128
Məlumdur ki, hər hansı ərazini nəzəri olaraq
eyni formalı zonalara bölmək üçün (zonaların kə-
sişməməsi və heç bir boş sahənin qalmaması şərti
ilə) üç düzgün həndəsi fiqurdan istifadə etmək
olar: üçbucaq, kvadrat və altıbucaqlı. Bu örtüklə-
rin içərisində ən səmərəli olanı altıbucaqlıdır. Sə-
bəb isə çox sadədir: dairəvi əhatə sahəsi olan
baza
stansiyalarını (antenləri) məhz altıbucaqlıların mərkəzində yerləşdirməklə ərazini,
demək olar ki, ideal örtmək mümkündür.
Eyni zamanda çoxlu sayda abonentə xidmət göstərilməsi tələb olunduğu yerlərdə
daha kiçikölçülü zonalar yaradılır. Bu halda ilkin altıbucaqlı kiçikölçülü yeddi altı-
bucaqlıya (
pikohücrələrə) bölünür. Bu zaman şəbəkənin qalan strukturu pozulmur.
Əlbəttə, düzgün həndəsi formalı iş zonalarına nail olunması praktikada heç də
həmişə mümkün olmur. Radiodalğaların yayılma məsafəsi ərazinin relyefindən –
təpələrdən, yarğanlardan, dağlardan, böyük binalardan və başqa maneələrdən asılı-
dır. Onlar iş zonalarının formasını təhrif edir və baza stansiyalarını ciddi həndəsi
nizamla yerləşdirməyə imkan vermir.
Hücrəsəl sistemin əsas elementləri bunlardır:
abonent avadanlığı (mobil radio-
telefonlar), xidmət ərazisində yerləşdirilmiş
baza stansiyaları şəbəkəsi və
kommu-
tasiya mərkəzi.
Hər bir
baza stansiyası çoxkanallı qəbuledici-ötürücü qurğudur və hər qurğu öz
hücrəsinin hüdudlarındakı abonentlərə xidmət göstərir. Bütün baza stansiyaları
xüsusi rabitə xətləri (naqilli və ya radio-rele) vasitəsilə kommutasiya mərkəzi ilə bir-
ləşdirilir.
Kommutasiya mərkəzi şəbəkənin idarəolunmasını təmin edir və, əslində xüsusi
avtomat telefon stansiyasıdır. Orada hücrəsəl şəbəkənin bütün abonentləri haqqında
məlumat saxlanılır, abonentlərin erişim hüquqları yoxlanılır və onlar tanınır (kimliyi
müəyyənləşdirilir), informasiya emal edilir və saxlanılır.
Kommutasiya
mərkəzi
Baza stansiyası
Şəhər telefon stansiyası
LAYİHƏ
129
Şəbəkə te
xn
ologiyala
rı
4
Onun başqa funksiyaları da vardır: mobil tele-
fonların siqnallarının izlənməsi, telefon bir hüc-
rədən başqasına hərəkət etdikdə estafetin başqa
stansiyaya ötürülməsi, küylər və ya nasazlıqlar
yarandıqda hücrələrdə kanalların kommutasiyası
və ən başlıcası – hücrəsəl şəbəkə abonentinin
yığdığı nömrəyə uyğun olaraq başqa abonent ilə
bağlantı qurulması, yaxud şəhər, şəhərlərarası və ya beynəlxalq telefon şəbəkəsinə
çıxılması.
Hücrəsəl şəbəkənin elementlərinin iş prinsipini sadə şəkildə belə təsvir etmək
olar. Hər bir baza stansiyasında idarəedici adlandırılan xüsusi kanal var və bütün
hücrəsəl telefonlar çağırış gözləyərək bu kanaldakı siqnallara "qulaq asır". Abonent
zəng etmək istədikdə nömrəni yığdıqdan dərhal sonra radiotelefon
avtomatik olaraq
sərbəst kanal axtarmağa başlayır. Onu aşkarladıqda öz parametrlərini və yığılmış
nömrəni baza stansiyası vasitəsilə hücrəsəl şəbəkə kommutatoruna ötürür. Abonen-
tin parametrlərini yoxladıqdan sonra kommutasiya mərkəzi bağlantını həyata keçirir.
Əks istiqamətdə – hücrəsəl şəbəkə abonenti çağırıldıqda kommutator belə bir abo-
nentin olmasını öz verilənlər bazasında yoxlayır və radiotelefonu hər bir hücrədə
axtarmağa başlayır. Abonentin radiotelefonu bu çağırışı idarəedici kanal vasitəsilə
qəbul edərək onu təsdiqləyir və beləliklə də özünün hücrəsəl şəbəkədə yerini təyin
edir. Bundan sonra kommutator verilmiş hücrədə boş danışıq kanalı tapır və bağ-
lantını ona keçirir.
Kommutator bağlantını təşkil etməklə yanaşı, radiotelefonların siqnallarını ra-
bitə prosesində də daim izləyir. Əgər avadanlıqlarda nasazlıq yaranarsa və ya küylər
əmələ gələrsə, kommutator başqa bir boş kanal tapır və danışığı ona keçirir. Bağlantı
prosesində abonentin öz yerini dəyişməsi siqnalların səviyyəsinin çox aşağı düşmə-
sinə səbəb ola bilər. Onda kommutator bağlantını abonentə daha yaxın olan başqa
bir baza stansiyasına keçirir. Bu keçirmə o qədər sürətlə baş verir ki, abonent bunu
hiss etmir.
Diqqət!
Hazırda hücrəsəl rabitə mobil rabitənin ən geniş yayılmış növü olduğundan mobil
telefon deyəndə, adətən, məhz hücrəsəl telefon
nəzərdə tutulur. Əslində isə hücrəsəl
telefonlarla
yanaşı, peyk telefonları, radiotelefonlar, magistral rabitə aparatları da
mobil telefonlardır.
Mobil telefonların əlavə funksiyaları (kalkulyator, təqvim), demək olar ki, həmişə
olmuşdur. Ancaq zaman keçdikcə buraxılan yeni intellektul modellər daha geniş
Dünyada ilk mobil telefon Motorola şirkətinin DynaTAC 8000X modeli hesab edilir. Bu
qurğunun ilk nümunəsi 1973-cü ildə nümayiş etdirilsə də, satışa yalnız 1983-cü ildə
çıxarılıb. Təxminən 1 kiloqram çəkisi olan DynaTAC akkumulyatorun bir yüklənməsində
20 dəqiqə işləyə və 30-dək telefon nömrəsini yadda saxlaya bilirdi.
Tari
x
Mobil
rabitə
Hücrəsəl
rabitə
Baza stansiyası
Kommutasiya mərkəzi
Mobil
telefon
Smartfon
AÇ
AR
sö
zl
ə
r
LAYİHƏ
130
imkanlara malik olmuşdur. Ona görə də belə telefonların artan funksional imkan-
larını və hesablama gücünü xüsusi vurğulamaq üçün "
smartfon" (ingiliscə:
smartphone –
ağıllı telefon) termini daxil edilmişdir.
Smartfonlar adi mobil telefonlardan onlarda yetərincə inkişaf etmiş
əməliyyat
sisteminin olması ilə fərqlənir. Smartfonların əməliyyat sistemləri adi mobil
telefonların əməliyyat sistemlərindən fərqli olaraq, kənar gəlişdiricilərə (developer)
açıqdır, yəni kənar gəlişdiricilər də smartfonlar üçün proqram təminatı hazırlaya
bilər. Əlavə tətbiqi proqramların quraşdırılması smartfonların funksionallığını adi
telefonlarla müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Ancaq yeni model mobil
telefonlarda da artıq sadələşdirilmiş brauzer və elektron poçtla
işləmək üçün vasitə-
lər vardır.
1. Ölkəmizdə fəaliyyət göstərən mobil rabitə operatorları haqqında məlumat toplayın.
Mətn redaktorunda aşağıdakı formada cədvəl hazırlayın və onu doldurun.
Göstərici
Operator
Təsis
tarixi
Ana
şirkəti
Abunəçilərinin sayı
Baza stansiyalarının sayı
2. Aşağıdakı şəkli diqqətlə gözdən keçirin və onun nəyi ifadə etməsi haqqında
fikirlərinizi söyləyin.
Özünüzü yoxlayın
1.
"Mobil rabitə" dedikdə nə nəzərdə tutulur?
2.
"Hücrəsəl rabitə" ifadəsi haradan yaranıb?
3.
"Baza stansiyası" nədir və hansı funksiyanı yerinə yetirir?
4.
Kommutasiya mərkəzinin funksiyaları nədən ibarətdir?
5.
"Smartfon" nədir və onun adi mobil telefondan əsas fərqi nədədir?
ö y r ə n ə k
A R A Ş D I R A Q –
LAYİHƏ