133
Şəbəkə te
xn
ologiyala
rı
4
xidmətdir, platformadır. Bu xidmətlər, ilk növbədə, ümumi maraqları olan insanları
tanışdırmaq və bir yerə toplamaq, onlara müxtəlif mövzular haqqında danışmaq
imkanı vermək, foto və video yerləşdirmək və onları müzakirə etmək, bir-birini
dostluğa qəbul etmək və ya dostluqdan silmək və digər məqsədlərlə yaradılan sayt-
lardır. Sosial şəbəkələrin üstünlüklərindən biri də çoxdan əlaqələri olmayan dostları,
qohumları tapmaq imkanının olmasıdır.
Hazırda dünyada ən çox qeydiyyatlı istifadəçisi olan sosial şəbəkələr bunlardır:
Facebook, Google+, Tumblr, Twitter, LinkedIn.
"İnternet xidmətləri" mövzusunda təqdimatın hazırlanması
1.
Microsoft PowerPoint (və ya OpenOffice Impress) proqramını başladın. Proqramın
baş pəncərəsi və onunla birlikdə bir slayddan ibarət yeni təqdimat faylı açılacaq.
Pəncərənin mərkəzində böyük çərçivədə aktiv slayd yerləşir. Bütün slaydları (indiki
və bundan sonra daxil edəcəyiniz yeni slaydları) isə pəncərənin sol hissəsindəki
slaydlar sahəsində görmək olar.
2. Yeddi yeni slayd yaradın.
3.
Birinci slaydı aktivləşdirin. Bu slayd, adətən, təqdimatın titul slaydı olur və burada
təqdimatın adı, onun müəllifi kimi məlumatlar yerləşdirilir. Slaydın
Click to add
title sahəsinə təqdimatın başlığını (
İnternet xidmətləri) yazın.
4.
Click to add subtitle sahəsinə özünüz haqqında məlumat yerləşdirin.
5.
İkinci slaydı aktivləşdirin. Bu slaydda "Fəaliyyət" bölümündə verilmiş cədvəl
yerləşdiriləcək. Öncə slayd üçün yeni tərtibat (maket) seçin. Bu məqsədlə alətlər
panelinin Slides bölümündəki
düyməsini çıqqıldadın.
Təklif olunan müx-
təlif slayd maketlərindən birini, məsələn, Title and Content maketini seçin. Slaydın
başlığını və uyğun cədvəli daxil edin.
6. Haqqında məlumatınız olan 6 İnternet xidmətini müəyyənləşdirin. Üçüncü və son-
rakı 5 slaydın hər biri bu xidmətlərdən birinə həsr olunacaq.
Üçüncü slaydı aktiv-
ləşdirin və onun üçün Content with Caption maketini seçin. Uyğun sahəyə (solda
yuxarıda) slaydın başlığını, ondan aşağıdakı sahəyə isə birinci xidmət haqqında
məlumatı daxil edin. Sağdakı sahəyə isə mövzu ilə əlaqədar bir şəkil, yaxud video
yerləşdirin. Slayda müəyyən dizayn vermək üçün Design menyusunu seçin. Təklif
olunan şablonlar üzərində siçanın göstəricisini gəzdirin və variantları
bir-bir gözdən
keçirin. Bəyəndiyiniz şablonu (məsələn: Flow) seçin.
A D D I M
A D D I M –
Dünyada ən böyük sosial şəbəkə olan
Facebook ("feys-buk" kimi oxunur) 2004-cü il
fevralın 4-də Harvard Universitetinin tələbəsi
Mark Zukerberq (Mark Zuckerberg) və
yoldaşları tərəfindən yaradılıb. Bu sayt sayəsində Mark Zukerberq 23 yaşında dünyanın
ən gənc milyarderi olmuşdur.
Tari
x
LAYİHƏ
134
7. Dördüncü və sonrakı 4 slaydı bənzər qaydada doldurun.
8. Bir slayddan başqasına keçid effekti tətbiq etmək üçün Animations menyusunu
seçin. Təklif olunan effektlərin üzərində siçanın göstəricisini gəzdirin və effektin
necə olacağına öncədən baxmaq üçün azacıq gözləyin. Bəyəndiyiniz effekti seçin və
əgər bu keçid effektinin bütün slaydlara tətbiq olunmasını istəyirsinizsə, həmin
paneldəki
Apply To All düyməsini çıqqıldadın.
9. Insert menyusunda Header & Footer düyməsini çıqqıldadın. Açılan dialoq pəncə-
rəsində Slide Number boksunu qeyd edib Apply to All düyməsini çıqqıldadın.
Təqdimatdakı slaydlar birincidən başlayaraq ardıcıl nömrələnəcək.
10. Slide Show menyusuna keçin və
düyməsini çıqqıldadın. Hazırladığınız təq-
dimat birinci slayddan nümayiş olunmağa başlayacaq.
11. Slaydların nümayişini sona çatdırıb
adi rejimə keçmək üçün klavişini basın.
12. Fayla münasib ad verib istədiyiniz qovluqda saxlayın.
İlk və ən populyar İnternet xidmətlərindən biri kütləvi tələbat mallarının satışı ilə məşğul
olan Amazon.com-dur.
Bu xidmət haqqında əlavə məlumat toplayın.
Bu xidmət nə vaxt yaranıb? Nə qədər əməkdaşı var? Son illik dövriyyəsi və xalis gəliri nə
qədər olub?
Özünüzü yoxlayın
1.
"İnternet xidməti" nədir?
2.
IRC xidməti göstərən hansı proqramları tanıyırsınız?
3.
"Bloq" nədir və onun adi veb-saytdan fərqi nədədir?
4.
"Veb-forum" nədir və onun işinin mahiyyəti nədən ibarətdir?
5.
Sizcə, sosial şəbəkələrin hansı müsbət və mənfi cəhətləri var?
ö y r ə n ə k
A R A Ş D I R A Q –
LAYİHƏ
135
Şəbəkə te
xn
ologiyala
rı
4
ÜMUMİLƏŞDİRİCİ
SUAL VƏ TAPŞIRIQLA
R
1. Hansı mühakimələr doğrudur?
a)
OSI modeli hər birinin öz funksiyası olan 4 səviyyəli şaquli struktura malikdir.
b)
Nəqliyyat səviyyəsində göndərən kompüterdə böyük verilənlər blokları daha kiçik paket-
lərə bölünür və lazım olan ardıcıllıqla alan kompüterə göndərilir. Alan kompüterdə
paketlər yenidən ilkin verilənlər blokları şəklində yığılır.
c)
Ethernet arxitekturasında verilənlər koaksial kabellər vasitəsilə ötürülür.
d)
Fast Ethernet standartında verilənlərin ötürülmə sürəti 100 Mbit/san-dir.
e)
Simsiz şəbəkələrdə kompüterlər heç bir ümumi qurğu olmadan bir-birinə bağlanır.
f)
Açıq sahədə olan Wi-Fi şəbəkələrində əksər qurğuların təsir məsafəsi təxminən 500 m,
qapalı yerdə isə 1000 metrdir.
g)
Mobil rabitə hücrəsəl rabitənin bir növüdür.
h)
Bloqlarda yazılar tərs xronoloji ardıcıllıqla çeşidlənir, yəni son yazı ən yuxarıda olur.
2. Cümlələrdə buraxılmış yerləri uyğun ifadələrlə doldurun.
a)
Şəbəkədəki kompüterlərin qarşılıqlı əlaqə ardıcıllığını tənzimləyən qaydalar və pro-
sedurlar toplusu __ adlanır.
b)
Nəqliyyat səviyyəsi __ prosesini başa çatdırır.
c)
Şəbəkə arxitekturası dedikdə işlək şəbəkənin qurulması üçün zəruri olan __ , __ və __
toplusu nəzərdə tutulur.
d)
Ethernet arxitekturasında şəbəkənin maksimal uzunluğu __ ola bilər.
e)
__ qurulmasında çox zaman Bluetooth texnologiyasından istifadə olunur.
f)
OSI modelinin __ , __ və __ səviyyələri TCP/IP modelində tətbiqi proqram adı ilə
bir sə-
viyyədə birləşdirilib.
g)
Hücrəsəl sistemin əsas elementləri bunlardır: __ , __ və __.
h)
Hücrəsəl şəbəkə abonentinin yığdığı nömrəyə uyğun olaraq başqa abonent ilə bağlantı
qurulması funksiyasını __ həyata keçirir.
3. Bloq ilə adi gündəlik arasında hansı fərq var?
4. Veb-forumlarda hansı mövzular müzakirə oluna bilər?
5. Amazon.com hansı İnternet xidməti sahəsində fəaliyyət göstərir?
LAYİHƏ