0f11aztitul(1-7)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə42/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   73

116 
 
 
NƏ ÖYRƏNDİNİZ? 
İş vərəqində “Elektrik enerjisinin ötürülməsi. Transformator” mövzusun-
da esse yazın. 
Həyatla əlaqələndirin:
 
Transformatorların  içlikləri  aralarında  xüsusi 
dielektrik  təbəqə  olan  çoxlu  sayda  nazik  polad 
lövhələrdən  ibarətdir.  Çox  güclü  transforma-
torların  həm  içlikləri,  həm  də  sarğacları  içərisi 
transformator  yağı  və  ya  su  doldurulmuş  dar 
divarlı çən, yaxud radiatorlarla əhatə olunur 
(e)

  Niyə  transformatorların  içlikləri  çoxlu  sayda 
nazik polad lövhələrdən ibarət olur? 
  Güclü  transformatorların  içlik  və  sarğacları 
niyə  içərisi    transformator  yağı  və  ya  su  dol-
durulmuş çən, yaxud radiatorlarla əhatə olunur.
 
 
(e)
 
3.  Giriş  sarğacını  şəbəkədən  ayırın,  elektrik  qaynaq  sarğacını  içliyin  qolundan  çıxarın. 
İçliyin boş qoluna uclarına lampa bağlanmış kiçik dolaqlı sarğacı daxil edib birinci sar-
ğacı yenə şəbəkəyə qoşun. Baş verən hadisə üzərində müşahidə aparın.    
Nəticənin müzakirəsi: 
 “Elektrik qaynağı” modelində hansı növ transformatorun (azaldıcı, yoxsa yüksəldici) 
işini müşahidə etdiniz? 
 Lampalı sarğacla hansı transformatorun işini yoxladınız? 
 İkinci dolaqda elektrik cərəyanının yaranması hansı fiziki hadisəyə əsaslanır? 
Özünüzü qiymətləndirin: 
№ 
Suallar 
Bilirəm 
zəif  orta 
yaxşı 
1  Transformator nədir, o elektrik enerjisi istehsal edirmi? 
 
 
 

Şəkildə təsvir edilən transformatorlardan hansının yük-
səldici, hansının isə alçaldıcı olduğunu təyin edin  
(bax: 


 g
). 
(f)                                                                     (g) 
 
 
 
 

Dəyişən  cərəyanı  böyük  məsafələrə  ötürməyin  ən 
səmərəli üsulu nədir? 
 
 
 

Transformasiya əmsalı 0,2 olan transformatorun birinci 
sarğacında  gərginlik  220  V-dur.  İkinci  sarğacdakı  gər-
ginliyi təyin edin. 
 
 
 
  LAYİHƏ


117 
 
3.7. ELEKTROMAQNİT DALĞALARI  
 
Dalğa – rəqslərin  zaman keçdikcə fəzada yayılma prosesidir.  
 Dalğa – mühitdə maddə daşınması deyil, enerji daşınması pro-
sesidir. 
 Mexaniki dalğa – mexaniki rəqslərin mühitdə yayılma prosesidir. O, vakuumda yayılmır. 
Mexaniki dalğalar elastik mühitdə (bərk cisim, maye və qazlarda) yayılır. 
Dalğanın iki növü var: eninə və uzununa dalğa. 
  Eninə  dalğada  mühitdəki  zərrəciklərin  rəqsi  dalğanın  yayılma  istiqamətinə  perpendi-
kulyar olur. Eninə dalğalar yalnız bərk cisimlərin və mayelərin səthində yayıla bilir. Eninə 
dalğalar mühitdə bir-birini əvəz edən qabarıqlar və çöküklər formasında yayılır. 
 Uzununa dalğada mühitdəki zərrəciklərin rəqsi dalğanın yayılma istiqamətinə paralel olur. 
Uzununa  dalğalar  bütün  mühitlərdə  (bərk  cisim,  maye  və  qazlarda)  yayıla  bilir.  Uzununa 
dalğalar mühitdə bir-birini əvəz edən sıxlaşmalar və seyrəkləşmələr formasında yayılır. 
Mexaniki  dalğaların  mühüm  növlərindən  biri  səs  dalğaları  və  ya  sadəcə,  səsdir.  O  da 
rəqslərin elastik mühitdə yayılmasıdır. 
 Dalğa tezliyi (periodu) – dalğa yaradan mənbəyin rəqs tezliyidir (periodudur). 
 Dalğa uzunluğu – bir rəqs perioduna bərabər müddətdə (t = T) dalğanın yayıldığı 
məsafədir: 
 =  T =



 Dalğa sürəti – rəqslərin mühitdə yayılma sürətidir:  =

= . 
Dalğa  sürəti  onun  tezliyindən  və  periodundan  asılı  deyildir.  Dalğa  sürəti  mühitin  xas-
səsindən və aqreqat halından asılıdır. Dalğa uzunluğu isə bircins mühitdə rəqs periodundan 
düz,  rəqs  tezliyindən  tərs  mütənasib  asılıdır.  Bir  mühitdən  digərinə  keçdikdə  dalğanın 
tezliyi və periodu dəyişmir, lakin müxtəlif mühitlərdə dalğa sürəti fərqli olduğundan onun 
dalğa uzunluğu dəyişir.
 
 

 
Kondensator və induktivlikli sarğacın ardıcıl 
birləşdirilməsindən  əmələ  gələn  elektrik 
dövrəsinin niyə rəqs konturu adlandığını, bu 
konturda hansı hadisələrin baş verdiyini öy-
rəndiniz. 
 
 
Rəqs  konturu  “açılarsa”,  yəni  kon-
turdakı  kondensatorun  lövhələrinin 
sahəsi  kiçildilib  aralarındakı  məsafə 
artırılarsa və eyni zamanda, sarğacın 
induktivliyi azaldılarsa, nə baş verər? 
 
 
 
 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika – 7 və 10
 
 


  LAYİHƏ


118 
 
 
 
Elektromaqnit dalğası. Elektromaqnit induksiya hadisəsi və öz-özünə induksiya 
hadisəsi göstərdi ki, zamana görə dəyişən maqnit sahəsi fəzada burulğanlı dəyişən 
elektrik  sahəsi  yaradır.  İngilis  alimi  Ceyms  Klerk  Maksvel  (1831–1879)  1873-cü 
ildə nəşr etdirdiyi məşhur “Elektrik və maqnetizm üzrə traktat” adlı əsərində belə bir 
fərziyyəni əsaslandırdı ki, burulğanlı elektrik sahəsi də fəzada  dəyişən maqnit sahəsi 
yaradır. Bu zaman dəyişən maqnit və elektrik sahələrinin qüvvə xətləri biri digərini 
əhatə edir. Sahələrin qüvvə xətləri arasındakı münasibət belə olur: 
a) əgər elektrik sahəsinin intensivliyi artırsa 


0 , yaranan maqnit sahəsinin 
induksiya vektoru elektrik sahə intensivlik vektoruna nəzərən sağ yivli burğu təşkil 
edir 
(c)
;  
b) əgər elektrik sahəsinin intensivliyi azalırsa 


0 , yaranan maqnit sahəsi-
nin induksiya vektoru elektrik sahə intensivlik vektoruna nəzərən sol yivli burğu üzrə 
yönəlir 
(d)
;  
c) əgər maqnit sahəsinin induksiyası artırsa 


0 , yaranan burulğanlı elektrik 
sahəsinin intensivlik vektoru maqnit induksiya vektoruna nəzərən sol yivli burğu üz-
rə yönəlir 
(e)
;  
Vibrator 
Rezonator 
(a) 
(b) 
Təchizat:
 
santimetrlik dalğalar vibratoru, 
qəbuledici rezonator (fizika kabinetinin 
“Elektromaqnit dalğaları” nümayiş dəsti-
ndən), rəqəmsal voltmetr 
(a)

İşin gedişi:  
1. Vibratoru dəyişən cərəyan şəbəkəsinə 
qoşun, rezonatoru isə voltmetrə birləşdirin. 
Cihazları ruporlarını üfüqi vəziyyətdə 
qarşı-qarşıya olmaqla, bir-birindən 1–1,5 m 
məsafədə yerləşdirin. 
2. Vibratoru işə salın və baş verən hadisəni 
izləyin. 
3. Cihazlar arasındakı məsafəni dəyiş-
mədən onların ruporlarını tədricən yuxarı 
qaldırıb üfüqlə 
45° bucaq altında 
yerləşdirin 
(b)
. Müşahidələrinizi davam 
etdirin. 
Nəticənin müzakirəsi:  
 Təcrübənin hansı gedişində voltmetr re-
zonator dövrəsində gərginliyin yarandığını 
aşkarladı? 
 Heç bir cərəyan mənbəyinə birləşdirilmə-
yən rezonatorda elektrik cərəyanı yaradan 
nədir? 
ARAŞDIRMA 
 
1
Dövrədə elektrik cərəyanı yaradan nədir? 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə