1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə84/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   80   81   82   83   84   85   86   87   ...   98

 

    


401

 

 



Üçüncü  bənddə  öz  fikrini,  məqsədini 

tamamlayır.  Doqquz  ay  dolanıb    qar  qışa 

düşüb,  hicran  artdıqca  qarğı  (qamış)  işə 

düşüb,  yəqin  ki,  Molla  Cümə  qarğışa  düşüb, 

öz  daxili  narahatlığını  bildirir  ki,  “İsmi 

Pünhan  məndən  sərtdi  yanaram”.    Təcnisdə 

sözlər, ifadələr necə gözəl düzülmüş, necə də 

aydındır.  Təşbehlər  Molla  Cümənin  özünə 

məxsusdur.  

“Nişanda” rədifli təcnisi daha mükəmməl 

qurulmuşdur.  Molla  Cümənin  təcnislərinə 

fəhmlə  yanaşdıqda  düşünürsən,  təcnisin 

binasını  qurmaq    daş-ağacını  töküb  bir  ev 

tikməkdən daha çətindir: 

 

Molla Cümə, çağırginən a yarı, 



Yanaqları qızıl güldən ay, arı, 

Ləblərində əsəl düzmüş ay arı, 

Şəkər ləzzət verməz heç bu nişanda.

2

  



 

Birinci misrada Molla Cümə yarı çağırır, 

o  yarı  ki,  yanaqları  qızılgüldən  təmizdir. 

Həmin gözəlin ləblərinə - dodaqlarına arı əsəl 

– bal düzmüşdür. Həmin bal kimi  şəkər belə 

ləzzət verməz. Bu nişanda bal olmaz.  

                                                           

2

 Yenə orada,  səh 169 




 

    


402

 

 



Çox  maraqlıdır  ki,  Molla  Cümə  “Sənə 

də”  təcnisində  tədqiqat  üçün  maddeyi-tarix 

vermişdir:  

İsmi Pünhan, əgər xəbər alasan, 

Yalvarmaqdan candan oldum sənə də.  

Şirin dilnən soruşmadın halımı, 

Nə dərdin var söyləginən sənədə.  

 

Birinci  bənddə  İsmi  Pünhana  bildirir  ki, 



sənə  yalvarmaqdan  candan  oldum,  bircə  dəfə 

şirin  dillə  halımı  sormadın.  Sənin  nə  dərdin 

var  söylə,  sinə  də,  yəni  sına  da.  Təcnisdə 

ifadələr  bir  qədər  dəyişik,  qarışıq,  müəmmalı 

verilir. Çünki aşıqlar qarşı-qarşıya deyişərkən, 

bir-birini  sınağa  çəkərkən  qıfılbənd  əvəzinə 

bir-birini təcnislə imtahana çəkmişlər: 

Müjgan oxun sinəm üstə şah atdı, 

Diyar zülmət, mən piyada, şah atdı, 

Yaz dilinnən bir kağız ver, şahatdı, 

Haqq divanda baxan olar sənədə.  

 

İkinci bənddə isə onun sinəsinə oxu şah, 



bəlkə  də  şah  hesab  etdiyi  sevgilisi  atmışdır. 

Cümə  üçün  diyar  zülmətdir.  Özü  piyadadır, 

şahı isə atlıdır. Məşuqundan xahiş edir ki, yaz 

dilindən  bir  kağız  ver,  onda  bilərik  ki,  kağız 

şahiddir.  Haqq  divanında  yəqin  ki,  sənədə 

baxan olar. 




 

    


403

 

 



 Molla  Cümə  maddeyi-tarixi  axırıncı 

bənddə vermişdir: 

Könül dönsə, bu dostluğu atarıq, 

Yol uzaqdır, özüm beyhal, at arıq.  

Cümə səni sevəndəydi a tarix, 

Min iki yüz doxsanıncı sənədə.

1

 

 



Bu  dostluğu  yalnız  könül  döndükdə 

atmaq  olar.  Sənə  çatmaq  üçün  yol  uzaqdır, 

bihalam, atımsa arıqdır. Son beytdə çox gözəl 

bir  günə,  tarixə  işarə  edir.  “Cümə  səni 

sevəndəydi  a  tarix,  Min  iki  yüz  doxsanıncı 

sənədə”  buradan  aydın  olur  ki,  Molla  Cümə 

İsmi  Pünhanı  hicri  təqvimi  ilə  1290-cı  ildə, 

yəni  milady təqvimlə 1873-cü ildə sevmişdir. 

Həmin vaxt Molla Cümə 19  yaşında imiş.  

Molla Cümə Aşıq Könüllə bir neçə dəfə, 

Tovuzlu 

Xəyyat 


Mirzə 

ilə 


bir 

dəfə 


deyişmişdir. Molla Cümənin qafiyə ilə təcnisi 

deyişdirməsi  olduqca  maraqlı  bir  hadisədir. 

Molla  Cümənin  yazdığı  qafiyə  və  təcnisin 

deyişməsi  52  bənddir.  52  bəndlik  qoşmadan 

bir  neçə  bənd  nümunə  verməklə  Molla 

Cümənin  nə  demək  istədiyini  başa  düşmək 

                                                           

1

 Molla  Cümə. Əsərləri.  (toplayanı və tərtib edəni: Paşa 



Əfəndiyev), Bakı, “Maarif” nəşriyyatı, 1995, səh 169 


 

    


404

 

 



olar.  Bizcə,  qafiyə  Molla  Cümə,  təcnis  isə 

İsmi Pünhandır. Qafiyə:  

 

Ey dörd hərfli qan sözümü müxtəsər, 



Şurun varsa, bəsdir sənə bu əsər. 

Nə tifildir, nə uşaqdır, nə püsər, 

Az sehr  etsin sehrkara, deyəsən.  

 

Bizə  görə,  “Ey  dörd  hərfli”  dedikdə  o, 



İsmi Pünhanın əsl adına müraciət edir. Hətta, 

İsmi  Pünhana  bildirir  ki,    şüurun  varsa,  sənə 

bu  əsər  də  kifayət  edər,    sən  nə  tifilsən,  nə 

uşaqsan, nə də yeniyetmə. Sən sehrkara de ki,  

bizi  az  seyr  eləsin,  az  izləsin.  Bu  fikir  İsmi 

Pünhanın atasına işarədir. Təcnis:  

Sehrkarın dur dərində amanat

Hirsi özü eylər  isə amanat

Əlli bir bənd bu gəftarım amanat, 

Amanatdır yadigara deyəsən.

1

  

 



Təcnis  –  İsmi  Pünhan    isə  bildirir  ki, 

sehrkarın  qapısında  amanat  dur,  hirsi,  öcü 

amanat  hesab  et.  Əlli  bir  bənd  bu  gəftarı 

amanat  et.  Deyərsən  ki,  bunlar  mənim  üçün 

yadigardır.  

                                                           

1

 Molla  Cümə. Əsərləri.  (toplayanı və tərtib edəni Paşa 



Əfəndiyev), Bakı, “Maarif” nəşriyyatı, 1995, səh 340  


 

    


405

 

 



Xəstə 

Qasımdan,  eləcə  də  Aşıq 

Ələsgərdən  sonra  çox  sənətkarlar  gözəl 

təcnislər  yazmışlar.  Lakin  Zodlu  Abdulla 

onlardan  xeyli  fərqlənir.  Ona  görə  ki,  ayrı-

ayrı  sənətkarlar  təcnis  yaradıcılığına  yeri 

gələndə  müraciət  edirlər.  Lakin  Zodlu 

Abdulla  (1858-1943)  öz  yaradıcılığında 

ardıcıl olaraq təcnisə müraciət etmişdir. O da 

sələfləri  olan  Xəstə  Qasım  və  Aşıq  Ələsgər 

kimi Azərbaycan aşıq poeziyasında möhtəşəm 

təcnis binalarının memarları sırasında dayanır.  

Ə.Cami  “Yusif  və  Züleyxa”  poemasını 

yaradarkən    xalq  yaradıcılığı  xəzinəsinə 

bağlılığı  ən  böyük  məziyyət  hesab  etmişdir. 

Şair,  “Leyli  və  Məcnun”  əhvalatı  ilə  “Yusif 

və  Züleyxa”  arasında  bir  yaxınlıq  görürmüş, 

yeri düşdükcə Leylinin iztirablarından da söz 

açırmış,  bəzən  hər  iki  aşiqin  vəziyyətində 

eyniyyət  gördüyündən,  hətta  təkrara  da  yol 

vermişdir: 

 

Rəvayət edirlər ki, Leyli bir gün, 



Neştəri götürdü qan almaq üçün. 

Qoluna neştəri vurunca canan

Məcnunun qolundan çöldə axdı qan.

134


 

 

                                                           



134

 Əbdürrəhman Cami. “Yusif və Züleyxa”, Azərbaycan dövlət 

nəşriyyatı, Bakı, 1965, səh 89 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə