0f11aztitul(1-7)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə43/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   73

119 
 
d) əgər maqnit sahəsinin induksiyası azalırsa 


0 , yaranan burulğanlı elek-
trik  sahəsinin  intensivlik  vektoru  maqnit  induksiya  vektoruna  nəzərən  sağ  yivli 
burğu üzrə yönəlir 
(f)

 
 
Beləliklə, sürətlə dəyişən elektrik sahəsi fəzanın həmin hissəsində dəyişən maqnit 
sahəsinin, o isə öz növbəsində yenidən burulğanlı elektrik sahəsinin yaranması ilə 
nəticələnir və s. Dəyişən elektrik və maqnit sahələri biri digərini yaratmaqla sonlu 
sürətlə yayılaraq fəzanın yeni-yeni hissələrini əhatə edir – fəzada elektromaqnit dal-
ğası şəklində yayılır. 
 Elektromaqnit dalğası – dəyişən elektromaqnit sahəsinin fəzada yayılmasıdır
Elektromaqnit dalğası eninə dalğa olub elektrik sahə intensivliyi ( ) və maqnit sahə 
induksiyası ( ) vektorlarının fəzada qarşılıqlı perpendikulyar dəyişməsini xarakte-
rizə edir 
(h)
.  
 
 
Elektromaqnit dalğasının bəzi xassələri. Bunlar aşağıdakılardır: 
(d)
 
(e)
 
(f)
 
(c)
 


0   


0


0
 
 
 


0
(h)
 
Z
 

 

 
X
 
Dalğanın 
yayılma 
istiqaməti 
Maqnit  
sahəsinin rəqsi 
Elektrik sahəsinin 
rəqsi 
Mənbə
 
 
Y
O
 
  LAYİHƏ


120 
 
 Elektromaqnit dalğası eninə dalğadır. Belə ki, elektromaqnit dalğasında elekt-
rik sahəsinin intensivlik vektoru (
), maqnit sahə induksiyası vektoru ( ) və dalğa-
nın sürət vektoru (

) həmişə qarşılıqlı perpendikulyardır (bax: 
i
). Bu dalğanın ya-
yıldığı fəzanın ixtiyari nöqtəsində intensivlik vektorunun modulu induksiya vektoru-
nun modulu ilə mütənasibdir. 

 Elektromaqnit dalğası həm vakuumda, həm də mühitdə yayıla bilir. Onun va-
kuumda yayılma sürəti işığın vakuumdakı sürətinə bərabərdir: 
=
1
= 3 ∙ 10
. (1) 
Burada 
 ə
uyğun olaraq elektrik və maqnit sabitidir.  
Elektromaqnit dalğasının mühitdə sürəti işığın mühitdə yayılma sürətinə bərabər 
olub mühitin xassəsindən asılıdır: 

=

= . (2) 
Burada 
 ə   – uyğun olaraq mühitin dielektrik və maqnit nüfuzluğu, 
mühitin sındırma əmsalıdır.  

 Elektromaqnit dalğasının vakuumda dalğa uzunluğu: 

=

=
, (3) 
onun mühitdə dalğa uzunluğu vakuumdakına nisbətən kiçikdir: 

=

. (4) 
 Elektromaqnit dalğası enerjiyə malikdir. Bu dalğalar keçirici naqilə çatdıqda 
enerjinin bir hissəsi udulur və orada sürətlə dəyişən elektrik cərəyanı yaradır. 

 Elektromaqnit dalğası iki mühitin ayrılma sərhədindən qayıtma və sınma xas-
səsinə malikdir. 

 Elektromaqnit dalğası fəzada səpilmə, suda udulma xassəsinə malikdir və s. 
Elektromaqnit dalğasının  şüalanması – açıq rəqs konturu. Adi  rəqs  konturunda 
dəyişən elektrik və maqnit sahələrinin enerjisinin bir-birinə qarşılıqlı çevrilməsi baş 
verir, lakin bu çevrilmə kondensator və sarğacda uyğun sahənin enerjisinin növbə ilə 
cəmlənməsi prosesi ilə nəticələnir. Ona görə də rəqs konturundan kənarda, demək 
olar, elektromaqnit dalğası qeydə alınmır, yəni kontur elektromaqnit dalğası şüalan-
dırmır. Elektromaqnit dalğasının şüalanmasına nail olmaq üçün onu yaradan elek-
tromaqnit rəqslərinin məxsusi tezliyini yüksəltmək lazımdır. Konturda yaranan elek-
tromaqnit rəqslərinin məxsusi tezliyi 
=

 olduğundan, rəqslərin tezliyini artır-
maq üçün ya induktivliyi, yaxud da tutumu azaltmaq lazımdır. Bu sadə qanunauy-
ğunluğu nəzərə alan alman alimi Henrix Rudolf Hers (1857–1894) rəqs konturunun 
formasını dəyişməklə 1886-cı ildə elektromaqnit dalğasının şüalandırılmasına nail 
oldu. O, rəqs konturundan sarğacı aradan götürür, kondensatorun lövhələrinin sahə-
sini kiçildir və onları bir-birindən uzaqlaşdırır. Nəticədə qapalı kontur açıq kontura 
çevrilir. Hers vibratoru adlanan belə kontura periodik olaraq enerji verməklə apa-
rılan təcrübədə onun kondensator konduktorları (lövhələri) arasında qığılcım boşal-
ması formasında yüksək tezlikli elektromaqnit rəqsləri yarandı. Eyni anda məsafədə 
  LAYİHƏ


121 
 
1–2 m vibratora paralel yerləşdirilmiş və heç bir enerji mənbəyinə qoşulmayan qə-
buledici konturun – rezonatorun konduktorları arasında da həmin qığılcım boşalması 
yarandı. Deməli, açıq rəqs konturunda yaranan yüksək tezlikli elektromaqnit rəqsləri 
daşıdığı enerjini elektromaqnit dalğaları formasında fəzaya yaymış və bu dalğalar 
həmin an rezonator tərəfindən qəbul olunmuşdur 
(i)
.   
 
 
 
NƏ ÖYRƏNDİNİZ? 
İş vərəqində “Elektromaqnit dalğası” mövzusunda esse yazın. 
 
 
(i) 
 
 
 
ARAŞDIRMA 
2
 
TƏTBİQETMƏ 
 
Elektromaqnit dalğasının mühitdə uzunluğu nə qədərdir? 
Məsələ. Elektromaqnit dalğası bircins mühitdə 
2 ∙ 10
 sürətlə yayılır. Elektromaqnit dal-
ğasının mühitdəki uzunluğunu təyin edin. Onun vakuumda yayılma tezliyi 1 MHs-dir.  
Nəticənin müzakirəsi: 
 Elektromaqnit dalğasının vakuumda tezliyi və mühitdə yayılma sürəti məlumdursa, onun 
mühitdə dalğa uzunluğunu necə təyin etmək olar? 
Həyatla əlaqələndirin: 
Bakı televiziya qülləsi iki daşıyıcı dalğa şüalandırır: şüalanma tezliyi 94 MHs olan təsvir 
dalğası daşıyan şüa və modulyasiya olunmuş 95 MHs tezlikli elektromaqnit dalğası daşıyan 
şüa. Bu tezliklərə uyğun şüaların dalğa uzunluğunu təyin edin.  
 
Özünüzü qiymətləndirin: 
№ 
Suallar 
Bilirəm 
zəif 
orta 
yaxşı 
1  Burulğanlı elektrik sahəsinin mənbəyi nədir? 
 
 
 
2  Elektromaqnit dalğası nədir? 
 
 
 

Niyə qapalı rəqs konturu elektromaqnit dalğası 
şüalandırmır? 
 
 
 

Elektromaqnit dalğasının sürət vektoru elektrik 
sahəsinin intensivlik və maqnit sahəsinin induksi-
ya vektorlarına nəzərən necə yönəlir?  
 
 
 

Elektromaqnit dalğası vakuumdan mühitə keç-
dikdə dalğa uzunluğu 9 dəfə azaldı. Bu zaman 
onun yayılma sürəti necə dəyişər?  
 
 
 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə