376
Sərrafın dəstində nə danə dedim,
Xalın can quşuna nə danə dedim,
Sirrin, dərdin bilməz nadanə dedim,
Anlamaz, başını ha bular, bular. –
- söyləyir.
Burada “can quşu” insanın nəfəsidir, ona
nə danə demədi. Nə də sirrini dərd bilməz
nadanə
demədi.
Çünki
beləsi
dərdimi
anlamaz, başını ha bular, bular. İkinci bənddə
cinas qafiyələri daha gözəl düzümləndirir, hər
misranın məna yükünü artırmağa çalışır. Bənd
belədir:
Bayqu üçün məskən oldu o diyar,
Qəmzən ilə bağrım başın odduyar,
Evdən çıxdı, yalın qılınc odur yar,
Bilirəm, qanıma ha bular, bular.
Bayqu məhəbbətlə bağlı bir ifadədir.
Bayqu üçün o diyar məskən olanda qəmzənlə
bağrım başın oydu, ona görə də bu bəndin son
beytində
fikrini
daha
bədii
boyalarla
tamamlayır:
Bu Mücrüm Kərimi kim dərdə saldı?
Ah çəkib gözlərin ha bular, bular.
1
1
Azərbaycan aşıqları və el şairləri.(Tərtib edəni: Ə.Axundov), I
cild. “Elm” nəşriyyatı, Bakı, 1983, səh 210
377
Təcnisdə yeni söz kəşfi, fikir axtarışı
budur. Təcnisin hər misrası, hər bəndi ilə
bədii söz xəzinəsinə yeni incilər gətirilir.
Məhəmməd
bəy
Aşiq XIX əsrdə
Maralyanlı Pəri ilə yazışan el şairlərindəndir.
Onun yaradıcılığına Molla Vəli Vidadinin
təsiri aydın şəkildə duyulmaqdadır. Şairin dili
canlı xalq dilinə çox yaxındır. Bədii cəhətdən
mükəmməl qoşmaları ilə bərabər cinas
bayatılar və təcnislər də yazmışdır. Biz onun
aşıq Pəriyə yazdığı cinas bayatını nümunə
göstərmişdik. O, təcnis sahəsində də öz
qələmini sınamışdır. “Sənəm” rədifli beş
bəndlik təcnisi bir sənət nümunəsidir. O,
birinci bənddə yazır:
Nə müddətdir həsrətini çəkirəm,
Bircə üzün görüm, ay ağa Sənəm!
Hicranın əlindən xəstə düşmüşəm,
Daha dura bilməm ayağa, Sənəm!
Birinci bənddə göstərilir ki, aşiq neçə
müddətdir Sənəm adlı gözəlin həsrətini çəkir.
Ağa Sənəmin bircə dəfə üzünü görsə, təsəlli
tapar. Aşiq hicranın əlindən xəstə düşür,
bundan sonra onun ayağa durması çox
çətindir.
378
Sənəm elə adi Sənəm deyil, o qədər
gözəldir ki, Məhəmməd bəy Aşiqin dili ilə
desək:
Yüz naz ilə sən çıxanda səhraya,
Gün gizlənir, olur ay ağa, Sənəm!
Sənəm o qədər gözəldir ki, gün ona
baxanda gizlənir, ay da səmada ağalıq eyləyir.
Son möhür bəndini ürəyinin qanı ilə
yaratmışdır:
Aşiqəm hüsnünə ay aman, gözəl!
Baxmaram zərrəcə aya mən, gözəl!
Ləblərin şəhdindən ay əmən gözəl,
Meyl etmə qəndə, bal ayağa, Sənəm!
1
Hüsnünə
aşiq olduğu gözələ elə
heyrandır ki, zərrəcə göydəki aya baxmaq
istəmir. Hətta, bu gözəlin ləblərini əmən kəs
onun şəhdini qoyub qəndə, bala, yağa meyl
eləməz.
Məhəmməd bəy Aşiq bununla sübut edir
ki, təcnisdə həm məzmun, həm də forma
gözəlliyi yaratmaq mümkündür. Bu təcnisə
baxan şəxs qoşmadan çox təcnis yaratmağa
maraq göstərər.
1
Azərbaycan aşıqları və el şairləri.(Tərtib edəni Ə.Axundov), I
cild. “Elm” nəşriyyatı, Bakı 1983, səh 251
379
Şirvan
aşıqlarından
təkcə
Ucarın
Məlikballı
kəndindən
olan
Məlikballı
Qurbanın (1790-1865) yaradıcılığında ara-
sıra təcnislərə də rast gəlirik. Məlikballı
Qurban “Gör” təcnisində deyir:
Məcnun olub səhralara düşmüşəm,
Zeydsən, Leylinin sorağını gör.
Dağdan-dağa səngixarə çəkmişəm,
Şikəstə əndamın sor ağını gör.
2
Aşiq Məcnun olub Leylinin sorağı ilə
səhralara
düşüb
dağdan-dağa
çaxmaq
daşından yol çəkib, inanmırsan şikəstə
əndamına, canına baxıb, sor ağını gör.
“Gərək” rədifli təcnisində bildirir:
Gözəl olan verir özünə bəzək,
Gözü nərgiz, şimşad ayağı gərək.
Giribani hər tərəfdən ola çak,
Görünə sinənin ay ağı gərək.
Gözəl olan gözü nərgiz, şimşad ayağı
olan gərək özünə bəzək versin. Öz giribanını,
yəni geyimini elə geyinməlidir ki, sinəsinin
ağlığı görünsün:
2
Yenə orada, səh 275
380
Gəl, gir bu bağçaya laləsin bil, ək,
Görək qönçələrin, laləsin bilək,
Gəlməz təkəllümə laləsin bilək,
Gər olmuş əğyara, a yağı gərək.
1
Misraların sonundakı “bilək” sözləri
omonimdir,
çoxmənalı
sözlərdir,
xalis
cinaslardır. Birinci misrada bağçaya lalə,
sünbül ək deyilir, ikinci misrada qönçələrin
böyüyüb lalə olduğun tanıyaq, üçüncüdə
danışma, söyləmə lalə gəlməz, Lalənin kim
olduğunu bilə bilmərik. Dördüncü misrada
gözəlin əğyara qismət olduğunu bilək
söyləyir.
Məlikballı Qurbanın “Gərək” rədifli
təcnisində cinas qafiyələrdən başqa hər
misranın əvvəlində eyni hərfdən istifadə
olunur.
“Nədir” rədifli təcnisi daha nadir
incilərdəndir:
Camalını görcək, mayil olmuşam,
Bilmədim gözəlim, ay adin nədir?
Səbrim aldı tamam türfə sənəmlər,
Sənəmlərdə məzhəb, aya, din nədir?
1
Azərbaycan aşıqları və el şairləri.(Tərtib edəni: Ə.Axundov), I
cild. “Elm” Nəşriyyatı, Bakı, 1983, səh 275
Dostları ilə paylaş: |