1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə79/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   75   76   77   78   79   80   81   82   ...   98

 

    


376

 

 



 

Sərrafın dəstində nə danə dedim,  

Xalın can quşuna nə danə dedim, 

Sirrin, dərdin bilməz nadanə dedim,  

Anlamaz, başını ha bular, bular. –  

- söyləyir. 

Burada “can quşu” insanın nəfəsidir, ona 

nə  danə  demədi.  Nə  də  sirrini    dərd  bilməz 

nadanə 

demədi. 


Çünki 

beləsi 


dərdimi 

anlamaz, başını ha bular, bular. İkinci bənddə 

cinas qafiyələri daha gözəl düzümləndirir, hər 

misranın məna yükünü artırmağa çalışır. Bənd 

belədir: 

Bayqu üçün məskən oldu o diyar, 

Qəmzən ilə bağrım başın odduyar, 

Evdən çıxdı, yalın qılınc odur yar, 

Bilirəm, qanıma ha bular, bular. 

 

Bayqu  məhəbbətlə  bağlı  bir  ifadədir. 



Bayqu üçün o diyar məskən olanda qəmzənlə 

bağrım başın oydu, ona görə də bu bəndin son 

beytində 

fikrini 


daha 

bədii 


boyalarla 

tamamlayır: 

Bu Mücrüm Kərimi kim dərdə saldı? 

Ah çəkib gözlərin ha bular, bular.

1

 

                                                           



1

 Azərbaycan aşıqları və el şairləri.(Tərtib edəni: Ə.Axundov), I 

cild. “Elm” nəşriyyatı, Bakı, 1983, səh 210 



 

    


377

 

 



Təcnisdə  yeni  söz  kəşfi,  fikir  axtarışı 

budur.  Təcnisin  hər  misrası,  hər  bəndi  ilə 

bədii söz xəzinəsinə yeni incilər gətirilir. 

Məhəmməd 

bəy 

Aşiq  XIX  əsrdə 



Maralyanlı Pəri ilə yazışan el şairlərindəndir. 

Onun  yaradıcılığına  Molla  Vəli  Vidadinin 

təsiri aydın şəkildə duyulmaqdadır. Şairin dili 

canlı xalq dilinə çox yaxındır. Bədii cəhətdən 

mükəmməl  qoşmaları  ilə  bərabər  cinas 

bayatılar  və  təcnislər  də  yazmışdır.  Biz  onun 

aşıq  Pəriyə  yazdığı    cinas  bayatını  nümunə 

göstərmişdik.  O,  təcnis  sahəsində  də  öz 

qələmini  sınamışdır.  “Sənəm”  rədifli    beş 

bəndlik  təcnisi  bir  sənət  nümunəsidir.  O, 

birinci bənddə yazır:  

 

Nə müddətdir həsrətini çəkirəm, 



Bircə üzün görüm, ay ağa Sənəm! 

Hicranın əlindən xəstə düşmüşəm

Daha dura bilməm ayağa, Sənəm! 

 

Birinci  bənddə  göstərilir  ki,  aşiq  neçə 



müddətdir Sənəm adlı gözəlin həsrətini çəkir. 

Ağa  Sənəmin  bircə  dəfə  üzünü  görsə,  təsəlli 

tapar.  Aşiq  hicranın  əlindən  xəstə  düşür, 

bundan  sonra  onun  ayağa  durması  çox 

çətindir.  



 

    


378

 

 



Sənəm  elə  adi  Sənəm  deyil,  o  qədər 

gözəldir  ki,  Məhəmməd  bəy  Aşiqin    dili  ilə 

desək:  

Yüz naz ilə sən çıxanda səhraya, 

Gün gizlənir, olur ay ağa, Sənəm! 

 

Sənəm  o  qədər  gözəldir  ki,  gün  ona 



baxanda gizlənir, ay da səmada ağalıq eyləyir. 

Son  möhür  bəndini  ürəyinin  qanı  ilə 

yaratmışdır: 

Aşiqəm hüsnünə ay aman, gözəl! 

Baxmaram zərrəcə aya mən, gözəl! 

Ləblərin şəhdindən ay əmən gözəl, 

Meyl etmə qəndə, bal ayağa, Sənəm!

1

 



 

Hüsnünə 


aşiq  olduğu  gözələ  elə 

heyrandır  ki,  zərrəcə  göydəki  aya  baxmaq 

istəmir.  Hətta,  bu  gözəlin  ləblərini  əmən  kəs 

onun  şəhdini  qoyub  qəndə,  bala,  yağa  meyl 

eləməz.  

Məhəmməd bəy Aşiq bununla sübut edir 

ki,  təcnisdə  həm  məzmun,  həm  də  forma 

gözəlliyi  yaratmaq  mümkündür.  Bu  təcnisə 

baxan  şəxs  qoşmadan  çox  təcnis  yaratmağa 

maraq göstərər.  

                                                           

1

 Azərbaycan aşıqları və el şairləri.(Tərtib edəni Ə.Axundov), I 



cild. “Elm” nəşriyyatı, Bakı 1983, səh 251 


 

    


379

 

 



Şirvan 

aşıqlarından 

təkcə 

Ucarın 


Məlikballı 

kəndindən 

olan 

Məlikballı 



Qurbanın  (1790-1865)    yaradıcılığında    ara-

sıra  təcnislərə  də  rast  gəlirik.  Məlikballı 

Qurban “Gör” təcnisində deyir:  

 

Məcnun olub səhralara düşmüşəm, 



Zeydsən, Leylinin sorağını gör.  

Dağdan-dağa səngixarə çəkmişəm, 

Şikəstə əndamın sor ağını gör.

2

  



 

 Aşiq  Məcnun  olub  Leylinin  sorağı  ilə 

səhralara 

düşüb 


dağdan-dağa 

çaxmaq 


daşından  yol  çəkib,  inanmırsan  şikəstə 

əndamına, canına baxıb, sor ağını gör.  

“Gərək” rədifli təcnisində bildirir: 

 

Gözəl olan verir özünə bəzək



Gözü nərgiz, şimşad ayağı gərək. 

Giribani hər tərəfdən ola çak, 

Görünə sinənin ay ağı gərək.  

 

Gözəl  olan  gözü  nərgiz,  şimşad  ayağı 



olan gərək özünə bəzək versin. Öz giribanını, 

yəni  geyimini  elə  geyinməlidir  ki,  sinəsinin 

ağlığı görünsün:  

                                                           

2

 Yenə orada,  səh 275 




 

    


380

 

 



Gəl, gir bu bağçaya laləsin bil, ək, 

Görək qönçələrin, laləsin bilək,  

Gəlməz təkəllümə laləsin bilək, 

Gər olmuş əğyara, a yağı gərək.

1

 

 



Misraların  sonundakı  “bilək”    sözləri 

omonimdir, 

çoxmənalı 

sözlərdir, 

xalis 

cinaslardır.  Birinci  misrada  bağçaya  lalə, 



sünbül  ək  deyilir,  ikinci  misrada  qönçələrin 

böyüyüb  lalə  olduğun  tanıyaq,  üçüncüdə 

danışma,  söyləmə  lalə  gəlməz,  Lalənin  kim 

olduğunu  bilə  bilmərik.  Dördüncü  misrada 

gözəlin  əğyara  qismət  olduğunu  bilək 

söyləyir.   

Məlikballı  Qurbanın  “Gərək”  rədifli 

təcnisində  cinas  qafiyələrdən  başqa  hər 

misranın  əvvəlində  eyni  hərfdən  istifadə 

olunur.  

“Nədir”  rədifli    təcnisi  daha  nadir 

incilərdəndir: 

 

Camalını görcək, mayil  olmuşam, 



Bilmədim gözəlim, ay adin nədir? 

Səbrim aldı tamam türfə sənəmlər, 

Sənəmlərdə məzhəb, aya, din nədir? 

 

                                                           



1

  Azərbaycan aşıqları və el şairləri.(Tərtib edəni: Ə.Axundov), I 

cild. “Elm” Nəşriyyatı, Bakı, 1983, səh 275 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə