1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə89/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   85   86   87   88   89   90   91   92   ...   98

 

    


425

 

 



Lazım gəlmir, yüz düşünə, bir dələ.  

   


 

*** 


Bimar Əli insanlıqda bir üzdü, 

Qəm bəhrində bir çalxandı, bir üzdü, 

Mən görmədim namərdlərdə bir üzdü, 

Ara, axtar, sən onları birdə ələ.  

Və yaxud: 

Məsləhət bilibdi qurqu quranda, 

Dedim gəl məni çəkmə quru anda, 

Deyərlər ki, səhv də olur quranda, 

Yerbəyer yazıram bir aya qarşı.  

   


 

*** 


Bimar cavabını yazdı Cəlala, 

Valeh oldum belə cahi-cəlala, 

Peyvənd etsən mərhəmətlə cəlala, 

Bağda bağban olsa bir aya qarşı. 

 

Bu  təzə  tapılmış  təcnisin  iki  bəndini  ona 



görə nümunə verdik ki, əvvəla, bu təcnis  heç 

bir  yerdə  qeydə  alınmamış  bir  tapıntıdır, 

ikincisi  mükəmməl  cinaslara  malik  bədii  bir 

abidədir.  

Daşkəsənli  şair  Cavad  Bayram  oğlu 

Hüseynov  (1898-1969)  elatda  usta  sənətkar 

kimi  tanınmaqdadır.  O,  aşıq  şeirinin  bütün 

janrlarında  qələmini  sınamış  və  istəyinə 

müvəffəq  olmuşdur.  Onun  dodaqdəyməz 

təcnislərini aşıqlar yüksək qiymətləndirirlər. 




 

    


426

 

 



Aşağıda  “A,  sərin  yellər”  dodaqdəyməz 

təcnisini nümunə veririk: 

 

Səhər-səhər  əsdin səhər çağları, 



Seyr eylə dağları, a sərin yellər. 

Aşıq deyər, a yellər, 

Nə sərinsən, a yellər, 

Səhralarda sərasər,  

Seyr eylərsən, a yellər. 

Yaz gəzərsən yaylaqları, dağları, 

Sərin dalğalısan, a sərin yellər. 

   


 

*** 


Yarda seyr eyləyir, səhər sərindi 

Sərin yollar, sərin çaylar sərindi. 

Aşıq deyər, sərindi,  

Lalə, nərgiz sərindi. 

Sərin yollar, yaylaqlar, 

Sər qayalar sərindi. 

Qış gələndə, dağlar qardı, sərindi, 

Yayda nə şirinsən, a sərin yellər. 

   

*** 


Şair Cavad səni istər sədaqət,  

İnan dildə zikr eyləyər sədaqət. 

Aşıq deyər, sədaqət, 

Ad qazanar sədaqət.  

 

Eldə sina yaxşını, 



İgidlərdə sədaqət. 


 

    


427

 

 



İnsan gedər yenə qalar sədaqət

Həyat əsərisən, a sərin yellər. 

 

Ustad  aşıqlarımızdan  biri  də  Morullu 



Teymurdur.  “O  qabaqda  gələn  kimdir?”  adlı 

garaylısı ilə məşhur olan, çox sayda qoşmalar 

yazıb-yaradan  aşıq  Teymur  ara-sıra  təcnis 

yaradıcılığına  da  müraciət  etmişdir.  O,  “Bala 

da” adlı təcnisinin möhür bəndində deyir: 

 

Aşıq Teymur eşq oduna qalana



Can deyərəm dost qayğına qalana. 

Mən gedirəm sən sağlıqla qal, ana 

Ana üçün dərddir-qəmdir bala da.

1

 



 

Aşıq  Teymur  eşq  oduna  qalan,  dost 

qayğısına  qalan  insanları  sevir,  bütün 

əziyyətlərə tab gətirir. 

Doğrudan  da,  təcnis  axtarış,  müşahidə, 

məntiqi  nəticəyə  söykənmək  tələb  edir.  Biz 

aşıq  Teymurun  “üzə-üzə”  təcnisində  “qor” 

cinasından  nə  mənalar  yaratdığının  şahidi 

oluruq: 

 

Sızıldayıb yaralarım qor eylər, 



Quru yanar, yaş ağlayar qor eylər

                                                           

1

 Azərbaycan aşıqları və el şairləri.(Tərtib edəni: Ə.Axundov), II 



cild. “Elm” nəşriyyatı, Bakı, 1983, səh 383 


 

    


428

 

 



Xoryad sözü bu sinəmdə qor eylər, 

Ömrümün tağını a üzə-üzə.

2

  

Birinci  misrada  qor  yaraların  qövr 



etməsini,  ikincidə  quru  yaşı  yandırarkən 

odunun qor etməsini, üçüncüdə qoryat adamın 

sinədə ağrı törətməsini, qövr etməsini bildirir. 

Əlavə edir ki, bunlar ömrümün tağını üzə-üzə 

ömrümü  yox  edir.  Aşıq  Teymur  iki  cığalı 

təcnis nümunəsi də vermişdir. “Ay ağa” cığalı 

təcnisindən bir parça nümunə veririk:

 

 



Duman qalxıb bu dağlara yayını, 

Gözəl, görüm qaşlarının yayını. 

Aşıq deyər yayını, 

Çək oxunun yayını. 

Ay ilnən gərdiş eylər, 

Bahar verər yayını. 

Bivəfa dost dar günündə yayını, 

Mərd igid düşməsin ayaq ayağa.

1

  

 



Bu  cığalı  təcnisdə  şair-aşıq  dumanın 

qalxıb  dağlara  yayılmasını  arzu  edir.  Şair 

gözəlin  qaşlarının  yayından  danışır,  bivəfa 

dostun  dar  gündə  yayınmasını  yada  salır  və 

igidin ayağa düşməməsini arzu edir. 

                                                           

2

 Yenə orada, səh 384 



1

 Azərbaycan aşıqları və el şairləri.(Tərtib edəni Ə.Axundov), II 

cild. “Elm” nəşriyyatı, Bakı 1983, səh 384  



 

    


429

 

 



Xəstə  Bayraməli  poeziyasında  sənət-

karlıqla  yaradılmış  təcnislər  də  vardır.  Biz 

onların  bir  neçəsini  örnək  olaraq  tədqiqata 

cəlb  edirik.  “Varağa”  təcnisinin  bir  bəndində 

deyilir: 

 

Gedərgisən, fəryadə gəl, yüz də sən, 



Fərq eyləməz əllidəsən, yüzdəsən, 

İki mələk nəqş eyləyib, yüz de sən, 

Əməllərin yazılıbdır varağa.

2

     



 

“İki  mələk  nəqş  eyləyib,    yüz  desən, 

Əməllərin  yazılıbdı  varağa”  beytinin  mənası 

budur  ki,  sən  nə  deyirsən,  de  əməllərini 

mələklər yazıb. Dini rəvayətə görə, iki mələk 

insanların 

çiynində 

oturub 


onların 

hərəkətlərini və əməllərini yazıya alır. 

Xəstə  Bayraməli  hər  bir  təcnisində  yeni 

bir 


fikir 

irəli 


sürür.Xəstə 

Bayraməli 

“Mərdana”  təcnisində  halal  süddən  söhbət 

açır: 


Əzəl gündən baxdım halal südə mən, 

Axır gələr, boya çatar südəmən. 

Halal olar, halal kəsdən süd əmən, 

Ömrü boyu yaxşı saxlar mərd ana.

1

  

                                                           



2

 Xəstə Bayraməli “Mən ulu Göyçənin şair oğluyam”, (toplayanı 

və tərtib edəni: Maşallah Xudubəyli), Bakı, “Nərgiz” nəşriyyatı, 

2008, səh 70 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə