0f11aztitul(1-7)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə39/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   73

107 
 
Araşdırmadan məlum oldu ki, induktiv sarğac və lampadan ibarət dövrə hissəsini 
dəyişən cərəyan mənbəyinə birləşdirdikdə lampanın parlaqlığı kəskin azalır. Bu da, 
öz növbəsində, sarğac dolaqlarının müəyyən müqavimətə malik olduğunu göstərir. 
Sarğacın malik old uğu həmin müqavimət induktiv müqavimət adlanır və   simvolu 
ilə işarə edilir. 
İnduktiv  müqavimətli  dəyişən  cərəyan  dövrəsini  xarakterizə  edən  kəmiyyətlər 
arasındakı münasibəti 3.5. cədvəlindəki kimi göstərmək olar. 
 
Cədvəl 3.5. 
İnduktiv müqavimət qoşulmuş dəyişən cərəyan dövrəsi. 
Xarakteristikalar arasındakı münasibət 
Belə dövrədən dəyişən cərəyan keçdikdə öz-özünə induksiya EHQ yaranır: 
ö


. 
Öz-özünə induksiya EHQ ilə  dəyişən cərəyan mənbəyinin uclarındakı  gərginliyin ani 
qiyməti arasındakı münasibət   
ö
 olduğundan: 
. 
Cərəyan şüddəti  
 qanunu ilə dəyişərsə, gərginliyin ani qiyməti: 
 və ya  
. 
  İnduktiv sarğac qoşulan dəyişən cərəyan dövrəsində  gərginliyin rəqsləri cərəyan 
şiddətinin rəqslərini fazaca   qədər qabaqlayır. Belə dövrədə orta güc sıfıra bərabərdir. 
Sonuncu ifadədən görünür ki:  

.
 
Bu halda, Om qanununa görə:   
.
 
Beləliklə, induktiv müqavimət:  
. 
Bu müqavimət də reaktiv müqavimətdir, çünki o, dövrədə istilik miqdarı ayırmır.
 
 Dəyişən cərəyan dövrəsi yalnız sarğacdan ibarətdirsə, bu dövrədə də orta güc sıfırdır 
və  dəyişən cərəyan dövrəsində istilik miqdarı ayrılmır.  İnduktiv müqavimət yalnız 
dəyişən cərəyanın şiddətini məhdudlaşdırır. 
Xarakteristikaların dəyişmə qrafiki 
 
 
  LAYİHƏ


108 
 
 
 
NƏ ÖYRƏNDİNİZ? 
İş vərəqində “Rezistor, kondensator və sarğac qoşulmuş dəyişən cərəyan 
dövrəsi” mövzusunun anlayış xəritəsini qurun. 
 
 
İnduktiv müqavimət dəyişən cərəyan şiddətinə necə təsir edir? 
Məsələ. Rəqs tezliyi 50 Hs və gərginliyi 240 V olan dəyişən cərəyan dövrəsinə aktiv mü-
qaviməti  çox  kiçik  olan  sarğac  qoşulmuşdur.  Bu  sarğacın  induktivliyinin  0,5  Hn 
olduğunu bilərək təyin edin (
3; √2
1,4):  
a) sarğacın induktiv müqavimətini;  
b) sarğac dövrəsindən keçən dəyişən cərəyanın təsiredici qiymətini;  
с) cərəyan şiddətinin amplitud qiymətini.  
Nəticənin müzakirəsi: 
 
 
 Dəyişən cərəyan dövrəsində rəqs tezliyinin 50 Hs və gərginliyin  240 V olması nə de-
məkdir? 
  Sarğacın  induktiv  müqaviməti  nədən  asılıdır?  O,  sarğac  dövrəsindən  keçən  cərəyan 
şiddətinə necə təsir edir: onu artırır, yoxsa azaldır? 
Həyatla əlaqələndirin. 
LED  (işıq  verən  diodlar)  lampaları  yüksək 
enerji qənaətinə görə bütün işıqlandırma sis-
temlərində geniş tətbiq olunur. LED lampası 
220 V dəyişən gərginlik dövrəsinə qoşulması-
na  baxmayaraq  onun  işıq  verən  diodları  çox 
zəif sabit cərəyanla işləyir. Onları sabit cərə-
yanla  lampanın  gövdəsində  yerləşdirilən  ya-
rımkeçirici diod və tranzistor, sarğac, rezistor 
və kondensatorlarla təchiz edilmiş mikroelek-
trik dövrəsi təmin edir. 
 LED lampası birbaşa sabit cərəyan mənbə-
yinə qoşularsa, o işıqlanarmı? Niyə? 
ARAŞDIRMA 
3
 
TƏTBİQETMƏ 
süzgəc 
kondensator 
lampa 
yivi 
plafon
işıqverən 
diodlar 
Özünüzü qiymətləndirin: 
№ 
Suallar 
Bilirəm 
zəif 
orta 
yaxşı 

Dəyişən  cərəyan  dövrəsindəki  rezistorun  müqaviməti  aktiv, 
induktiv və tutum müqavimətləri isə reaktiv müqavimət adla-
nır. Niyə?  
 
 
 

Dəyişən  cərəyan  dövrəsinin  tezliyi  50  Hs-dən  5  kHs-ə  qədər 
yüksəldilərsə, induktivliyi 0,1 Hn olan sarğacın induktiv müqa-
viməti necə dəyişər?  
 
 
 

Dəyişən cərəyan dövrəsinin tezliyi 50 Hs-dən 5 kHs qədər yük-
səldilərsə, tutumu 5 mkF olan kondensatorun tutum müqavimə-
ti necə dəyişər?  
 
 
 

Dəyişən  cərəyan  dövrəsinin  tezliyi  50  Hs-dən  5  kHs-ə  qədər 
yüksəldilərsə, müqaviməti 20 Om olan rezistorun müqaviməti 
necə dəyişər?  
 
 
 
  LAYİHƏ


109 
 
3.5. AKTİV, İNDUKTİV VƏ TUTUM MÜQAVİMƏTLƏRİNİN ARDICIL 
BİRLƏŞDİRİLDİYİ DƏYİŞƏN CƏRƏYAN DÖVRƏSİ ÜÇÜN OM QANUNU 
 
Tam dövrə üçün Om qanunu belə ifadə olunur:
 Tam dövrədəki cərəyan şiddəti EHQ ilə düz, dövrənin tam 
müqaviməti ilə tərs mütənasibdir: I
.   
Rəqs sistemində məcburi rəqslərin amplitudu məcburedici qüvvənin tezliyindən asılıdır.  
Belə ki, məcburedici qüvvənin dəyişmə tezliyinin qiyməti sistemin məxsusi rəqs tezliyinin 
qiymətinə yaxınlaşdıqca məcburi rəqslərin amplitudu artır. Nəticədə, sistemdə rezonans 
hadisəsi baş verir: 
  Rezonans  –  məcburedici  qüvvənin  dəyişmə  tezli-
yinin  qiymətinin  sistemin  sərbəst  rəqs  tezliyinin 
qiymətinə bərabər olduğu hadisədir: (
ω
ω ). Bu 
zaman  məcburi  rəqslərin  amplitudunun  kəskin 
artması baş  verir. 
 Rezonans əyrisinin maksimumunun kəskinliyi sür-
tünmə qüvvəsindən asılıdır. Belə ki, 1 əyrisi kiçik 
sürtünmə qüvvəsinə (maksimum kəskindir), 2 əyrisi 
nisbətən böyük, 3 əyrisi isə daha böyük sürtünmə 
qüvvəsinə uyğundur.
 
 

 
Bəzən yay aylarında elektrik soyuducu sistemlərindən intensiv isti-
fadə  edən  iri  müəssisələrin  yüksək  gərginlik  xətlərinin  izolyasiya-
sında  deşilmə  baş  verir.  Nəticədə  izolyasiya  qatında  zəhərli  tüs-
tülənmə yaranır və o alovlanaraq yanğın qəzası törədir.  
Mütəxəssislərin  belə  fövqəladə  hallarda  gəldikləri  nəticə,  adətən, 
belə olur: “Dövrədə elektrik rezonansı baş vermişdir!”   
 Elektrik 
rezonansı 
nədir?  
O hansı 
şəraitdə 
yarana bilir?
 
 
 
(a)
 
(b)
 
ARAŞDIRMA 
 
1
 
Dəyişən cərəyan dövrəsində Om qanunu ödənildimi?
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika – 10 və 11
Təchizat:
 
tezliyi  dəyişdirilə  bilən  gərginlik  mənbəyi,  rezistor 
(
1
),  kondensator  (
100
),  dəmir  içlikli  sarğac (
5
),
rəqəmsal multimetr M-3900 (4 əd.) 
İşin gedişi:  
1.  Verilən  sxemi  iş  vərəqinə  çəkin 
(a)
  və  ona  uyğun  elektrik 
dövrəsini yığın 
(b)
. 2. Multimetrlər dəyişən cərəyan şiddətinə (1-
multimetri) və  dəyişən gərginliyə (2
4 multimetrləri) köklənir.
3. Açarı qapayıb multimetrlərin göstəricilərini 3.6 cədvəlinin uyğun 
xanalarında qeyd edin. 4. Cərəyan mənbəyinin EHQ-nin rəqslə-
rinin verilən tezliyə görə    və 
 müqavimətlərini hesablayıb
cədvəldə qeyd edin. 
Cədvəl 3.6. 
№ 

,
 
,
 
,  
,  
,  
,
 
,
 
,
 
1   
 
 
 
 
1000   
 
2   
 
 
 
 
1000   
 
3   
 
 
 
 
1000   
 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə