələnin həllinə yönəldilən resurslarla bağlıdır. 
İkinci  dunya  müharibəsi  zamanı  Polşa  və  Bri-
taniya mütəxəssisləri alman şifrləmə maşını olan 
“Enigma”nın sirrini açmışdılar.  
Nəticədə almanların çox-
lu sualtı qayığı məhv 
edildi, “Bismark” linkoru 
batırıldı və Almaniyanın 
silahlı qüvvələri bir sıra 
əməliyyatlarda ağır 
itkilərə məruz qaldı.
 
Tari
x
 
Azərbaycan Respublikasının “Elektron imza 
və elektron sənəd haqqında” qanunu  9 mart  
2004-cü il tarixdən qüvvədədir.
 
Tari
x
 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə