1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə87/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   83   84   85   86   87   88   89   90   ...   98

 

    


416

 

 



Təbib hanı, gəlib eləsin dərman, 

Sızıldar, ah çəkər yaralı dağlar.

2

  

 



“Ay  yarım  ola”  təcnisində  bir  gözəlin 

niqabın  altından    ay  kimi  çıxıb  üzünü 

göstərdiyini,  bədii  bir  dillə,  cinas  sözlərlə, 

gözəlliyi  diqqətə  çəkən  bədii  bir  lövhə 

yaradır: 

 

Niqabından aya oxşar üz açdın, 



Taledən uzaşdın, məndən  uzaşdın, 

Şəmşir yaxınlaşdı, sənsə uzaşdın, 

Demişdim: vəfalı ay yarım ola.

1

  



 

Aşıq  Şəmşir  gözəlləri  təsvir  və  tərənnüm 

etməkdən  usanmır.  O  bilir  ki,  ürəyində 

məhəbbət  odu  olmayan  şair  yazıb-yarada 

bilməz.  Onun  şeirlərinin  ilham  mənbəyi  el 

gözəlləridir.  Onları  görüb  eşqə  düşməmək 

olmaz. O yazır:  

 

Qaşın qələm, boyun tərlan təhəri, 



Dedim gözəllikdə beləsən, gözəl. 

                                                           

2

 Yenə orada, səh  117



 

1

 Aşıq Şəmşir. “O Kürün, Arazın Tərtəriyəm mən”.Bakı 2004, 



səh 358. 

Sədnik Paşa Pirsultanlı, “Aşıq Şəmşirin poetik aləminə səyahət”, 

Bakı, “Təknur”, 2008, səh 117 



 

    


417

 

 



Məhəbbət eşqinə düşəndən bəri, 

Mənəm yarpaq kimi bil əsən, gözəl.

2

  

 



Aşıq  Şəmşir  təzadlı  bir  təcnis  yaradır. 

Təcnisin  mövzusu  və  bu  mövzunun  bədii 

cəhətdən həlli bizi düşündürməkdədir:  

 

Bir barı çəkmişəm sözdən, şeirdən, 



Köməkdar ol, qoyma qala yarımçıq! 

Görüm deyərsənmi başa çatmasın, 

Qıyarsanmı belə qala – yarımçıq?

3

 



 

Aşıq  Şəmşir  cinaslı  bayatı-bağlamalarını 

və  qoşma  şəkilli  qıfılbəndini  də  məharətlə 

yaradır. Biz bundan əvvəl Sarı Aşığın və Aşıq 

Şəmşirin  açılmamış  bayatı-bağlamalarından 

nümunələr  vermişik.  Eyni  zamanda,  Xəstə 

Qasım  və  Aşıq  Ələsgər  kimi  Aşıq  Şəmşir  də 

öz kitabında açılmamış qıfılbəndlər vermişdir. 

Mən  onun  açılmamış  5  bəndlik  təcnis-

qıfılbəndindən üç bəndini nümunə verirəm: 

İki min gülü var iki kök üstə

Altından biri sər-beş arasında. 

Sən kamil aşıqsan, gəl öyrət məni, 

Qalmışam bu çətin iş arasında.  

                                                           

2

 



Yenə orada, səh  118

 

3



  Yenə orada, səh  118 


 

    


418

 

 



   

 

*** 



Doxsan dörd min səcdə qılır birinə, 

Otuz mini ikram edir pirinə

On ikisi tac qoyubdur sərinə, 

Altısı gəşt edir qaş arasında.  

   

 

*** 



Kəndim Ağdabandır, yaylağım Murov, 

Sözümdə məharət, qılıncımda sov! 

Şəmşir bu şikarda tapıbdır bir ov, 

Bir milyard iki yüz yaş arasında.

1

  

 



 

 

b)  XIX  əsr  sənətkarı  Aşıq  Həmayılın 



və  XX  əsr  sənətkarlarının  yaradıcılığında 

təcnis nümunələri 

 

Azərbaycanın  XIX  əsrdə  yaşamış  qadın 

aşıqlarından Maralyanlı Pəri, Kəlbəcərli Aşıq 

Bəsti  gözəl  gəraylılar  və  qoşmalar  düzüb 

qoşduqları  halda,  onların  yaradıcılığında 

təcnis  qoşmalar  qədər  dərin  iz  salmamışdır. 

Lakin,  eyni  əsrdə  yaşamış  Aşıq  Həmayıl 

mükəmməl bir təcnis qoyub getmişdir. Həmin 

təcnis  “Həmayıl”  dastanından  qopub  qalmış 

                                                           

1

 Aşıq Şəmşir. “O Kürün, Arazın Tərtəriyəm mən”.Bakı 2004, 



səh 392, Sədnik Paşa Pirsultanlı, “Aşıq Şəmşirin poetik aləminə 

səyahət”, Bakı, “Təknur”, 2008, səh  119 




 

    


419

 

 



bir  yarpaqdır.  Məlumdur  ki,  Aşıq  Həmayılın 

dillər əzbəri olan “Gəlmədin” adlı beş bəndlik 

qoşması  həm  xanəndələrin,  həm  də  aşıqların 

repertuarına  daxil  olmuş  qiymətli  bir  sənət 

incisidir.  Qoşmanın  bədii  dəyərini,  məhəbbət 

abidəsi olmasını nəzərə alaraq həmin qoşmanı 

burada bütövlüklə veririk: 

Əmim oğlu, məndən heç utanmadın? 

Üç ay keçdi bir yaylağa gəlmədin.  

Yüz min səfa ilə köç eylədim mən

Ordan endim Ağbulağa, gəlmədin.  

   


 

*** 


Demədin: dağdadır bir sərvinazım, 

Bir bəyaz sinəlim, bir ağ boğazım.  

Ay qara tərlanım, mənim şahbazım, 

Şikar üçün sən ovlağa gəlmədin.  

   

 

*** 



Mən səni istərdim hamıdan əziz, 

Mən sənin yanında oldum bir kəniz.  

Ətri-can bəslədim hər güldən təmiz

Bülbül olub qoxlamağa gəlmədin.  

   

 

*** 



Varlılar yarıyla çəkdilər ləzzət, 

Sən yada düşdükcə mən çəkdim həsrət.  

Niyə belə etdin, ay gədə  xislət?  

Şamama dərməyə tağa gəlmədin.  

   

 

*** 



 


 

    


420

 

 



Mənim adım Həmayıldır, həmaya, 

Sinəm bənzər həm ulduza, həm aya.  

Mənə vədə verdin gəlləm bir aya, 

Bağlandın arana, dağa gəlmədin. 

1

 

 



Biz  qoşmanı  burada  verməyi  ona  görə 

vacib saydıq ki, “Həmayıl” dastanında həmin 

təcnis  yuxarıdakı  qoşmaya  cavab  olaraq 

yazılmışdır: 

Gəlirdim qarşıma çıxdı bədnəzər, 

Bir mən əlim, bir laçına bürüncə.  

Gecə-gündüz həsrətini çəkməkdən, 

Dərdim olub o dağların  birincə.  

 

 

Birinci  misrada  Həmayılın  yanına  gələr-



kən  əmisi  oğlunun  bədnəzərə  rast  gəldiyini, 

gecə-gündüz 

onun 

həsrətini 



çəkdiyini, 

dərdinin  o  dağların  biri  boyda  olduğunu 

bildirir: 

 

Gözlərin süzülür Həmayıl təkin,  



Qolların boynuma Həmayıl təkin. 

Üç dərdin sinəmdə Həmayıl təkin,  

Bir məmən, bir sinən, bir də görüncə.  

 

                                                           



1

 Sədnik Paşayev, “Aşıq Həmayıl”, “Azərbaycan qadını” jurnalı, 

1970, № 7, Sədnik Paşa Pirsultanlı, Ozan-aşıq yaradıcılığına dair 

araşdırmalar, Gəncə, “Pirsultan”,  2002,səh 161-162 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə