0f11aztitul(1-7)


ELEKTROMAQNİT RƏQSLƏRİNDƏ ENERJİ ÇEVRİLMƏLƏRİ



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə36/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   73

97 
 
3.2. ELEKTROMAQNİT RƏQSLƏRİNDƏ ENERJİ ÇEVRİLMƏLƏRİ 
(Təqdimat dərs)
 
 
“Elektromaqnit  rəqslərində  enerji  çevrilmələri”  mövzusunda  elektron  təqdimat 
hazırlayın.  Bu  məqsədlə  rəqs  konturunda  elektromaqnit  rəqslərinin  enerji  çevril-
mələrinin yaylı rəqqasdakı mexaniki rəqslərin enerji çevrilmələri ilə analogiyasından 
istifadə edə bilərsiniz (
cədvəl 3.2
). 
 
Cədvəl 3.2. 
 
 
 
 
 
 
  LAYİHƏ


98 
 
Cədvəl 3.2.
-nin davamı. 
 
 
İdeal  rəqs  konturunun  ixtiyari  zaman  anında  tam  enerjisi  elektrik  və  maqnit 
sahələrinin enerjiləri cəminə bərabərdir: 
2
2
2

2


Lakin real rəqs konturunda bütün işlədicilər elektrik müqavimətinə malik oldu-
ğundan enerji itkisi qaçılmazdır. Bu o deməkdir ki, real konturda elektrik enerjisi 
tamamilə maqnit sahəsinin enerjisinə çevrilə bilməz, onun bir hissəsi naqildə istiliyin 
ayrılmasına  sərf  olunur.  Ona  görə  də  real  rəqs  konturunda  sərbəst  elektromaqnit 
rəqsləri sönəndir. 
Rəqslərin analogiyasından istifadə edərək təqdimatın planını tərtib edin. 
 
 
 
 
 
  LAYİHƏ


99 
 
3.3. MƏCBURİ ELEKTROMAQNİT RƏQSLƏRİ: DƏYİŞƏN CƏRƏYAN 
 
  Cərəyan  şiddətinin  qiyməti  və  cərəyanın  istiqaməti  zaman 
keçdikcə dəyişmirsə, belə cərəyan sabit cərəyan adlanır. 
Sabit  cərəyan  mənbələrinə  misal  kimi  elektrofor  maşınını, 
müxtəlif batareyaları (quru qalvanik element) və ya akkumul-
yatoru, günəş batareyasını və fizika laboratoriyasında işlədilən 
cərəyan düzləndiricilərini göstərmək olar. 
Bircins maqnit sahəsində qapalı kontur (çərçivə) yerləşdirilər-
sə, bu konturun hüdudlandırdığı S səthindən maqnit induksiya 
seli keçər. 
 Maqnit induksiya seli (Ф) – ədədi qiymətcə maqnit induksiya 
vektorunun modulu, konturun sahəsi və konturun normalı 
ilə induksiya vektoru arasında qalan bucağın kosinusu hasi-
linə bərabər kəmiyyətdir: Ф
BScosα. 
 Keçirici konturla hüdudlanmış səthdən keçən maqnit selinin 
dəyişməsi nəticəsində konturda elektrik cərəyanının yaran-
ması elektromaqnit induksiyası hadisəsi adlanır. 
 Keçirici qapalı konturda yaranan induksiya EHQ bu konturla hüdudlanan səthdən keçən 
maqnit selinin dəyişmə sürəti ilə düz mütənasibdir:  ε
∆Ф


Keçirici qapalı konturda yaranan induksiya cərəyanının şiddəti qapalı dövrə üçün Om 
qanununa əsasən:  I
∆Ф


 Keçirici konturda cərəyan şiddətinin dəyişməsi nəticəsində həmin konturda induksiya 
EHQ-nin yaranması hadisəsi öz-özünə induksiya hadisəsi adlanır. 
Qapalı konturda cərəyan şiddəti sıfırdan müəyyən qiymətə qədər artdığı an bu kontur-
dan  keçən  maqnit  seli  də  artır.  Nəticədə  konturda  yaranan  öz-özünə  induksiya  EHQ 
həmin konturdan keçən cərəyanın əksinə yönələn induksiya cərəyanı yaradır.
 
 

 
Avropada ilk dəfə olaraq XX əsrin əvvəllərində Ba-
kıda dəyişən cərəyanı sənaye miqyasında istehsal 
edən və ötürən iki nəhəng elektrik stansiyası isti-
fadəyə verilir:  
Bibiheybət elektrik stansiyası (1901) və Ağ-
şəhər  (Belqorod)  elektrik  stansiyası  (1902). 
1906-cı  ilin  martında  Ağşəhər  elektrik 
stansiyasından  8,5  km  məsafədə  yerləşən 
Balaxanı  neft  mədənlərinə  elektrik  enerji-
sinin  verilməsinə  başlanılmışdır.  Müqayisə 
üçün  deyək  ki,  Avropanın  iri  şəhərlərində 
dəyişən elektrik cərəyanının istifadəsinə çox 
sonralar başlanmışdır: Helsinki –1940, Stok-
holm  –  1960.  ABŞ-da  isə  bütün  ölkə  üzrə 
dəyişən cərəyandan istifadəyə keçid 2007-ci 
ildə başa çatdırılmışdır.  
 
 Dəyişən cərəyan sabit cərəyandan nə 
ilə fərqlənir?  
 Dəyişən cərəyan necə alınır? 
 
 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika – 8 və 11
 
Elektrik stansiyasının buxar qazanı üçün 
dünyada ilk dəfə Bakıda tikilmiş “Dəniz 
suyunun termokimyəvi yumşaldılma 
qurğusu”. Bakı, 1902.
  LAYİHƏ


100 
 
 
 
Məcburi elektromaqnit rəqsləri. Öyrəndiniz ki, real rəqs konturunda elektromaq-
nit rəqsləri həmişə sönəndir. Rəqslərin sönməzliyini təmin etmək üçün rəqs kontu-
runa periodik olaraq enerji verilməlidir. Bu məqsədlə rəqs konturuna ardıcıl olaraq 
EHQ-si harmonik qanunla, məsələn, 
 1  
qanunu ilə dəyişən cərəyan mənbəyi qoşmaq lazımdır 
(b)
. Elektrik sxemlərində dəyişən 
cərəyan mənbəyi 
"
~
"
 
simvolu ilə işarə edilir. (1) ifadəsində 
EHQ-nin maksimal 
(və ya amplitud) qiyməti, 
 EHQ-nin dəyişdiyi dairəvi tezlikdir. EHQ-si dəyişən cə-
rəyan mənbəyinin təsiri  ilə LC-konturunda məcburi elektromaqnit rəqsləri yaranır. 
 Məcburi elektromaqnit rəqsləri – xarici cərəyan mənbəyinin EHQ-sinin dəyiş-
məsi ilə konturda elektrik yükünün, cərəyan  şiddətinin və  gərginliyin   dairəvi 
tezliyinə bərabər tezliklə dəyişməsidir.  
Məcburi elektromaqnit rəqslərinə ardıcıl birləşdirilmiş rezistor, kondensator və 
sarğacdan ibarət konturdan keçən dəyişən cərəyan kimi baxıla bilər.  
 Dəyişən cərəyan – istiqaməti və cərəyan şiddəti zamana görə periodik dəyişən 
cərəyandır
Dəyişən  cərəyan  fabrik  və  zavodlarda  elektrik  mühərriklərini  hərəkətə  gətirir, 
məişətimizdəki işıqlandırma sistemlərini, bütün elektrik cihazlarını və s.-ni işə salır. 
Dəyişən cərəyanın alınması. Dəyişən cərəyanı hasil edən qurğu dəyişən cərəyan 
generatoru və ya induksiya generatoru adlanır. Generatorun iş prinsipi elektromaq-
nit induksiyası qanununa əsaslanır. Belə generatorun ən sadə modeli bircins maqnit 
sahəsində fırlanan keçirici konturdur 
(c)
.  
 
Təchizat: lampa ilə təchiz edilmiş generator mo-
deli. 
İşin gedişi: generatorun valını bərabər sürətlə fır-
ladın  və  eyni  zamanda  lampanın  işıqlanmasına 
diqqət yetirin 
(a)
. 
Nəticənin müzakirəsi:   
 
 Generatorun valının bərabər sürətlə fırla-
dılmasına baxmayaraq lampanın işıqlanmasında 
qeyri-adi nə müşahidə olundu?  
 Təcrübədən nə kimi fərziyyə irəli sürmək olar?
(a)
ARAŞDIRMA 
 
1
 
Lampanın işıqlanmasında qeyri-adi nə müşahidə olundu? 
(a) 


(b) 
(c) 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə