1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə78/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   74   75   76   77   78   79   80   81   ...   98

 

    


371

 

 



lara  “didər”  –  ay  Pəri,  deyərək  sözünü 

tamamlayır.  

Aşıq  şeiri  tərzində  yazmış  hər  üç 

sənətkarın: M.P.Vaqifin, Zakirin və Nəbatinin 

təcnisləri  aşıqların  repertuarına  və  ifaçılığına 

gələ  bilməmişdir.  Axı,  bu  şeirlər  sazla  əkiz 

doğulmamışdır.  Sazın  kök  və  pərdələrinə 

uyğun  yaradılmamışdır.  Bayatı  və  cinas-

bayatı  yaradıcıları  Azərbaycan  folklorunda 

yeddi  hecalı  mənzum  tapmacalara  baxıb,  o 

ölçüdə  cinaslı  bayatılar  yaratdıqları  kimi, 

həmin sənətkarlar da on bir hecalı qoşmaların 

ölçüsündə  təcnislər  yaratmışlar.  Bunlar  isə 

gəbə çeşnisinə baxıb xalça, xalı toxumaq kimi 

bir şeydir.  

Bəs nə üçün bu sənətkarlar qoşmadan və 

ya təcnisdən yan keçməyib, çox sayda qoşma 

və  təcnislər  yaratmışlar?  Birincisi,  ona  görə 

ki,  aşıq  yaradıcılığından  gəlmiş  qoşma  və 

təcnislərdə  sözün  çox  dəyərli,  çoxmənalı, 

çoxçalarlı  cövhərləri  və  gövhərləri  vardır. 

İkincisi,  bir  janr  kimi  aşıq  yaradıcılığında  bu 

şeirin  çox  yığcam,  hazır  qəlibə  malik 

mükəmməl 

forma 

və 


şəkilləri  vardır. 

Üçüncüsü, bu şeirlərdə xəlqilik çox güclüdür. 

Bu  şeir  formalarının,  yəni  qoşmanın, 

gəraylının  və  təcnisin  yazılı  ədəbiyyata 

gəlməsinin 

özü 


bir 

inqilabdır. 

Xalq 



 

    


372

 

 



ədəbiyyatından  gələn  bu  şeirlər  yazılı 

ədəbiyyatımızı 

ərəb-fars 

kəlmələrindən, 

sözlərindən  təmizləyir.  Ərəb-fars  sözləri 

Azərbaycan  türkcəsinə  məxsus  çox  mənalı, 

çox  çalarlı  ifadələrlə  əvəz  olunur.  Molla 

Pənah  Vaqif,    Qasım    bəy  Zakir  və  Ə.Nəbati 

bu  xeyirxah  işləriylə  yazılı  ədəbiyyatda  yeni 

bir  yaradıcılıq  yolu açmışlar.  Yəni onlar  aşıq 

poeziyası ilə yazılı poeziyanı qovuşdurmuşlar, 

bir  məcraya  gətirmişlər.  Həmin  gündən  aşıq 

yaradıcılığı  ilə  yazılı  poeziya  bir-birinə  təsir 

edə-edə yeni inkişaf yoluna qədəm qoymuş və 

iki poeziya bir-birindən çox faydalanmışdır.  

Molla Pənah Vaqifin, Qasım bəy Zakirin 

və  Ə.Nəbatinin  aşıq  şeiri  tərzində  yazdıqları 

qoşmalar, gəraylılar və təcnislər yazılı ədəbiy-

yatda  bədii  əsər  nümunəsi  kimi  oxucuların 

estetik  zövqünü  oxşayır.  Onlar  yazılı 

ədəbiyyatımızda  ölməz  sənət  nümunələri 

sayılır. 

Yeri 

düşmüşkən 



deyim 

ki, 


M.P.Vaqifin:  

 

Boyun sürahıdır, bədənin büllur, 



Gərdənin çəkilmiş minadan Pəri! 

Sən ha bir sonasan, cüda düşübsən, 

Bir bölük yaşılbaş sonadan Pəri!  

 



 

    


373

 

 



-  bəndi  ilə  başlayan  çoxbəndli  qoşması  və 

Nəbatinin: 

 

Səba, məndən söylə o gülüzara, 



Bülbül gülüstanə gəlsin, gəlməsin? 

Bu hicran düşgünü, illər xəstəsi, 

Qapına dərmanə gəlsin, gəlməsin?  

 

-  beş  bəndlik  qoşması  yaranan  gündən 



xanəndələrin  repertuarına,  ifaçılığına  daxil 

olmuş  və  hər  biri  muğamın  bir  güşəsində  ifa 

olunur.  Ona  görə  də    onların  başqa  gəraylı, 

qoşma və təcnisləri aşıq ifaçılığında hərəkətdə 

olmayan  şeirlərdir.  Adları  çəkilən  iki  qoşma 

ifaçılıqda işlək şeirlər adlanırlar. M.P.Vaqifin 

və  Nəbatinin  haqqında  söz  açılan  qoşmaları 

sənət aləmində onlara heykəl qoymuşdur.  

 

 

 

 

 

 

 

 

 



 

    


374

 

 



XIX  əsrdə aşıq yaradıcılığı və  

yazılı ədəbiyyatda  təcnis  

 

a) Varxiyanlı Aşıq Məhəmməd, 



Mücrüm Kərim, Məhəmməd bəy Aşiq

Məlikballı Qurban, Qızılvəngli Aşıq Alı, 

Şəmkirli Hüseyn, Aşıq Musa və 

başqalarının yaradıcılığında təcnis 

  

XVIII əsrin ikinci yarısında və XIX əsrin 



əvvələrində 

yaşamış 


Varxiyanlı 

Aşıq 


Məhəmməd 

dərin 


məzmunlu 

qoşmalar 

müəllifi kimi çox məşhurdur

 



Yatmış idim, qəfil gəldi üstümə

Bir cam dolu, bir cam yarı, bir cam az. 

Üç muradı onda tutdum dəstimə, 

Bir cam kamal, bir cam söhbət, bir cam söz.

1

 

 



“Bir cam kamal, bir cam söhbət, bir cam 

söz”  –  deyən  sənətkar  təcnis  janrında  da 

qələmini sınamışdır: 

Bir gözəl görmüşəm bizim ellərdə,  

Üzündə sevmişəm busə bağları. 

Yaşılbaşlar cəm-xəm eylər göllərdə, 

Tərlan şikarında busa bağları.

1

 



                                                           

1

 Azərbaycan aşıqları və el şairləri.(Tərtib edəni: Ə.Axundov), I 



cild. “Elm” nəşriyyatı, Bakı, 1983, səh 165 


 

    


375

 

 



“Professor-yazıçı 

Əzizə 


Cəfərzadə 

Mücrüm  Kərimin,  Məhəmməd  bəy  Aşiqin, 

Məlikballı  Qurbanın,  Padarlı  Abdullanın 

gəraylı,  qoşma,  və  təcnislərini  aşıq  şeiri 

tərzində yazılmış poeziya adlandırır”. 

Mücrüm  Kərim  XVIII  əsrin  sonu  XIX 

əsrin  əvvəlində  Vardallı  kəndində  yaşamış, 

onun  şeirləri  “Sünbülistan”  adlı  cüngdə 

toplanmışdır. 

O, 


aşıq 

şerinin 


başqa 

şəkillərində  də  öz  qələmini  sınamışdır. 

“Qarşı” təcnisinin möhür bəndində deyir: 

 

Gir bağa gəşt elə olanda yar hey! 



Sözün bülbül kimi olanda yar hey! 

Özün Sultan Mahmud olanda yar hey! 

Kərimi də oxşat Ayaza qarşı.

2

 



 

Məlum  olduğu  kimi,  Həzrət  Əlinin 

Novruzu, 

Koroğlunun 

Eyvazı, 

Sultan 


Mahmudun  isə  Ayazı  oğul  qədər  sevdikləri 

dastan  olmuşdur.  Burada  təşbeh  olaraq 

göstərir  ki,  özün  Sultan  Mahmud  olanda  yar, 

məni də, Kərimi də Ayaza oxşat, ona bərabər 

tut.    “Ha  bular,  bular”  təcnisində  Tufarqanlı 

Abbasın, Xəstə Qasımın: 

                                                                                                         

1

 Azərbaycan aşıqları və el şairləri.(Tərtib edəni Ə.Axundov), I 



cild. “Elm” Nəşriyyatı, Bakı 1983, səh 167 

2

 Yenə orada, səh 210 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə