0f11aztitul(1-7)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə49/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   73

134 
 
 Toplanan dalğaların yollar fərqi tək sayda yarımdalğa uzunluğuna (fazalar fərqi 
tək sayda  -yə bərabərdir) bərabər olan nöqtələrdə interferensiya minimumu alınır 
(f)

∆ =

2
∙ (2
1); (5) 
∆ = ∙ (2
1). (6) 
Bu halda əgər dalğaların amplitudları eynidirsə, onların toplanması nəticəsində yekun 
rəqsin amplitudu sıfıra bərabər olana qədər zəifləyəcək 
(g)

=
(− ) = 0. (7). 
İşığın interferensiyası. İnterferensiya bütün növ dalğalar, o cümlədən işıq dalğa-
ları üçün xarakterik olan ümumi xassədir. Belə ki, fəzada iki işıq dəstəsi toplandıqda 
onlar bir-birini gücləndirə və ya zəiflədə bilər, hətta belə də ola bilər: 
işıq
+
işıq
=
zülmət.
 İşığın interferensiyası – koherent işıq dalğalarının toplanması nəticəsində fəza-
nın müəyyən nöqtələrində işıq rəqslərinin güclənməsi, digər 
nöqtələrində isə zəifləməsi hadisəsidir.  
Koherent işıq dalğalarının alınma üsulu uzun illər məlum 
olmadığından  işığın  da  interferensiya  edə  bilmək  xassəsini 
uzun illər sübut etmək mümkün olmamışdır. Yalnız XIX əs-
rin  əvvəllərində  Tomas  Yunq  sadə  qurğu  vasitəsilə  təcrübi 
olaraq işığın interferensiyasını müşahidə edə bildi 
(h)
.  
Qurğuda işığın interferensiyası belə alınır: Günəş şüaları 
qeyri-şəffaf 1 ekranını işıqlandırır. İşıq dar S dəliyindən ke-
çərək 2 ekranına düşür. Bu ekrandakı dar 
 ə   dəliklərin-
dən artıq iki koherent işıq dalğası çıxır. Həmin dalğalar bir-
biri üzərinə toplanmaqla 3 ekranında işığın interferensiya zo-
laqlarını əmələ gətirir. Ekranın mərkəzi hissəsində bir-birini 
əvəz edən rəngli və qaranlıq zolaqlar müşahidə olunur. Mər-
kəzdən uzaqlaşdıqca bu zolaqlar zəifləyir. Yunq bu təcrübədə 
interferensiyanın  maksimumluq  şərtindən  istifadə  etməklə 
(1)  düsturuna  əsasən  işığın  interferensiya  zolaqlarındakı 
müxtəlif rəngli şüaların dalğa uzunluğunu ölçə bilmişdir. Qə-
ribə də olsa işığın interferensiyasına aid ilk təcrübəni onun 
dalğa təbiətli olduğunu qətiyyətlə inkar edən İ.Nyuton apar-
mışdır.  O,  müstəvi-qabarıq  linzanı  qabarıq  tərəfi  aşağı  ol-
maqla şüşə lövhə üzərində yerləşdirir və onu yuxarıdan işıq-
landırır (
i, 1
). Nyuton linzaya yuxarıdan baxdıqda bir-birini 
əvəz edən işıqlı və qaranlıq konsentrik dairələr müşahidə etdi 
(
i, 2
). Lakin nə Nyuton, nə də bu maraqlı təcrübəni 100 ildən 
çox icra etmiş digər alimlər “Nyuton halqaları” adlandırılan 
işığın bu sirrini izah edə bilmədilər. 
Yalnız 1802-ci ilə T.Yunq “Nyuton halqaları”nın sirrini 
belə  izah  etdi:  Nyuton  halqaları  hava  qatının  yuxarı  sərhə-
dindən (linzanın aşağı səthindən) və aşağı sərhədindən (şüşə 
lövhədən) qayıdan işıq şüalarının interferensiyasının nəticə-
(i)
 
(h)
 
Günəş şüaları 
S
 
1
2
3
S
2
 
S
1
  LAYİHƏ


135 
 
sidir. Bu şüalar koherentdir, çünki onlar eyni dalğa uzunluğuna və sabit fazalar fər-
qinə malikdir. 1 dalğasının fazası dəyişmir, lakin şüşə lövhədən qayıdan 2 dalğası 1 
dalğasına nisbətən çox yol gedir və əks fazaya malik olur (
i, 3
). Ona görə də bu şüalar 
görüşdükdə bir-birini söndürür – A hissəsində tutqun ləkə yaranır. Beləliklə, linzanın 
alt səthindən və lövhədən qayıdan digər cüt şüalar toplanaraq interferensiyanın mak-
simumluq və minimumluq şərtlərinə uyğun işıqlı və tutqun halqalar əmələ gətirir. 
 
İşığın dalğa uzunluğunun təyini.  Fərz  edək  ki, 
 ə    koherent dalğa mənbələri arasındakı məsafə 
mənbədən ekrana qədərki məsafədən çox-çox kiçik-
dir 
(j)
:
 ≪ . Belə halda    ə   mənbələrindən şüa-
lanan  işıq  dalğaları  koordinatı 
olan  ekrandakı  m 
nöqtəsinə, demək olar, paralel gəlir. Bu şüalar arasın-
dakı yollar fərqi: 
∆ =

= ∙

 bucağı kiçik olduğundan: 
=

Bu hal üçün interferensiya maksimumu üçün alınır: 

=
. 
Buradan işığın dalğa uzunluğu üçün alarıq: 
 = ∙

 
 
 
“Nyuton halqaları”nı müşahidə edək. 
Təchizat:
 
“Nyuton halqaları” cihazı, ağ vərəq (A5 formatlı), cib 
telefonu.  
İşin gedişi:  
1.  Cihazı  sıxacları  yuxarıda  olmaqla  üfüqi  masanın  səthində,  ağ 
vərəqin üzərində yerləşdirin. Belə olduqda linzanın müstəvi üzü 
sizə  tərəf  olacaq  və  onun  səthinə  düşən  işıq  süalarını  paralel
qəbul etmək olar 
(k)
.  
(k)
2. Linzanı yuxarıdan müşahidə edin və gördüyünüz mənzərənin fotoşəklini çəkin. 
Nəticənin müzakirəsi: 
 Nə müşahidə etdiniz? 
 “Nyuton halqaları”nın ortası tutqun böyük dairəvi ləkədən, 
kənarları isə konsentrik rəngli və tutqun halqalardan ibarət 
olmasını nə ilə izah etmək olar?  
Həyatla əlaqələndirin:
 
Yəqin ki, balaca olarkən üfürdüyünüz sabun qovuqlarını xa-
tırlayırsınız. Havada süzən bu qovuqların səthi bir-birini əvəz 
edən rəngli halqalarla əhatə olunur 
(l)
.  
  Sabun  qovuğunun  səthində  belə  halqaların  yaranmasını 
necə izah edərdiniz? 
(l)
 
ARAŞDIRMA 
2
TƏTBİQETMƏ 
 
(j)
d
1
d
2
Y
 
m
 
y
m
 
0
 
Ekran
 
L
S
1
S
2
l


d
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə