381
Birinci misrada aşiq görcək gözəlin
camalına mail olur, lakin adını bilmir, “ay
adin nədir?” kəlmələri ilə adın əvəzinə adin
deyir. O, bununla qabaqlaşma meydanında
qarşısındakını çaşdırır. Üçüncü misrada isə
türfə sənəm onun səbrini əlindən alır. Türfə
sənəm – yəni hüsnü-bərabəri olmayan bir
gözəl. Sənəmlərdə məzhəb, dinin ayələrinə
riayət etmək olmur:
Bu dünyada varmı yar, dı, yoldaşın?
Fərhad külüng çaldı, yardı yol daşın,
Aləmlər cəm olsa, yardı yoldaşın,
Qohumum, qardaşım, a yadın nədir?
İkinci bənddə misraların tutumu, məna
yükü daha dərindir. Məlikballı Qurban burada
sözü parçalamaqla, ədəbi obrazlarla elə bir
təcnis yaradır ki, insan onun istedadına heyran
qalır. İkinci bənddə “yar, dı” burada de
əvəzinə “dı” şəkilçisini işlədir. Bununla “de
yoldaşın varmı” fikrini mürəkkəbləşdirir.
İkinci misranı ona uyğunlaşdıraraq Fərhadın
yol daşını külünglə çapıb çaldığını bildirir və
məşuquna bildirir ki, bütün aləm cəm olsa
yardı yoldaşın, yəni dostun yoldaşındır.
Dördüncü misrada “Qohumum, qardaşım, a
yadın nədir?” söyləməklə qohum-qardaş
382
yaxın olsa da, onun yanında yadın nədir, yəni
yadın mən deyiləm bildirir.
Üçüncü bənddə öz fikrini tamamilə
açıqlayır:
Qurban deyər, yarsız günə gün dəmən,
Xızrə yetər ləblərindən gündəmən,
Ziyarətin hüsnə varan gündə mən,
Tamam günlərimiz ay adinnədir?
1
Üçüncü bənddə bildirir ki, yarsız keçən
günlərə gün deməm, gündə ləblərini əmmək
Xızıra yetər və onu da deyir ki, “Tamam
günlərimiz ay adinnədir?” məna budur ki,
həftənin tamam günlərinin sonu adna
günüdür, yəni cümə axşamıdır.
Göyçə aşıqlarının yetkin ustadlarından
biri olan Qızılvəngli Aşıq Alının (1801-1911)
ədəbi irsi vaxtında toplanmadığı üçün çox şeir
inciləri itib-batmışdır. Aşıq Ələsgərin ustadı
olan Aşıq Alının şeir xəzinəsində bir neçə
təcnis qalmışdır. Aşıq Alı “Almasın” rədifli
təcnisində deyir:
Bimürvət yar məni candan elədi,
Tutubdu dəstində ay ağ almasın.
1
Azərbaycan aşıqları və el şairləri.(Tərtib edəni Ə.Axundov), I
cild. “Elm” nəşriyyatı, Bakı, 1983, səh 276
383
Yarın bağçasının seyrinə vardım,
Heç görmədim yarın ay ağ almasın.
Təcnisin birinci bəndində Aşıq Alı
yarının onu candan eləməsindən, əlində ağ
almasın, yəni burada ağ alma yanında işlənən
almasın bu mənadadır ki, “ağ almasın” “ağ
almaz” mənasındadır, yəni kəsərdən danışılır.
Yarın bağçasını seyr edəndə isə yarın ağ
almasını görmür:
Bayram ayı demək olmaz hər aya,
Təbib gərək dərman edə həraya,
Şahlar şahı, özün yetir haraya,
Düşmən üstümüzə ayaq almasın.
İkinci bəndin sonunda isə düşmənin onun
üstünə ayaq almamasını arzulayır:
Aşıq Alı deyər: yar ab ağlaya,
Yaxşı təbib gərək yara bağlaya,
Yar ki, meylin qeyri yara bağlaya,
Həftəyə varmasın, aya qalmasın.
1
Üçüncü bənddə “yar ab ağlaya”, yarın
gözündən ab, yəni su gələ, yaxşı təbib onun
1
Azərbaycan aşıqları və el şairləri, I cild, Bakı, “Elm”
nəşriyyatı, səh 295
384
yarasını bağlaya deməklə, son beytdə fikrini
belə tamamlayır: “Yar ki, meylin qeyri yara
bağlaya, Həftəyə varmasın, aya qalmasın”.
Aşıq Alının təcnisi o qədər anlaşıqlı, aydın
cinaslarla qurulmuşdur ki, onun təhlilə belə
ehtiyacı yoxdur.
Aşıq Alı kimi ustad sənətkarlar təcnis
yaratmağa böyük sənətkarlıqla yanaşmışlar.
Ümumi aşıq şeirinin inkişaf tarixindən əlavə
başqa qaynaqlara da baş vurmuşlar. Baxın
Aşıq Alı “Ay belə sinə” təcnisini yaratmaqda
nə qədər böyük əmək sərf etmişdir. Onun bu
təcnisinin möhürbəndini diqqətə gətirdikdə
təhlilə cəlb etdikdə hər şey aydın olacaqdır.
Aşıq Alı, çıx gülşənə nərgiz dər,
Sərraf maya ağuşunda nər gizdər,
Olmaz tayı züleyxalar, nərgizdər,
Əsla yox kimsədə ay belə sinə.
1
Aşıq Alı “Nərgizlər” adlı cinas
bayatılarla bəzənmiş xalq hekayətini bu bir
bənd təcnisdə dolğunluğu ilə ifadə edə
bilmişdir.
1
Aşıq Alı (şeirlər) (Toplayanı Ə.Əmirov, Ş.Əsgərov,
M.Həkimov) “Yazıçı” , Bakı, 1982, səh 78
385
XIX əsrin əvvəllərində Aşıq Hüseyn
Şəmkirli (1811-1891) gözəl təcnisləri ilə
yanaşı, üçbaşlı cığalı təcnisin də ilk
nümunəsini
yaratmışdır.
Təcnisin
hər
bəndində misraların sayı dörd olduğu halda,
Aşıq Hüseyn birinci bənddə misraların sayını
altı, son bəndlərdə isə beş misra etmişdir.
Belə ki, birinci bənd iki yerə bölünür, ilk üç
misradan sonra cığa gəlir, son üç misra bəndi
tamamlayır. İlk misrada cığadan yuxarıda üç
misra qaldığı üçün təcnisin bu növünə
“Üçbaşlı təcnis” deyilir. Məsələn, təcnisin bir
bəndini misal gətirək:
İbtida əlifdən dərsim alanda,
Göstərdilər mana nə qarə yaxşı.
Oxudum dərsimi hər ayə, qərəz,
Yox aşıq hər ayinə,
Xalların hərayi nə?
Aşıq Söyün nə dedi,
Dost yetdi hərayinə?
Görsə canım bəyənməz hər ayinə,
Səyrəqib geyinsin nə qarə yaxşı,
Naləsi yetişsin haraya qərəz.
Aşıq Hüseynin yaratdığı “Üçbaşlı təcnis”
cığalı təcnisə oxşasa da, quruluşu etibarilə çox
Dostları ilə paylaş: |