00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə31/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   27   28   29   30   31   32   33   34   ...   61

100 
 
 
 
 
Yuxarıda verilmiş məlumatlar əsasında "Xalçaçılıq məktəbləri", "Toxunma texnikası" və 
"Xalça növləri" cədvəllərini doldurun.  
"Xalçalar" cədvəlini doldurmaq üçün Azərbaycan Xalça Muzeyinin rəsmi saytından, eləcə 
də “Vikipediya” açıq ensiklopediyasından (wikipedia.org) istifadə edin.  
 
Bildiyiniz kimi, verilənlər bazası iki rejimdə təqdim edilə bilər: cədvəl və forma. 
Forma  elektron  blankdır  və  bu  blankın  sahələri  verilənlər  bazasındakı  yazıların 
elementlərinə  uyğun  olur.  Bu  sahələrə  yazılmış  verilənlər  avtomatik  şəkildə  baza 
cədvəllərinə daxil edilir. 
 
 
"Xalçalar" cədvəli üçün formanın yaradılması 
 
1.  "Xalılar" verilənlər bazası faylını açın. 
2.  Create menyusunu açın.  
 
 
3.  Blank Form düyməsini çıqqıldadın. Aşağıdakı pəncərə açılacaq. Sağ tərəfdə bazada 
mövcud olan cədvəllərin adları əks olunacaq. 
 
 
 
4.  "Xalçalar"  cədvəlinin  önündəki  "+"  işarəsini  çıqqıldadın.  Cədvəlin  sahələri  əks 
olunacaq. 
 
 
 
 
 
 
2
F Ə A L İ Y Y Ə T  
A D D I M   2  
A D D I M –
  LAYİHƏ


 
101 
 
 
 
Verilənlər bazas
ı 

5.  Siçanın sol düyməsini basılı saxlamaqla bütün sahələri bir-bir formanın boş sahəsinə 
keçirin. 
 
 
 
6. 
Format  menyusunun  AutoFormat  düyməsini  çıqqıldadın.  Formanın  xarici 
görünüşünü dəyişmək üçün çeşidli üslublar təklif olunacaq. 
7. 
Bu üslubları bir-bir seçin və Form1 formasının tərtibatının necə dəyişdiyini izləyin. 
Xoşunuza gələn üslublardan birini seçin və növbəti addıma keçin.  
8. 
Form1 pəncərəsini qapadın. Öncə formaya edilmiş dəyişiklikləri yadda saxlamaq, 
Yes cavabından sonra isə formaya yeni ad vermək təklif ediləcək.  Xalçalar adını 
daxil edin və OK düyməsini çıqqıldadın. 
Xalçalar forması All Tables panelində uyğun bölməyə əlavə olunacaq. 
 
 
 
  LAYİHƏ


102 
 
 
 
9.  Xalçalar formasını ikiqat çıqqıldadın. Forma yenidən açılacaq və orada "Xalçalar" 
cədvəlindəki birinci yazı əks olunacaq.  
 
 
 
10.  Bu forma vasitəsilə "Xalçalar" cədvəlinə daha bir neçə xalça haqqında məlumat daxil 
edin. 
11.  İşin sonunda formanı, sonra isə Access proqramını qapadın.   
 
Verilənlər  bazasında  verilənlərə  müraciət  etmək  üçün,  adətən,  sorğulardan 
istifadə olunur. Sorğularla işləmək rahatdır, sürətlidir və onlar təhlükəsizlik baxımın-
dan etibarlıdır.    
 
 
Sorğunun yaradılması 
 
1.  "Xalılar" verilənlər bazası faylını açın. 
2.  Create menyusuna daxil olun və açılan alətlər zolağında Query Design düyməsini 
çıqqıldadın.  
3.  Query1  səhifəsi,  eyni  zamanda  Show  Table  dialoq pəncərəsi  açılacaq.  "Xalçalar" 
cədvəlini  seçin  və  Add  düyməsini  çıqqıldadın.  Cədvəl  Query1  səhifəsinə  əlavə 
olunacaq. Eyni əməliyyatı "Xalçaçılıq məktəbləri" və "Toxunma texnikası" cədvəlləri 
üçün də təkrar edin. 
4.  Show Table pəncərəsini qapadın. 
A D D I M   3  
A D D I M –
  LAYİHƏ


 
103 
 
 
 
Verilənlər bazas
ı 

5.  İkiqat çıqqıldatmaqla "Xalçalar" cədvəlində AdıQrupu və TexnikaKodu sahələrini, 
"Xalçaçılıq məktəbləri" cədvəlində Adı sahəsini, "Toxunma texnikası" cədvəlində Adı 
sahəsini seçin. Bu sahələr sorğu blankının aşağı hissəsindəki sütunlarda görünəcək. 
6.  "Xalçaçılıq  məktəbləri"  cədvəlinin Adı  sahəsi  üçün  çeşidləmə  verin.  Bunun  üçün 
uyğun xananı çıqqıldadın və açılan siyahıdan Ascending (Artma sırası ilə) bəndini 
seçin.  
7.  Yenə  həmin  sahə  üçün  seçim  şərtini  göstərin:  Abşeron xalçaçılıq məktəbi.  Bunun 
üçün həmin sözü Criteria (Meyar) sətrində uyğun xanaya daxil edin. 
 
 
 
8.  Alətlər zolağındakı 
 (Çalışdır) düyməsini çıqqıldadın. Nəticəyə baxın. 
 
 
 
9.  ViewDesign View komandasını seçməklə konstruktor rejiminə keçin. 
10.  Sorğu pəncərəsini qapadın. Sorğunu yazıb saxlamaq təklif olunacaq.  
11. 
Sorğunu Abşeron adı ilə saxlayın. Sorğu faylının adı baş pəncərənin sol hissəsindəki 
paneldə sorğunun aid olduğu cədvəllərin adlarından aşağıda görünəcək.
 
 
 
Beləliklə, bu bölümdə siz bir neçə verilənlər bazası layihəsi ilə tanış oldunuz. Bu 
cür layihələrin nümayişi zamanı bir neçə məqama xüsusi diqqət yetirilməlidir: 
  Bu verilənlər bazasının yaradılmasında məqsəd nədir? 
  Baza üçün zəruri verilənlər haradan və necə əldə edilir? 
  Hansı cədvəllər yaradılıb və verilənlərin onlar üzrə paylanması necədir? 
  Cədvəllərin strukturları nə üçün belə müəyyən olunub? 
  Hər bir cədvəldə açar sahələr hansıdır? 
  Cədvəllərarası əlaqələr necədir?  
  Cədvəllər normallaşdırma tələblərinə cavab verirmi?  
 
  LAYİHƏ


104 
 
 
 
Əlbəttə, bu siyahıya layihə mövzusundan asılı olaraq başqa suallar da əlavə edə 
bilərsiniz.  
 
 
Azərbaycan Xalça Muzeyinin saytı ilə ətraflı tanış olun. Bu muzey hansı təhsil fəaliyyəti 
ilə də məşğul olur? Muzeydə xalçalarla yanaşı, daha hansı sənət əsərlərinin kolleksiyaları 
saxlanılır?  Həmin  kolleksiyalardan  birini  seçin  və  onun  haqqında  verilənlər  bazası 
hazırlayın. Bazada hansı cədvəllərin olmasını zəruri hesab edirsiniz? Cədvəllər arasında 
əlaqələr  qurun.  Bazaya  bir  neçə  yazı  daxil  edin.  Hər  bir  cədvəl  üçün  uyğun  forma  və 
hesabat faylı yaradın.  
 
 
Özünüzü yoxlayın 
1. 
"Xalçalar" və "Xalçaçılıq məktəbləri" cədvəlləri arasında hansı əlaqə növü var?
 
2. 
Yalnız bir cədvəldən ibarət olan verilənlər bazası ola bilərmi? 
3. 
Bir cədvəlin bütün sahələri hansısa başqa cədvəllərlə əlaqəli ola bilərmi? 
4. 
Formalardan istifadə edilməsinin hansı üstünlükləri var? 
5. 
Verilənlər bazası layihəsinin nümayişi zamanı əsas diqqət layihənin hansı cəhətlərinə 
yönəldilməlidir? 
 
   
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə