371
lara “didər” – ay Pəri, deyərək sözünü
tamamlayır.
Aşıq şeiri tərzində yazmış hər üç
sənətkarın: M.P.Vaqifin, Zakirin və Nəbatinin
təcnisləri aşıqların repertuarına və ifaçılığına
gələ bilməmişdir. Axı, bu şeirlər sazla əkiz
doğulmamışdır. Sazın kök və pərdələrinə
uyğun yaradılmamışdır. Bayatı və cinas-
bayatı yaradıcıları Azərbaycan folklorunda
yeddi hecalı mənzum tapmacalara baxıb, o
ölçüdə cinaslı bayatılar yaratdıqları kimi,
həmin sənətkarlar da on bir hecalı qoşmaların
ölçüsündə təcnislər yaratmışlar. Bunlar isə
gəbə çeşnisinə baxıb xalça, xalı toxumaq kimi
bir şeydir.
Bəs nə üçün bu sənətkarlar qoşmadan və
ya təcnisdən yan keçməyib, çox sayda qoşma
və təcnislər yaratmışlar? Birincisi, ona görə
ki, aşıq yaradıcılığından gəlmiş qoşma və
təcnislərdə sözün çox dəyərli, çoxmənalı,
çoxçalarlı cövhərləri və gövhərləri vardır.
İkincisi, bir janr kimi aşıq yaradıcılığında bu
şeirin çox yığcam, hazır qəlibə malik
mükəmməl
forma
və
şəkilləri vardır.
Üçüncüsü, bu şeirlərdə xəlqilik çox güclüdür.
Bu şeir formalarının, yəni qoşmanın,
gəraylının və təcnisin yazılı ədəbiyyata
gəlməsinin
özü
bir
inqilabdır.
Xalq
372
ədəbiyyatından gələn bu şeirlər yazılı
ədəbiyyatımızı
ərəb-fars
kəlmələrindən,
sözlərindən təmizləyir. Ərəb-fars sözləri
Azərbaycan türkcəsinə məxsus çox mənalı,
çox çalarlı ifadələrlə əvəz olunur. Molla
Pənah Vaqif, Qasım bəy Zakir və Ə.Nəbati
bu xeyirxah işləriylə yazılı ədəbiyyatda yeni
bir yaradıcılıq yolu açmışlar. Yəni onlar aşıq
poeziyası ilə yazılı poeziyanı qovuşdurmuşlar,
bir məcraya gətirmişlər. Həmin gündən aşıq
yaradıcılığı ilə yazılı poeziya bir-birinə təsir
edə-edə yeni inkişaf yoluna qədəm qoymuş və
iki poeziya bir-birindən çox faydalanmışdır.
Molla Pənah Vaqifin, Qasım bəy Zakirin
və Ə.Nəbatinin aşıq şeiri tərzində yazdıqları
qoşmalar, gəraylılar və təcnislər yazılı ədəbiy-
yatda bədii əsər nümunəsi kimi oxucuların
estetik zövqünü oxşayır. Onlar yazılı
ədəbiyyatımızda ölməz sənət nümunələri
sayılır.
Yeri
düşmüşkən
deyim
ki,
M.P.Vaqifin:
Boyun sürahıdır, bədənin büllur,
Gərdənin çəkilmiş minadan Pəri!
Sən ha bir sonasan, cüda düşübsən,
Bir bölük yaşılbaş sonadan Pəri!
373
- bəndi ilə başlayan çoxbəndli qoşması və
Nəbatinin:
Səba, məndən söylə o gülüzara,
Bülbül gülüstanə gəlsin, gəlməsin?
Bu hicran düşgünü, illər xəstəsi,
Qapına dərmanə gəlsin, gəlməsin?
- beş bəndlik qoşması yaranan gündən
xanəndələrin repertuarına, ifaçılığına daxil
olmuş və hər biri muğamın bir güşəsində ifa
olunur. Ona görə də onların başqa gəraylı,
qoşma və təcnisləri aşıq ifaçılığında hərəkətdə
olmayan şeirlərdir. Adları çəkilən iki qoşma
ifaçılıqda işlək şeirlər adlanırlar. M.P.Vaqifin
və Nəbatinin haqqında söz açılan qoşmaları
sənət aləmində onlara heykəl qoymuşdur.
374
XIX əsrdə aşıq yaradıcılığı və
yazılı ədəbiyyatda təcnis
a) Varxiyanlı Aşıq Məhəmməd,
Mücrüm Kərim, Məhəmməd bəy Aşiq,
Məlikballı Qurban, Qızılvəngli Aşıq Alı,
Şəmkirli Hüseyn, Aşıq Musa və
başqalarının yaradıcılığında təcnis
XVIII əsrin ikinci yarısında və XIX əsrin
əvvələrində
yaşamış
Varxiyanlı
Aşıq
Məhəmməd
dərin
məzmunlu
qoşmalar
müəllifi kimi çox məşhurdur
:
Yatmış idim, qəfil gəldi üstümə,
Bir cam dolu, bir cam yarı, bir cam az.
Üç muradı onda tutdum dəstimə,
Bir cam kamal, bir cam söhbət, bir cam söz.
1
“Bir cam kamal, bir cam söhbət, bir cam
söz” – deyən sənətkar təcnis janrında da
qələmini sınamışdır:
Bir gözəl görmüşəm bizim ellərdə,
Üzündə sevmişəm busə bağları.
Yaşılbaşlar cəm-xəm eylər göllərdə,
Tərlan şikarında busa bağları.
1
1
Azərbaycan aşıqları və el şairləri.(Tərtib edəni: Ə.Axundov), I
cild. “Elm” nəşriyyatı, Bakı, 1983, səh 165
375
“Professor-yazıçı
Əzizə
Cəfərzadə
Mücrüm Kərimin, Məhəmməd bəy Aşiqin,
Məlikballı Qurbanın, Padarlı Abdullanın
gəraylı, qoşma, və təcnislərini aşıq şeiri
tərzində yazılmış poeziya adlandırır”.
Mücrüm Kərim XVIII əsrin sonu XIX
əsrin əvvəlində Vardallı kəndində yaşamış,
onun şeirləri “Sünbülistan” adlı cüngdə
toplanmışdır.
O,
aşıq
şerinin
başqa
şəkillərində də öz qələmini sınamışdır.
“Qarşı” təcnisinin möhür bəndində deyir:
Gir bağa gəşt elə olanda yar hey!
Sözün bülbül kimi olanda yar hey!
Özün Sultan Mahmud olanda yar hey!
Kərimi də oxşat Ayaza qarşı.
2
Məlum olduğu kimi, Həzrət Əlinin
Novruzu,
Koroğlunun
Eyvazı,
Sultan
Mahmudun isə Ayazı oğul qədər sevdikləri
dastan olmuşdur. Burada təşbeh olaraq
göstərir ki, özün Sultan Mahmud olanda yar,
məni də, Kərimi də Ayaza oxşat, ona bərabər
tut. “Ha bular, bular” təcnisində Tufarqanlı
Abbasın, Xəstə Qasımın:
1
Azərbaycan aşıqları və el şairləri.(Tərtib edəni Ə.Axundov), I
cild. “Elm” Nəşriyyatı, Bakı 1983, səh 167
2
Yenə orada, səh 210
Dostları ilə paylaş: |