0f11aztitul(1-7)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə32/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   73

84 
 
isə  gücləndirilmiş  siqnal  alınır.  Hər  iki  dövrə  açıq  olduqda  emitterdəki  əsas 
yükdaşıyıcılar olan deşiklər bazaya keçir. Baza təbəqəsi nazik olduğundan deşiklər 
oradakı elektronlarla birləşməyə imkan tapmır və onların 
95% hissəsi kollektora 
keçir. Nəzərə alınsa ki, emitter dövrəsindəki cərəyan şiddəti ( ) baza və kollektorda 
yaranan cərəyan şiddətlərinin cəminə bərabərdir:  
=
, (1) 
bu halda kollektor dövrəsinin cərəyan şiddəti, demək olar, emitter dövrəsindəki cərə-
yan şiddətinə bərabər olur: 

 . (2) 
Ona görə də kollektor dövrəsindəki cərəyan şiddəti emitter dövrəsindəki cərəyan şid-
dətinə sinxron olaraq dəyişir. Nəticədə R rezistorunda sinxron dəyişən gərginlik ya-
ranır (bax: 
h
). Bu zaman rezistor böyük müqavimətli olarsa, emitter dövrəsində gər-
ginliyin kəskin artması (
10 ) dəfə baş verir. Cərəyan şiddətləri arasında (2) müna-
sibəti olduğundan R rezistorunda ayrılan güc emitter dövrəsində sərf olunan gücdən 
dəfələrlə çox olur.  
Tranzistoru 1948-ci ildə Amerika alimləri Uilyam Şokli, Valter Bratteyn və Con 
Bardin  ixtira  etmişlər.  Onlar  bu  işlərinə  görə  1956-cı  ildə  fizika  sahəsində  Nobel 
mükafatına layiq görülmüşlər. 
 
 
Hansı rezistordan cərəyan keçər?
Məsələ 1. Sxemdə iki dioddan ibarət elektrik dövrəsi göstərilmişdir. 
Dövrənin  A  və  B  nöqtələrinə  EHQ  12V  və  daxili  mü-
qaviməti  2  Om  olan  cabit  cərəyan  mənbəyinin qütbləri 
birləşdirilir. Rezistorların müqavimətləri 
1
= 3
  və 
2
= 4
-dur.
 
a) Əgər dövrənin A nöqtəsinə cərəyan mənbəyinin mənfi, B nöq-
təsinə  müsbət  qütbü  birləşdirilərsə,  hansı  rezistordan  cərəyan 
keçər? 
b) Əgər dövrənin  A nöqtəsinə cərəyan mənbəyinin müsbət, B nöq-
təsinə mənfi qütbü birləşdirilərsə, hansı rezistordan cərəyan ke-
çər?
 
c)  Dövrənin  A  nöqtəsinə  cərəyan  mənbəyinin  müsbət  qütbü  birləşdirilərsə,  dövrənin 
ümumi müqaviməti nəyə bərabər olar; mənfi birləşdirilərsə, nəyə bərabər olar? 
d)  Dövrənin  A  nöqtəsinə  cərəyan  mənbəyinin  müsbət  qütbü  birləşdirilərsə,  dövrədən  keçən 
cərəyan şiddəti nəyə bərabər olar; mənfi qütbü birləşdirilərsə, nəyə bərabər  olar? 
Nəticənin müzakirəsi: 
 Diod dövrəyə necə qoşulmalıdır ki, o, çərəyanı keçirsin? Niyə? 
 Cərəyan mənbəyinin müsbət qütbü dövrənin A nöqtəsinə birləşdirildikdə, dövrənin ümu-
mi müqavimətini və cərəyan şiddətini necə təyin etdiniz?
 
ARAŞDIRMA 
2
 
TƏTBİQETMƏ 
  LAYİHƏ


 
85 
 
 
 
 
 
NƏ  ÖYRƏNDİNİZ? 
İş  vərəqinə  “p-n  keçidi”,  “yarımkeçirici  diod”,  “tranzistor”  anlayışları 
haqqında esse yazın.
 
 
 
 
 
Həyatla əlaqələndirin:  
Batareyanın qütblərini təyin edin
 
Təchizat:  batareya,  yarımkeçirici  diod,  birləşdi-
rici naqillər. 
İşin gedişi:  Batareyanın qütblərini yarımkeçirici 
diodla  təyin  edin.  Bunun  üçün  əvvəlcə  quraca-
ğınız  dövrənin  sxemini  çəkin,  sonra  isə  dövrəni 
qurun.  
 Batareyanın qütblərini diodla necə təyin etdiniz? 
Özünüzü qiymətləndirin: 
№ 
Suallar 
Bilirəm 
zəif 
orta 
yaxşı 

−  keçidli diodda düz və tərs keçid yükdaşıyıcıla-
rını nə təşkil edir?  
 
 
 

Yarımkeçirici diod, cərəyan mənbəyi və lampa ardı-
cıl birləşdirilmişdir. Cərəyan mənbəyinin qütblərinin 
yerini dəyişdikdə:  
a) diod xarabdırsa, dövrədə cərəyan şiddəti necə də-
yişər?  
b) diod sazdırsa, dövrədə cərəyan şiddəti necə dəyi-
şər? 
 
 
 

Tranzistorun emitter və kollektor dövrəsində cərə-
yan şiddəti uyğun olaraq 12 mA və 11,4 mA-dir. 
Baza dövrəsindəki cərəyan şiddəti emitterdəki cərə-
yan şiddətinin neçə fazini təşkil edir?  
 
 
 
  LAYİHƏ


86 
 
2.9. YARIMKEÇİRİCİ QURĞULAR:  
ONLARIN ELM, TEXNİKA VƏ İSTEHSALATDA TƏTBİQİ 
(Təqdimat dərs) 
 
Təqdimatın təqribi planı:  
 
Plan 
1. Giriş 
2. Yarımkeçirici qurğuların əsas hissələri 
3. Termorezistor 
4. Fotorezistor 
5. Fotodiod 
6. Yarımkeçirici düzləndiricilər 
7. İşıq şüalandırma diodu (svetodiod) 
8. Fototranzistor 
9. Günəş batareyaları 
10. İnteqral sxemlər (çiplər) və s. 
 
Yarımkeçiricilərin elm, texnika və istehsalatda tətbiqlərinə aid elektron 
təqdimat, yaxud poster hazırlayın. Bu məqsədlə aşağıdakı ünvanlardan 
istifadə edə bilərsiniz: 
 
Elektron resurslar: 
1. http://elibrary.bsu.az/kitablar/1002.pdf 
2. https://az.wikipedia.org/wiki/Yarımkeçiricilər 
3. https://az.wikipedia.org/.../Kateqoriya:Yarımkeçirici_cihazlar 
4. elshad777.blogspot.com/p/blog-page_21.html 
5. www.wikiwand.com/az/Kateqoriya:Yarımkeçirici_cihazlar 
6. https://www.slideshare.net/MirNamik/yarmkec-mbm2014 
7. https://prezi.com/upcuvgyppdko/yar-iletkenler-ve-kullanm-alanlar/ 
8. http://www.ahmetozkurt.net/TES101/ders9.pdf 
9. http://www.elektrikport.com/haber-roportaj/nissandan-akilli-park-teknolojisine-
sahip -sandalyeler/17086#ad-image-0 
10. http://slideplayer.biz.tr/slide/2701879/ 
11. https://engelliler.gen.tr/f61/yari-iletkenler-16935/ 
12. http://studbooks.net/755598/pedagogika/poluprovodniki_sovremennom_mire 
13. http://worldofschool.ru/fizika/kondens/tv-tela/p-provodnik/poluprovodniki-v-
nashej-zhizni-primenenie-poluprovodnikov-kratko
 
 
 
 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə