9
• Giriş •
Xəritə-sxem coğrafi məlumatların əyani və anlaşılan
üsulla göstərildiyi, sadələş-
dirilmiş və ümumiləşdirilmiş şərti işarəli
coğrafi təsvirdir. Xəritə-sxemlərdə əl qra-
fikasından istifadə edilir.
Xəritə-sxem. “İçərişəhər”
1. Qız qalası. 2. Cümə məscidi. 3. Hamam. 4. Qala divarı.
Kartoqram – coğrafi xəritədə hər hansı bir göstəricinin ərazi daxilində dəyişmə-
sini vizual əks etdirən təsviridir. Kartoqramda məlumatlar müxtəlif ştrixlər,
rənglər
və nöqtələrlə ifadə olunur.
Kartoqram. “Dənli bitkilərin məhsuldarlığı”
Kartodiaqram coğrafiya xəritəsi ilə diaqramın birləşməsidir. Burada məlumatlar
həndəsi fiqurlar (daha çox dairə və sütunlar) vasitəsilə verilir. Fiqurların ölçüləri xəritədə
təsvir edilən məlumatların kəmiyyət göstəricilərini əks etdirir. Məsələn, təqdim edilən
xəritədəki diaqramda dairənin böyüklüyü bu şəhərdə sənayenin daha güclü olduğunu
bildirir.
Kartodiaqram. “Sənaye sahələri”
1. Yeyinti sənayesi. 2. Yüngül sənaye. 3. Maşınqayırma.
– 40–50 s/ha
– 30–40 s/ha
– 20–30 s/ha
10
Beləliklə,
xəritə, xəritə-sxem, kartoqram və
kartodiaqram təbii, iqtisadi göstəri-
ciləri, eləcə də baş verən prosesləri əks etdirmək məqsədilə tərtib olunur. Onlar yeni
yaşayış məntəqələrinin planlaşdırılması, müəssisələrin tikilməsi, müəyyən ərazilər-
də əhali və təsərrüfatın səmərəli yerləşdirilməsi zamanı istifadə edilir.
1. Göstərilən coğrafi informasiyaların təqdimolunma formalarını dəftərinizə yazın və
mövzudakı məlumatlardan istifadə edərək onların daha dörd üsulunu əlavə edin:
1. Mətn. 2. Şəkil. 3. Cədvəl. 4. Qrafik. 5. ... . 6. ... . 7. ... . 8. ... .
2. Şəkildəki uşaqların rastlaşdığı təsvir üsulu hansıdır?
Nəbatat bağına ekskursiya zamanı
3. Mövzuda verilən kartodiaqramdan istifadə edərək göstərilən dairələrin ölçülərini
nəzərə almaqla suallara cavab verin.
a) Hansı sənaye sahələri hər iki şəhərdə inkişaf etmişdir?
b) Şəhərlərdən hansı yüngül sənaye üzrə ixtisaslaşmışdır?
c) Xaçmazda, yoxsa Qusarda sənaye sahələri daha güclü inkişaf etmişdir?
4. Sxemi dəftərinizə çəkin. Şərti işarələrə uyğun olaraq kartoqramı tərtib edin, əraziləri
ştrixləyin. Daha hansı təbii və iqtisadi coğrafi göstəriciləri kartoqram üsulu ilə təsvir
etmək olar?
A – əhalinin sıxlığı 10–50 nəfər/km
2
B – əhalinin sıxlığı 50–100 nəfər/km
2
C – əhalinin sıxlığı 100 nəfər/km
2
-dən çox
Biliklərin tətbiq edilməsi və yoxlanılması
11
• Giriş •
T
OPOQRAFİK XƏRİTƏLƏRİ NECƏ OXUMALI
Hər bir xəritənin şərti işarələri olur. Bütün şərti işarələr xəritələrin legendasında
göstərilir. Şərti işarələrə əsasən xəritədə siz nəyin təsvir edildiyini başa düşürsü-
nüzsə, deməli, onu “oxuya bilirsiniz”.
Topoqrafik xəritələri oxumaq, əlbəttə, hər şeydən
əvvəl diqqət tələb edir.
Topoqrafik xəritədə rənglərin mənası fiziki xəritədə-
kindən fərqlənə bilər. Çaylar, göllər və digər su obyekt-
ləri hər iki xəritədə göy rənglə verildiyi halda, yaşıl
rənglə fiziki xəritələrdə ovalıqlar,
topoqrafik xəritələrdə
isə bitki örtüyü göstərilir. Bitki örtüyünün tiplərini fərq-
ləndirmək üçün müxtəlif şərti işarələrdən istifadə edilir.
Topoqrafik xəritədə təsvir olunan relyef formalarını
təsəvvür etmək üçün bir neçə qaydanı bilmək lazımdır:
1. Topoqrafik xəritələrdəki horizontallar eyni mütləq
hündürlüklərə malik olan nöqtələri birləşdirir və qəhvəyi
xətlərlə çəkilir. Ərazinin relyef xüsusiyyətləri onlara
əsasən müəyyən edilir.
2. Adətən, dairə formasında olan qapalı horizontallar
təpə və ya çökəkliyi göstərir.
2
Təpə
Çökəklik
Şəkil üzrə iş
Müzakirə edin:
1. Xəritəni “oxumaq” olarmı?
2. Bunun üçün hansı bilik və bacarıqlara
malik olmaq lazımdır?
– Burada ki heç nə yazılmayıb,
ancaq şəkil çəkilib...
– Sən burada nə yazıldığını
oxuya bilərsənmi?
1. Enliyarpaqlı meşə
2. İynəyarpaqlı
meşə
3. Kolluq
Topoqrafik işarələr
Horizontallar
Horizontalların seyrək
yerləşməsi
səthin azmeyilli
olmasını əks etdirir.
Sıx horizontallar yamacların
dik olmasını göstərir.