1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə80/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   76   77   78   79   80   81   82   83   ...   98

 

    


381

 

 



Birinci  misrada  aşiq  görcək  gözəlin 

camalına  mail  olur,  lakin  adını  bilmir,  “ay 

adin  nədir?”  kəlmələri  ilə  adın  əvəzinə  adin 

deyir.  O,  bununla  qabaqlaşma  meydanında 

qarşısındakını  çaşdırır.  Üçüncü  misrada  isə 

türfə  sənəm  onun  səbrini  əlindən  alır.  Türfə 

sənəm  –  yəni  hüsnü-bərabəri  olmayan  bir 

gözəl.  Sənəmlərdə  məzhəb,  dinin  ayələrinə 

riayət etmək olmur: 

 

Bu dünyada varmı yar, dı, yoldaşın? 



Fərhad külüng çaldı, yardı yol daşın, 

Aləmlər cəm olsa, yardı yoldaşın, 

Qohumum, qardaşım, a yadın nədir? 

 

İkinci  bənddə  misraların  tutumu,  məna 



yükü daha dərindir. Məlikballı Qurban burada 

sözü  parçalamaqla,  ədəbi  obrazlarla  elə  bir 

təcnis yaradır ki, insan onun istedadına heyran 

qalır.  İkinci  bənddə  “yar,  dı”  burada  de 

əvəzinə  “dı”  şəkilçisini  işlədir.  Bununla  “de 

yoldaşın  varmı”  fikrini  mürəkkəbləşdirir. 

İkinci  misranı  ona  uyğunlaşdıraraq  Fərhadın 

yol daşını külünglə çapıb çaldığını bildirir və 

məşuquna  bildirir  ki,  bütün  aləm  cəm  olsa 

yardı  yoldaşın,  yəni  dostun  yoldaşındır. 

Dördüncü  misrada  “Qohumum,  qardaşım,  a 

yadın  nədir?”  söyləməklə  qohum-qardaş 




 

    


382

 

 



yaxın olsa da, onun yanında yadın nədir, yəni 

yadın mən deyiləm bildirir. 

Üçüncü  bənddə  öz  fikrini  tamamilə 

açıqlayır: 

 

Qurban deyər, yarsız günə gün dəmən, 



Xızrə yetər ləblərindən gündəmən, 

Ziyarətin hüsnə varan gündə mən, 

Tamam günlərimiz ay adinnədir?

1

 



 

Üçüncü  bənddə  bildirir  ki,  yarsız  keçən 

günlərə  gün  deməm,  gündə  ləblərini  əmmək 

Xızıra  yetər  və  onu  da  deyir  ki,  “Tamam 

günlərimiz  ay  adinnədir?”  məna  budur  ki, 

həftənin  tamam    günlərinin  sonu  adna 

günüdür, yəni cümə axşamıdır.   

Göyçə  aşıqlarının  yetkin  ustadlarından 

biri olan Qızılvəngli Aşıq Alının (1801-1911) 

ədəbi irsi vaxtında toplanmadığı üçün çox şeir 

inciləri  itib-batmışdır.  Aşıq  Ələsgərin  ustadı 

olan  Aşıq    Alının    şeir  xəzinəsində  bir  neçə 

təcnis  qalmışdır.  Aşıq  Alı  “Almasın”  rədifli 

təcnisində deyir:  

 

Bimürvət yar məni candan elədi, 



Tutubdu dəstində ay ağ almasın. 

                                                           

1

 Azərbaycan aşıqları və el şairləri.(Tərtib edəni Ə.Axundov), I 



cild. “Elm” nəşriyyatı, Bakı, 1983,  səh 276 


 

    


383

 

 



Yarın bağçasının seyrinə vardım, 

Heç görmədim yarın ay ağ almasın.  

 

Təcnisin  birinci  bəndində  Aşıq  Alı 



yarının  onu  candan  eləməsindən,  əlində  ağ  

almasın, yəni burada ağ alma yanında işlənən 

almasın  bu  mənadadır  ki,  “ağ  almasın”  “ağ 

almaz” mənasındadır, yəni kəsərdən danışılır. 

Yarın  bağçasını  seyr  edəndə  isə  yarın  ağ 

almasını görmür: 

 

Bayram ayı demək olmaz hər aya, 



Təbib gərək dərman edə həraya, 

Şahlar şahı, özün yetir haraya, 

Düşmən üstümüzə ayaq almasın.  

 

İkinci bəndin sonunda isə düşmənin onun 



üstünə ayaq almamasını arzulayır: 

Aşıq Alı deyər: yar ab ağlaya, 

Yaxşı təbib gərək yara bağlaya, 

Yar ki, meylin qeyri yara bağlaya, 

Həftəyə varmasın, aya qalmasın.

1

  



 

Üçüncü  bənddə  “yar  ab  ağlaya”,  yarın  

gözündən  ab,  yəni  su  gələ,  yaxşı  təbib  onun 

                                                           

1

 Azərbaycan aşıqları və el şairləri, I cild, Bakı, “Elm” 



nəşriyyatı, səh 295 


 

    


384

 

 



yarasını  bağlaya  deməklə,  son  beytdə  fikrini 

belə  tamamlayır:  “Yar  ki,  meylin  qeyri  yara 

bağlaya,  Həftəyə  varmasın,  aya  qalmasın”. 

Aşıq  Alının  təcnisi  o  qədər  anlaşıqlı,  aydın 

cinaslarla  qurulmuşdur  ki,  onun  təhlilə  belə 

ehtiyacı yoxdur.  

Aşıq  Alı  kimi  ustad sənətkarlar təcnis 

yaratmağa  böyük  sənətkarlıqla  yanaşmışlar. 

Ümumi  aşıq  şeirinin  inkişaf  tarixindən  əlavə 

başqa  qaynaqlara  da  baş  vurmuşlar.  Baxın 

Aşıq Alı “Ay belə sinə” təcnisini yaratmaqda 

nə  qədər  böyük  əmək  sərf  etmişdir.  Onun  bu 

təcnisinin  möhürbəndini  diqqətə  gətirdikdə 

təhlilə cəlb etdikdə hər şey aydın olacaqdır.  

 

Aşıq Alı, çıx gülşənə nərgiz dər, 



Sərraf maya ağuşunda nər gizdər, 

Olmaz tayı züleyxalar, nərgizdər, 

Əsla yox kimsədə ay belə sinə.

1

 



 

Aşıq  Alı  “Nərgizlər”  adlı  cinas 

bayatılarla  bəzənmiş  xalq  hekayətini  bu  bir 

bənd  təcnisdə  dolğunluğu  ilə  ifadə  edə 

bilmişdir.  

                                                           

1

 Aşıq  Alı (şeirlər) (Toplayanı Ə.Əmirov, Ş.Əsgərov, 



M.Həkimov)  “Yazıçı” , Bakı, 1982,    səh  78 


 

    


385

 

 



XIX  əsrin  əvvəllərində  Aşıq  Hüseyn 

Şəmkirli  (1811-1891)  gözəl  təcnisləri  ilə 

yanaşı,  üçbaşlı  cığalı  təcnisin  də  ilk 

nümunəsini 

yaratmışdır. 

Təcnisin 

hər 

bəndində  misraların  sayı  dörd  olduğu  halda, 



Aşıq Hüseyn birinci bənddə misraların sayını 

altı,  son  bəndlərdə  isə  beş  misra  etmişdir. 

Belə  ki,  birinci  bənd  iki  yerə  bölünür,  ilk  üç 

misradan sonra cığa gəlir, son üç misra bəndi 

tamamlayır.  İlk  misrada  cığadan  yuxarıda  üç 

misra  qaldığı  üçün  təcnisin  bu  növünə 

“Üçbaşlı təcnis” deyilir. Məsələn, təcnisin bir 

bəndini misal gətirək:  

İbtida  əlifdən dərsim alanda

Göstərdilər mana nə qarə yaxşı. 

Oxudum dərsimi hər ayə, qərəz, 

 

Yox aşıq hər ayinə, 



 

Xalların hərayi nə? 

 

Aşıq Söyün nə dedi, 



 

Dost yetdi hərayinə? 

Görsə canım bəyənməz hər ayinə, 

Səyrəqib geyinsin nə qarə yaxşı, 

Naləsi yetişsin  haraya qərəz.  

 

Aşıq Hüseynin yaratdığı “Üçbaşlı təcnis” 



cığalı təcnisə oxşasa da, quruluşu etibarilə çox 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə