124
9. https://www.google.az/search?q=elektromaqnit +dalgalari&rlz=1C1CHZL_ru
AZ757AZ757&tbm=isch&tbo=u&source=univ&sa=X&ved=0ahUKEwiZ_eTCk8DWAhVB7xQKHXz_CUE
QsAQIVA&biw=1920&bih=925.
10. https://az.wikipedia.org/wiki/Rentgen_%C5%9F%C3%BCalar%C4%B1
11. http://musavat.com/news/yasham/komputer-tomoqrafiyasi-xerceng-yaradir_ 67356.html.
12. https://az.wikipedia.org/wiki/%C5%9E%C3%BCalanma
13. https://az.wikipedia.org/wiki/%C4%B0nfraq%C4%B1rm%C4%B1z%C4%
B1_%C5%9F%C3%BCalanma
14. https://az.wikipedia.org/wiki/Ultrab%C9%99n%C3%B6v%C5%9F%C9%
99yi_%C5%9F%C3%BCalanma
15. http://www.anl.az/down/meqale/zaman/2014/may/369962.htm.
16. file:///C:/Users/VIP/Downloads/d_pdf_refe_tibbb_5363.pdf.
3.9. RADİORABİTƏNİN PRİNSİPLƏRİ
Mexaniki dalğaların
ən sadə növü səs dalğalarıdır.
Elastik mühitdə yayılan və səs duyğusu yaradan mexaniki dalğa-
lar səs dalğalarıdır.
İnsan qulağı yalnız 16 Hs ilə 20 000 Hs arasında olan
səs dalğalarını qəbul edə bilir. Bu dalğalar eşidilə bilən
səs dalğalarıdır. Səs dalğalarının mühüm xassəsi
onların qarşısına çıxan maneədən qayıtmasıdır. Səs
dalğaları vasitəsilə obyektlərin yerini müəyyənetmə
üsulu səs lokasiyası adlanır. Dəniz və okeanların
dərinliyini ölçmək, balıqların çox toplaşdığı yerləri
aşkar etmək üçün işlədilən və
exolot adlanan cihazın
işi səs lokasiyasına (əks-səda hadisəsinə) əsaslan-
mışdır. Gəmilərin altında yerləşən səs mənbəyi
qısamüddətli səs siqnalları verir. Dənizdəki obyektlər-
dən əks olunan səs siqnalı gəmidə yerləşən həssas
cihazla – səsqəbuledicisi ilə (exolotla) tutulur.
Səsin suda yayılma sürətini, siqnalın göndərilmə və qəbulolunma anları arasındakı vaxtı
nəzərə aldıqda sudakı obyektə qədər olan məsafə asanlıqla hesablanır:
h =
t
2
.
ABŞ müdafiə nazirliyinin sifarişi ilə Massa-
çusets Texnologiya Universiteti 1961–1963-cü
illərdə üç kosmik gəmi vasitəsilə “Vestford”
layihəsini həyata keçirdi. Bu layihə əsasında
Yerətrafı kosmik fəzaya hər birinin uzunluğu 2
sm olan 480 milyon mis iynə çıxarıldı. İynələr
Yer ətrafında səpələnərək onun səthindən
35003800 km məsafədə “iynə sferası” əmələ
gətirdi. Həmin sferanın qalıqları indi də möv-
cuddur
.
Yer kürəsi ətrafında “iynə sfe-
rası”nın yaradılmasında məqsəd
nə idi?
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika – 7
Əks-
səda
Səs
LAYİHƏ
125
Radiorabitənin prinsipləri. Hersin apardığı təcrübələr dünya alimlərini elektro-
maqnit dalğalarının radioteleqraf və radiotelefon rabitəsinin həyata keçirilməsinin
tədqiqinə sövq etdi.
Radiorabitə vasitəsilə məlumatın Morze əlifbasının hərfləri ilə ötürülməsini ilk dəfə
rus alimi Aleksandr Stepanoviç Popov (1859–1905) 7 may 1895-ci il tarixində nümayiş
etdirir (bu tarix Rusiyada indi də
“Radio günü” kimi qeyd edilir). 1896-cı ildə isə italyan
alimi Qulelmo Markoni (1874–1937) özünün hazırladığı verici qurğudan radiodalğalarla
morze əlifbasının bir neçə hərfini
3 km məsafədə
yerləşdirilən aparatla qəbulunu nümayiş etdirir.
O, 1901-ci ildə radiodalğaların Yer atmosferinin
ionosfer qatından qayıtmaqla İngiltərədən veri-
lən məlumatın Atlantik okeanının diametral əks
tərəfinə – ABŞ-dakı qəbuledici aparata çatdırıl-
masını reallaşdırır
(b)
.
Radiorabitə – informasiyaların (səs və təsvir) elektromaqnit dalğaları vasitə-
silə verilməsi və qəbul olunmasıdır.
Radiorabitədə elektromaqnit dalğalarının iki diapazonundan istifadə olunur:
1) aşağı tezlikli dalğalar – fəzada pis yayılır, lakin informasiya daşıyır; 2) yüksəktezlikli
dalğalar – fəzada çox böyük məsafələrə yayıla bilir, lakin informasiya daşımır.
Radiorabitənin əsasını
verici stansiya və
qəbuledici stansiya təşkil edir.
Vericidə üç əsas proses baş verir: 1) yüksək tezlikli rəqslərin generasiyası; 2)
yüksək tezlikli rəqslərin zəruri gücə qədər gücləndirilməsi; 3) yüksək tezlikli rəqs-
lərin parametrlərindən birinin (amplitudunun, tezliyinin və ya fazasının) ötürülən
informasiyaya uyğun dəyişdirilməsi.
Verici stansiyanın sadələşdirilmiş sxeminə əsasən o, tranzistorlu (T) generatordan, rəqs
konturundan, mikrofon (M) dövrəsindən və verici antenadan (V) ibarətdir
(c)
. Generator
sönməyən yüksəktezlikli elektromaqnit rəqsləri yaradır (bax:
c, 1
). Sonra həmin rəqslər
mikrofondan daxil olan səs tezlikli elektromaqnit rəqsləri
(2)
ilə
modullaşdırılır
(3)
.
Təchizat:
santimetrlik dalğalar vibratoru, qəbuledici rezonator, metal lövhə (fizika
kabinetinin “Elektromaqnit dalğaları” nümayiş dəstindən), rəqəmsal voltmetr.
İşin gedişi. 1. Vibratoru dəyişən cərəyan şəbəkəsinə, rezonatoru isə voltmetrə birləşdirin.
Cihazları bir-birindən aralı yerləşdirin və ruporlarını üfüqlə müəyyən bucaq altında yuxarı
qaldırın.
2. Vibratoru işə salın və baş verən hadisəni izləyin.
3. Metal lövhəni yuxarı qal-
dırılmış ruporlar arasında müəyyən məsafədə üfüqi olaraq tədricən sağa-sola hərəkət et-
dirməklə baş
verən hadisəni müşahidə edin
(a)
.
Nəticənin müzakirəsi.
Voltmetr hansı halda rezonator dövrəsində
gərginliyin yarandığını aşkar etdi?
Təcrübə nəticəsində hansı fiziki hadisəni
müşahidə etdiniz? Təcrübənin sxemini iş
vərəqinə çəkin.
(a)
ARAŞDIRMA
1
Hansı fiziki hadisəni müşahidə etdiniz?
(b)
İonosfer
LAYİHƏ