366
M.P.Vaqif aşıq şeiri tərzində qoşmalar və
gəraylılarla yanaşı, bir neçə təcnis də
yaratmışdır. Vaqifin təcnisindən bir nümunə:
Bir gözəl boylu, gözəl xoylu gözəl yar,
Nə gözəlsən, geyinibsən alı sən,
Gözəl gözün hər bir qıya baxanda,
Gözəl canı gözəl təndən alısan.
***
Gözəl qamət, gözəl gərdən, gözəl üz,
Gözəl olmaz sən tək, olsa gözəl yüz,
Gözəl tanı munca yetər, gözəl üz,
Gözəl deyil, etmə gözəl, alı sən.
1
Və yaxud:
Səhər-səhər əsən qiblə yelləri,
Heç yolun düşdümü canan dağına?
Ağ sinədən şölə, tər şamamədən,
Görüm, əl dəymişmi canan tağına?
***
Həsrətindən bağrım gül, şanə bənzər,
Mənə Vərqa, sənə Gülşa nə bənzər?
Yarın qoynu içi gülşənə bənzər,
İstər pərvaz edə canan dağına.
***
Götür günəş camalından ol ağ yar,
Sən bəri bax, qoy söylənsin ol əğyar,
1
M.P.Vaqif, “Qurban olduğum”, Bakı, Gənclik, 1994, səh 81
367
Rəqib ölsün, biz ikimiz olaq yar,
Nə var ondan qeyri canan dağına.
1
Qasım bəy Zakir (1784-1857) də aşıq
şeiri tərzində çox sayda gəraylı və qoşma
yazıb-yaratmışdır. Onun şeirləri içərisində
ondan artıq təcnis də vardır. Məsələn:
Dilbər, həsrətindən xəstə düşmüşəm,
Hicran qoymaz duram ayağa məni.
Çulqala zülfünə, basdır dərində,
Qoyma ki, bükələr ay ağa məni.
2
Misralarda cinasların açması belədir.
Birincisi məlumdur ki, Dilbərin həsrətindən
aşiq xəstə düşmüşdür. Hicran, yenə ayrılıq
ayağa durmağa qoymur. “Çulqala zülfünə,
basdır dərində” fikrini dördüncü misrada
tamamlayır. Məni qoyma ki, ağa bükələr.
Başqa bir təcnisində:
Əlləri qurumuş məşşatə sənin,
Salıb gərdəninə o taqi nədi?!
Məgər ki, dolanır hilal başına,
Bəyaz cəbinində o taqi nədir?
3
1
Qasım bəy Zakir. Seçilmiş əsərləri. (Tərtib və müqəddimə:
Kamran Məmmədov), Bakı, Yazıçı, 1984, səh 81
2
Yenə orada, səh 215
3
Yenə orada, səh 216
368
Burada əlləri qurumuş məşşatədən söhbət
gedir. Məşşatə gəlin köçürülərkən gəlini
bəzəyənə, qadına zinət verənə deyilir. “Salıb
gərdəninə o taq nədir?!” – misrasında bildirir
ki, saçını nə üçün gərdəninə əyri töküb. Elə
görkəm alıb ki, elə bil başına hilal – ay
dolanır. Bəyaz cəbinində o taq, o əyri saç
nədir?
Başqa bir nümunə:
Gül cəmalın göz yaşımı qurutdu,
Qoymadı bulud tək a yağam məni.
Əl götürməz, gedər-gedər qayıdı,
Nə tapdıq eyləyib ayağam məni.
1
Qızın camalı gün kimi aşiqin göz yaşını
qurudur, ona görə də onu bulud tək yağmağa
qoymur. Bu elə bir gözəldir ki, onu həmişə
qəmə qərq edir.
Digər bir nümunə:
Yaşılbaş sonasan, üzqan eylərsən,
Aşiqlər canını üzqan eylərsən,
Hər qiya baxanda üzqan eylərsən,
Bilməzəm dərində bu saqi nədir?
2
1
Qasım bəy Zakir. Seçilmiş əsərlər. (Tərtib və müqəddimə:
Kamran Məmmədov), Bakı, “Yazıçı”, 1984, səh 217
2
Yenə orada, səh 223
369
Burada misralarda işlənən “üzqan” “yüz
qan” ifadəsini bildirir. Birinci misrada
yaşılbaş sona yüz qan eyləyir, ikinci misrada
aşıqların canını “üzqan” yəni “üzgün” eyləyir,
üçüncü də gözəl hər qiya baxanda üz qan
eyləyir. Axırda “Bilməzəm dərində bu saqi
nədir?” misrasını qəliz şəkildə işlədərək
busənin qan bahasında olduğunu bildirir.
Gəraylılarda və qoşmalarda qələmini
dönə-dönə sınamış Ə.Nəbati də təcnislər
yaratmağa meyl göstərmişdir. O, təcnislərinin
birində deyir:
Qurban olum üzündəki həyayə,
Qəmzə oxun mindirginən hey yayə,
Nə baxırsan maral kimi hey ayə?
Cəmalın yanında ay nədir, nədir?
1
“Qurban
olum
üzündəki
həyayə”
misrasındakı həyayə sözü - abır, həya
mənasında işlədilir. İkincidə naz-qəmzə
oxunun yaya mindirilməsindən danışılır.
Üçüncüdə maralın hey göydə aya baxdığından
danışılır. Şair sonda bildirir ki, sənin camalın
yanında ay nədir ki?!
1
Nəbati. Əsərləri, (Tərtib və müqəddimə: Əbülfəzl Hüseyni),
Bakı, Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, 1968,
səh 262
370
Səba, bu ərzəni ələ salma ya,
Mənim salamımı yetir Səlmaya,
Niyə gərək məni yada salmaya,
Onun Nəbati tək ayağı gərək.
2
Birinci və ikinci misrada Səbanın, yəni
səhər yellərinin, onun salamlarını Səlma adlı
qadına, qıza yetirməsini bildirir. Üçüncü
misrada öz gileyini bildirir. Niyə, nədən ötrü
onu yada salmaya, axı onun Nəbati tək ayağı,
yəni qapısının qulu vardır.
Keçə bilməm, bu dəryalar dərindir,
Ölənə tək yerim sənin dərindir,
Dur ağacdan almaları dər, endir,
Bir-bir otaqlara didər, ay Pəri.
1
Aşıq keçə bilmir dəryalar dərindir. İkinci
misrada ölənədək məşuqunun qapısı – dəri
onun yeri olduğunu bildirir. Üçüncüdə
sevgilisinin ağacdan durub alma dərməsini
rica edir. Dördüncüdə almaları bir-bir otaq-
2
Yenə orada, səh 265
1
Nəbati. Əsərləri, (Tərtib və müqəddimə Əbülfəzl Hüseyni),
Bakı, Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1968,
səh 266
Dostları ilə paylaş: |