109
Şəbəkə te
xn
ologiyala
rı
4
Ş
ƏBƏKƏDƏ KOMPÜTERLƏRİN "ÜNSİYYƏTİ"
İnsanlar ünsiyyət üçün çox zaman şifahi nitqdən istifadə edirlər.
Ancaq belə birbaşa ünsiyyət yalnız həmsöhbətlər bir yerdə
olduqda mümkündür. İndi tutaq ki, başqa bir yerdə (şəhərdə,
ölkədə) yaşayan tanışınıza hansısa məlumatı çatdırmaq istə-
yirsiniz.
Bu halda müəyyən hərəkətlərsiz keçinmək mümkün deyil: mətni
kağız vərəqinə yazmaq, onu imzalamaq, zərfə qoymaq, zərfin üzə-
rində göndərən və alanın ünvanlarını göstərmək, marka yapış-
dırmaq və poçtalyona vermək (yaxud poçt qutusuna atmaq) lazım-
dır.
Bu məktubun sonrakı taleyi
artıq sizdən deyil,
poçt xidmə-
tindən asılıdır. Məktub qatar,
gəmi,
təyyarə və ya başqa yol-
la tanışınızın yaşadığı ölkəyə,
şəhərə çatır, sonra isə onun
yaşadığı ərazinin poçt şöbə-
sinə çatdırılır və nəhayət, onun
poçt qutusuna düşür. Yalnız
bundan sonra tanışınız zərfi
aça və yazdığınız məlumatla
tanış ola bilər.
Hansı halda
məktub
tanışınıza
yetişməyə bilər?
Şəkildə elektron poçtun da-
şınması sxemi təsvir olunub.
Bu sxemi ənənəvi poçtun
daşınması sxemi ilə müqa-
yisə edin.
– Elektron poçtda ənənəvi
poçt şöbələri rolunu nə
oynayır?
– Sizcə, spamaqarşı
süzgəc
hansı funksiyanı yerinə
yetirir?
Şəbəkədə ünsiyyət zamanı kompüterlər də
eyni qaydada hərəkət edir. Onların birbaşa
ünsiyyət üsulu yoxdur – kompüterlər bir-biri ilə
"danışmağı" hələ ki öyrənməyib. Ona görə də
ünsiyyət qurmaq üçün onlar ardıcıl yerinə
yetirilən və
şəbəkə protokolları adlandırılan
bir sıra prosedurlardan istifadə etməli olur.
F Ə A L İ Y Y Ə T
4.1
Protokol
OSI modeli
OSI modelinin 7 səviyyəsi
Paket
Kadr
Şəbəkə seansı
AÇ
AR
sö
zl
ə
r
Göndərənin
"Göndərilənlər
qutusu"
Göndərənin
"Poçt
serveri"
Alanın
"Poçt
serveri
Alanın
"Gələnlər
qutusu"
İNTERNET
Spamaqarşı
süzgəc
LAYİHƏ
110
Protokolların etibarlı və uzlaşdırılmış şəkildə işləməsi üçün onların hər bir
əməliyyatı ciddi qaydaya salınır. Müxtəlif istehsalçıların proqram və avadanlıq-
larının bir-biri ilə qarşılıqlı əlaqədə olması üçünsə protokollar müəyyən
sənaye
standartlarına uyğun olmalıdır.
Protokol şəbəkədəki kompüterlərin qarşılıqlı əlaqə ardıcıllığını tənzimləyən
qaydalar və prosedurlar toplusudur.
Kompüter şəbəkələrinin mövcud olduğu uzun illər ərzində istər açıq (ödənişsiz
istifadə üçün dərc edilən), istərsə də qapalı (kommersiya şirkətləri tərəfindən yara-
dılmış və istifadə üçün lisenziya tələb edən) olmaqla çoxlu sayda müxtəlif protokol-
lar yaradılmışdır. 1984-cü ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı (International
Organization for Standardization, ISO) kompüterlər arasında bağlantının qurulma-
sını və informasiya mübadiləsinin minimal xətalarla aparılmasını nizamlayan qay-
dalar və ya standartlar toplusunu –
OSI modelini (Open Systems Interconnection)
təsdiq etdi.
Bu model ISO/OSI modeli kimi də tanınır.
Diqqət!
OSI nəzəri modeldir. Bu modelin praktikada necə həyata keçirilməsi haqda növbəti
dərslərin birində danışılacaq.
OSI ("o-es-ay" kimi oxunur) modeli hər birinin öz funksiyası olan 7 səviyyəli
şaquli struktura malikdir. Hər bir səviyyəyə ciddi müəyyən olunmuş əməliyyat,
avadanlıq və protokol uyğundur. Səviyyələr arasında gerçək qarşılıqlı əlaqə, yəni bir
kompüterin daxilində informasiyanın ötürülməsi yalnız şaquli istiqamətdə və yalnız
qonşu səviyyələrə (bir səviyyə aşağı və ya yuxarı) mümkündür.
OSI modelinin 7 səviyyəsi
Göndərən
Alan
Verilənlər
7. Tətbiqi proqram (Application)
6. Təqdimat (Presentation)
5. Seans (Session)
4. Nəqliyyat (Transport)
3. Şəbəkə (Network)
2. Kanal (Data-link)
1. Fiziki (Physical)
Verilənlər
7. Tətbiqi proqram (Application)
6. Təqdimat (Presentation)
5. Seans (Session)
4. Nəqliyyat (Transport)
3. Şəbəkə (Network)
2. Kanal (Data-link)
1. Fiziki (Physical)
Fiziki bağlantı
LAYİHƏ
111
Şəbəkə te
xn
ologiyala
rı
4
Daha aşağı səviyyənin vəzifəsi verilənləri qəbul etmək, öz informasiyasını
(məsələn: başqa kompüterdəki uyğun səviyyə ilə düzgün qarşılıqlı əlaqədə olmaq
üçün formatlama və ya ünvan) əlavə etmək və verilənləri sonrakı səviyyəyə ötürmək-
dir. İnformasiya yalnız şəbəkə modelinin ən aşağı səviyyəsinə – fiziki səviyyəyə
çatdıqdan sonra ötürmə mühitinə düşür və alan kompüterə çatır. İnformasiya gön-
dərildiyi səviyyəyə alan kompüterdə çatanadək onun bütün səviyyələrini əks
ardıcıllıqla keçir.
Göründüyü kimi, şəbəkədə proqramların "ünsiyyəti" sizin tanışınızla poçt
vasitəsilə ünsiyyətinizə çox bənzəyir. Mətni yazdığınız kağız vərəqi yuxarı
səviyyədən bir sıra zəruri mərhələni keçərək aşağıya ötürülür. Bu zaman o, xidməti
informasiya (müəyyən növ zərf, zərfin üzərində ünvan, poçt indeksi) ilə "örtülür" və
müəyyən emala məruz qalır (poçt şöbəsindəki poçtalyon məktubu götürür, zərfin
üzərinə markalar yapışdırır, ştempel vurulur, çeşidləmədən sonra isə məktub başqa
şəhərə göndərilmək üçün poçt konteynerinə düşür). Bu qayda ilə sizin informasiya
ən aşağı səviyyəyə – poçt nəqliyyatına çatır ki, oradan da təyinat məntəqəsinə
daşınır. Orada əks proses baş verir: konteyner açılır, məktub çıxarılır, ünvan oxunur
və poçtalyon məktubu tanışınıza çatdırır. Sonra isə tanışınız zərfi açıb məktubu
çıxarır və mətni oxuyaraq sizin ona vermək istədiyiniz ilkin informasiyanı alır.
İndi gəlin OSI modelinin səviyyələri ilə yaxından tanış olaq.
1-ci səviyyə –
Fiziki (
Physical). Burada 2-ci səviyyədən (kanal səviyyə-
sindən) alınan strukturlaşdırılmamış verilənlər axınının fiziki mühitlə (elektrik
və ya işıq siqnalları şəklində) ötürülməsi həyata keçirilir. Fiziki səviyyə
bağlantını (
link) dəstəkləməyə cavabdehdir və elektrik, optik, mexaniki və
funksional interfeysləri ətraflı (məsələn: gərginliyi, tezliyi, dalğa uzunluğunu,
bağlayıcıların növlərini, siqnalların kodlaşdırılma sxemini və s.) təsvir edir.
2-ci səviyyə –
Kanal (
Data-link). Özündən yuxarıdakı şəbəkə
səviyyəsindən
(
3-cü səviyyədən) aldığı verilənlərin 1-ci səviyyəyə xətasız ötürülməsini
təmin edir. Çünki fiziki səviyyə özü xətaların yoxluğuna zəmanət vermir və
verilənləri təhrif edə bilər. İnformasiya bu səviyyədə
kadrlara (
frame) yer-
ləşdirilir: kadrın başlanğıcında alanın və göndərənin ünvanları, idarəedici
informasiya, sonunda isə ötürülmə zamanı yaranan xətaları aşkarlamağa
imkan verən
yoxlama cəmi (
checksum) olur.
3-cü səviyyə –
Şəbəkə (
Network). Şəbəkənin istənilən (hətta dünyanın
müxtəlif yerlərindəki) nöqtələri arasında rabitənin təmin edilməsinə cavab-
dehdir. Şəbəkə çoxlu sayda rabitə xətləri ilə birləşdirilmiş ayrı-ayrı şəbəkə-
lərdən ibarət ola bilər. İnformasiya göndərəndən alana həmişə birbaşa marş-
rutla ötürülmür, yolda o, bir səbəkədən başqasına yönələ bilər və ya bir ad-
resata müxtəlif marşrutlarla göndərilə bilər. Bu səviyyənin məqsədi infor-
masiyanın verilməsi üçün marşrutu qurmaq, dəstəkləmək və açıq saxlamaqdır.
4-cü səviyyə –
Nəqliyyat (
Transport). İnformasiyanın bir kompüterdən baş-
qasına çatdırılmasına zəmanət verir. Bu səviyyədə göndərən kompüterdə bö-
yük verilənlər blokları
daha kiçik paketlərə bölünür və lazım olan ardıcıllıqla
alan kompüterə göndərilir. Alan kompüterdə paketlər
yenidən ilkin verilənlər
LAYİHƏ