0f11aztitul(1-7)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə45/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   73

124 
 
9. https://www.google.az/search?q=elektromaqnit +dalgalari&rlz=1C1CHZL_ru  
AZ757AZ757&tbm=isch&tbo=u&source=univ&sa=X&ved=0ahUKEwiZ_eTCk8DWAhVB7xQKHXz_CUE
QsAQIVA&biw=1920&bih=925. 
10. https://az.wikipedia.org/wiki/Rentgen_%C5%9F%C3%BCalar%C4%B1 
11. http://musavat.com/news/yasham/komputer-tomoqrafiyasi-xerceng-yaradir_ 67356.html. 
12. https://az.wikipedia.org/wiki/%C5%9E%C3%BCalanma 
13. https://az.wikipedia.org/wiki/%C4%B0nfraq%C4%B1rm%C4%B1z%C4% 
B1_%C5%9F%C3%BCalanma 
14. https://az.wikipedia.org/wiki/Ultrab%C9%99n%C3%B6v%C5%9F%C9% 
99yi_%C5%9F%C3%BCalanma 
15. http://www.anl.az/down/meqale/zaman/2014/may/369962.htm. 
16. file:///C:/Users/VIP/Downloads/d_pdf_refe_tibbb_5363.pdf. 
 
 
 
3.9. RADİORABİTƏNİN PRİNSİPLƏRİ 
 
Mexaniki dalğaların ən sadə növü səs dalğalarıdır
 Elastik mühitdə yayılan və səs duyğusu yaradan mexaniki dalğa-
lar səs dalğalarıdır. 
İnsan qulağı yalnız 16 Hs ilə 20 000 Hs arasında olan 
səs dalğalarını qəbul edə bilir. Bu dalğalar eşidilə bilən 
səs  dalğalarıdır.  Səs  dalğalarının  mühüm  xassəsi 
onların  qarşısına  çıxan  maneədən  qayıtmasıdır.  Səs 
dalğaları  vasitəsilə  obyektlərin  yerini  müəyyənetmə 
üsulu  səs  lokasiyası  adlanır.  Dəniz  və  okeanların 
dərinliyini  ölçmək,  balıqların  çox  toplaşdığı  yerləri 
aşkar etmək üçün işlədilən və exolot adlanan cihazın 
işi  səs  lokasiyasına  (əks-səda  hadisəsinə)  əsaslan-
mışdır.  Gəmilərin  altında  yerləşən  səs  mənbəyi 
qısamüddətli səs siqnalları verir. Dənizdəki obyektlər-
dən  əks  olunan  səs  siqnalı  gəmidə  yerləşən  həssas 
cihazla – səsqəbuledicisi ilə (exolotla) tutulur.  
Səsin  suda  yayılma  sürətini,  siqnalın  göndərilmə  və  qəbulolunma  anları  arasındakı  vaxtı 
nəzərə aldıqda sudakı obyektə qədər olan məsafə asanlıqla hesablanır: 
h =
t
2
.
 
 
ABŞ  müdafiə  nazirliyinin  sifarişi  ilə  Massa-
çusets Texnologiya Universiteti 1961–1963-cü 
illərdə  üç  kosmik  gəmi  vasitəsilə  “Vestford” 
layihəsini  həyata  keçirdi.  Bu  layihə  əsasında 
Yerətrafı kosmik fəzaya hər birinin uzunluğu 2 
sm olan 480 milyon mis iynə çıxarıldı. İynələr 
Yer  ətrafında  səpələnərək  onun  səthindən 
35003800 km məsafədə “iynə sferası” əmələ 
gətirdi.  Həmin  sferanın  qalıqları  indi  də  möv-
cuddur
.  
  Yer kürəsi ətrafında “iynə sfe-
rası”nın yaradılmasında məqsəd 
nə idi?  
 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika – 7 
Əks-
səda 
Səs
  LAYİHƏ


125 
 
 
 
 
Radiorabitənin prinsipləri. Hersin apardığı təcrübələr dünya alimlərini elektro-
maqnit dalğalarının radioteleqraf və  radiotelefon  rabitəsinin həyata keçirilməsinin 
tədqiqinə sövq etdi. 
Radiorabitə vasitəsilə məlumatın Morze əlifbasının hərfləri ilə ötürülməsini ilk dəfə 
rus alimi Aleksandr Stepanoviç Popov (1859–1905) 7 may 1895-ci il tarixində nümayiş 
etdirir (bu tarix Rusiyada indi də “Radio günü” kimi qeyd edilir). 1896-cı ildə isə italyan 
alimi Qulelmo Markoni (1874–1937) özünün hazırladığı verici qurğudan radiodalğalarla 
morze əlifbasının bir neçə hərfini 3 km məsafədə 
yerləşdirilən aparatla qəbulunu nümayiş etdirir. 
O, 1901-ci ildə radiodalğaların Yer atmosferinin 
ionosfer qatından qayıtmaqla İngiltərədən veri-
lən məlumatın Atlantik okeanının diametral əks 
tərəfinə – ABŞ-dakı qəbuledici aparata çatdırıl-
masını reallaşdırır 
(b)
.  
 Radiorabitə –  informasiyaların (səs və təsvir) elektromaqnit dalğaları vasitə-
silə verilməsi və qəbul olunmasıdır
Radiorabitədə elektromaqnit dalğalarının iki diapazonundan istifadə olunur:  
1) aşağı tezlikli dalğalar – fəzada pis yayılır, lakin informasiya daşıyır;  2) yüksəktezlikli 
dalğalar – fəzada çox böyük məsafələrə yayıla bilir, lakin informasiya daşımır. 
Radiorabitənin əsasını verici stansiya və qəbuledici stansiya təşkil edir. 
Vericidə üç əsas proses baş verir: 1) yüksək tezlikli rəqslərin generasiyası; 2) 
yüksək tezlikli rəqslərin zəruri gücə qədər gücləndirilməsi; 3) yüksək tezlikli rəqs-
lərin parametrlərindən birinin (amplitudunun, tezliyinin və ya fazasının) ötürülən 
informasiyaya uyğun dəyişdirilməsi
Verici stansiyanın sadələşdirilmiş sxeminə əsasən o, tranzistorlu (T) generatordan, rəqs 
konturundan, mikrofon (M) dövrəsindən və verici antenadan (V) ibarətdir 
(c)
. Generator 
sönməyən yüksəktezlikli elektromaqnit rəqsləri yaradır (bax:
 c, 1
). Sonra həmin rəqslər 
mikrofondan daxil olan səs tezlikli elektromaqnit rəqsləri 
(2) 
ilə modullaşdırılır 
(3)
.   
Təchizat:
 
santimetrlik  dalğalar  vibratoru,  qəbuledici  rezonator,  metal  lövhə  (fizika 
kabinetinin “Elektromaqnit dalğaları” nümayiş dəstindən), rəqəmsal voltmetr. 
İşin gedişi.  1. Vibratoru dəyişən cərəyan şəbəkəsinə, rezonatoru isə voltmetrə birləşdirin. 
Cihazları bir-birindən aralı yerləşdirin və ruporlarını üfüqlə müəyyən bucaq altında yuxarı 
qaldırın. 2. Vibratoru işə salın və baş verən hadisəni izləyin. 3. Metal lövhəni yuxarı qal-
dırılmış ruporlar arasında müəyyən məsafədə üfüqi olaraq tədricən sağa-sola hərəkət et-
dirməklə baş verən hadisəni müşahidə edin 
(a)

Nəticənin müzakirəsi.  
  Voltmetr  hansı  halda  rezonator  dövrəsində 
gərginliyin yarandığını aşkar etdi? 
  Təcrübə  nəticəsində  hansı  fiziki  hadisəni 
müşahidə  etdiniz?  Təcrübənin  sxemini  iş 
vərəqinə çəkin. 
(a)
ARAŞDIRMA 
 
1
 
Hansı fiziki hadisəni müşahidə etdiniz? 
(b) 
İonosfer 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə