0f11aztitul(1-7)


REZİSTOR, KONDENSATOR VƏ SARĞAC QOŞULMUŞ



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə38/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   73

104 
 
3.4. REZİSTOR, KONDENSATOR VƏ SARĞAC QOŞULMUŞ  
DƏYİŞƏN CƏRƏYAN DÖVRƏLƏR
 
İ 
 
 Rezistor – xüsusi ərintidən hazırlanan və sıxacları olan naqildir. 
Elektrik sxemlərində rezistor hərfi ilə işarə edilən düzbucaqlı 
şəklində təsvir olunur. Mikrosxemlərdə müxtəlif rezistorlardan 
istifadə olunur. 
Dövrə  hissəsindəki  cərəyan  şiddəti,  gərginlik  və  müqa-
vimət arasındakı asılılıq dövrə hissəsi üçün Om qanunu 
adlanır: I.  
Burada  R  –  naqilin  müqavimətidir.  Naqilin  müqaviməti 
onun  hazırlandığı  maddədən,  həndəsi  ölçülərindən  və 
temperaturundan asılıdır:  
R =
.
 Dövrə hissəsində cərəyanın işi cərəyan şiddəti ilə bu 
hissənin uclarındakı gərginlik və işin görülməsinə sərf 
olunan zamanın hasilinə bərabərdir: A = Iut. 
 Elektrik cərəyanının gücü cərəyanın gördüyü işin bu işi görməyə sərf olunan zamana 
nisbətinə bərabərdir:  
P =  = IU = I
2
R.
 
 

 
Şəkildə təsvir olunan 1, 2 və 3 dövrə hissələri ardıcıl ola-
raq eyni dəyişən cərəyan mənbəyinə qoşuldu.  
Məlum  oldu  ki,  kon-
densator qoşulan döv-
rə  hissəsindən  keçən 
cərəyan şiddətinin qiy-
məti daha böyükdür. 
 Niyə kondensator qo-
şulan dəyişən cərəyan 
dövrəsindən keçən cə-
rəyan şiddəti sarğac 
qoşulan dövrəyə 
nisbətən daha 
böyükdür?  
 Dəyişən cərəyan döv-
rəsində rezistorun mü-
qavimətinin böyük ol-
ması nə ilə nəticələnər?
 
 
Aktiv müqavimət qoşulmuş dəyişən cərəyan dövrəsi 
Dəyişən cərəyan dövrəsində müqaviməti 
 olan rezistor 
aktiv müqavimət  adlanır.  Aktiv  müqavimətli  dövrədə  elektrik 
enerjisinin müəyyən hissəsi daxili enerjiyə çevrilir. Fərz edək ki, 
aktiv  müqavimət  qoşulan  dövrədə  gərginlik  sinus  qanunu  ilə 
dəyişir 
(a)

sin
.  Bu halda dövrənin uyğun xarakteristikaları arasındakı 
münasibət 3.3 cədvəlindəki kimi olar. 
 
(a)
 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika – 8 və 11
 
1
2
2
R
  LAYİHƏ


105 
 
Cədvəl 3.3. 
Aktiv müqavimət qoşulmuş dəyişən cərəyan dövrəsi. 
Xarakteristikalar arasındakı münasibət 
Xarakteristikaların qrafiki 
Om qanununa görə: 
. 
Yalnız rezistor olan dövrədə i və eyni fazada rəqs 
edir. Ona görə də 
0  ə  cos
1  
olur. Bu halda orta güc: 



. 
Ani güc: 
. 
 Yalnız rezistor qoşulan dəyişən cərəyan dövrəsində 
aktiv müqavimət, gərginlik və cərəyan şiddətinin ampli-
tud qiymətləri dəyişən cərəyanın tezliyindən asılı deyil. 
Kondensator qoşulan dəyişən cərəyan dövrəsiDəyişən cərəyan dövrəsi yalnız 
kondensatordan ibarət olarsa, bu cərəyanın xarakteristikaları necə dəyişər?  
 
Kondensatoru sabit gərginlik mənbəyinə qoşduqda dövrədən qısamüddətli cərə-
yan keçər, lampa ani közərər və dərhal sönər. Buna səbəb kondensator lövhələri ara-
sında dielektrikin olmasıdır. Lakin dəyişən cərəyan mənbəyinə qoşulan kondensator 
periodik olaraq dolub-boşaldığından dövrədən cərəyan keçir və lampa işıqlanır. Əgər 
lampa dəyişən cərəyan mənbəyinə birbaşa, kondensatorsuz qoşularsa, o, parlaq işıq-
lanır, kondensator dövrəsinə qoşulduqda isə onun parlaqlığı azalır. Deməli, konden-
sator dəyişən cərəyan dövrəsində müəyyən müqavimət yaradır. Həmin müqavimət 
tutum müqaviməti adlanır və 
 simvolu ilə işarə edilir. Tutum müqavimət qoşulmuş 
dəyişən cərəyan dövrəsinin xarakteristikaları arasındakı münasibəti 3.4 cədvəlindəki 
kimi sistemləşdirmək olar. 
u,i,P 
sin
 
sin
 
 
Nəticənin müzakirəsi: 
 
 
 Kondensator qoşulan hansı dövrədən cərə-
yan keçərək lampanı işıqlandırdı? Niyə? 
  Lampa  hansı  dəyişən  cərəyan  dövrəsində 
daha  parlaq  işıqlandı:  kondensator  olan, 
yoxsa olmayan? Niyə?  
Kondensator qoşulan hansı dövrədən cərəyan keçdi? 
 
Təchizat: kondensator (100 mkF), lampa (4 V), sabit və dəyişən gərginlikli düzləndirici, 
açar (2 əd.), birləşdirici naqillər. 
İşin gedişi: 1. Sxemə əsasən elektrik dövrəsi qurun 
(b)
.  2. Kondensator qoşulan dövrə 
hissəsini sabit gərginlik mənbəyinə birləşdirin (1 açarını qapamaqla) və baş verən ha-
disəni müşahidə edin.  3. Sonra 1 açarını açıb 2 açarını qapamaqla dövrə hissəsini də-
yişən cərəyan mənbəyinə qoşun və müşahidənizi davam etdirin. 4. Lampanı kondensator 
olmadan birbaşa dəyişən cərəyan mənbəyinə qoşun və onun işıqlanmasını kondensator 
dövrəsindəki işıqlanması ilə müqayisə edin
ARAŞDIRMA 
 
1
 
(b)
sin
 
+  – 


  LAYİHƏ


106 
 
Cədvəl 3.4. 
Tutum müqaviməti qoşulan dəyişən cərəyan dövrəsi. 
Xarakteristikalar arasındakı münasibət 
Nəzərə alınsa ki:  
və  





cos
ə
 
. 
 Kondensator qoşulan dəyişən cərəyan dövrəsində cərəyan şiddətinin rəqsləri gərginliyin 
rəqslərini fazaca   qədər qabaqlayır. 
Sonuncu ifadədən görünür ki:  

.
 
Belə dövrə üçün Om qanunu:   
.
 
(1) və (2)-nin müqayisəsindən tutum müqaviməti üçün alınır:  
.  
Tutum müqavimət dövrədə istilik ayırmadığından reaktiv müqavimət adlanır. 
 Kondensator qoşulan dəyişən cərəyan dövrəsində cərəyan şiddətinin amplitud qiyməti və 
tutum müqaviməti dəyişən cərəyan mənbəyinin tezliyindən asılıdır. Dəyişən cərəyan 
dövrəsi yalnız kondensatordan ibarətdirsə, bu dövrədə orta güc sıfırdır, çünki: 
2
 ə cos
2
0

0. 
Belə dövrədə mənbədən alınan  enerji daxili enerjiyə çevrilmir, kondensator ilə generator 
arasında enerji mübadiləsi olur.  
Xarakteristikaların qrafiki 
 
 Qrafikdən görünür ki, ani güc bir period ərzində iki müsbət və iki mənfi hissəyə malikdir
yəni belə dövrəyə verilən enerji  bütövlükdə cərəyan mənbəyinə qayıdır. 
Sarğac  qoşulan  dəyişən  cərəyan  dövrəsi.  Dəyişən  cərəyan  dövrəsi  yalnız 
sarğacdan ibarət olarsa, nə baş verər?  
 
Sarğac qoşulan dövrənin tədqiqi. 
Təchizat:  dəmir  içlikli  sarğac  (L  =  5  Hn),  lampa 
(4V),  sabit  cərəyan  mənbəyi,  dəyişən  cərəyan 
mənbəyi, açar (2 əd.), birləşdirici naqillər. 
İşin gedişi: 1. Sxemə əsasən elektrik dövrəsi yığın 
(c)
2. 1 açarını 
qapayın və L induktivli sarğac qoşulan dövrə hissəsini sabit gərginlik 
mənbəyinə birləşdirin. Lampanın işıqlanmasına diqqət yetirin.   
3.  Sonra 1 açarını  açıb 2  açarını qapamaqla  dövrə  hissəsini dəyişən  cərəyan  mənbəyinə 
qoşun və müşahidənizi davam etdirin. 
Nəticənin müzakirəsi: 
 Lampa və sarğacdan ibarət dövrə hissəsini hansı cərəyan 
mənbəyinə qoşduqda daha parlaq yandı? 
 Təcrübədən hansı nəticəyə gəlmək olar? 
ARAŞDIRMA 
 
2
 
(c)
 
L
 
1 
2 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə