1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə2/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   2   3   4   5   6   7   8   9   ...   98

 

 

                 



 

 



Məlum  olur  ki,    doğrudan  da,  atalar 

sözünün  qoynunda  xalq  şeiri  özünün  ilkin 

formalarını yaratmışdır:  

 

 



Yaz yağışı bar gətirər, 

   


 

Qışın çəni qar gətirər.  

Bu şeir nümunəsi deyil, bəs nədir?  

 

 



Nə yoğurdu, nə yapdı, 

 

 



Hazırca kökə tapdı. 

 

Mənzum  atalar  sözü  fəslində  bunlar 



geniş təhlil olunmuşdur.  Bax,  bu  aşağıdakı 

on  bir  hecalı  qoşma  bəndi  sazın  köməyi  ilə 

yaradılmışdır:  

 

Evimizin dalı xırda təpələr, 



 

Orda yağış yağsa, burda səpələr. 

 

Mücrümdə qalıbdır almaz küpələr



 

Heç birin taxmadım, yar sən gedəli.  

 

 

Heca vəzninin təşəkkülündə, təkmilləş-



məsində  və  inkişafında  təkcə  mənzum 

tapmacalar 

və 

aşıq  qoşmaları  iştirak 



etməmişdir, külli halında mərasim nəğmələri, 

uşaq  düzgüləri,  nağıl  pişrovları  mühüm  rol 

oynamışdır.  Hətta,  bu  sahədə  yanıltmacların 

da  öz  yeri  vardır.  Bir  xalq  düzgüsündə 

deyilir:  

 

 



İcili-micili, 

 

 



Şoşan qıcılı.  

 



 

 

                 



 

 



Başqa bir mərasimdə:  

 

 



Gün çıx, gün çıx, 

 

 



Kəhər atı min çıx.  

 

Yanıltmaclarda  qafiyə  sistemi  əvvəlki 



nümunələrə nisbətən sərbəst haldadır. Bunlar 

uşağın tələffüzünün, nitqinin, sinir sisteminin

beyin  fəaliyyətinin  inkişafına  güclü  təkan 

verir.  Hətta,  bunun  bəzi  nümunələrinin 

mükamilə şəklində qurulması bu kiçik janrda 

dərin,  psixoloji  məqamları  təsvir  eləməyə 

imkan yaradır.  

 

Çəpərə baxdım: -Mən də, mən də.  



 

Bağçaya düşdüm:-Mən də, mən də. 

 

İtlər hürüşdü:-Mən də, mən də.  



 

Nağıl  pişrovlarında  daha  poetik 

nümunələrə rast gəlirik: 

 

Az getdi, üz getdi, 



 

İynə yarım yol getdi.  

Və yaxud:  

 

Təpələrdən yel kimi, 



 

Dərələrdən sel kimi.  

 

Ayrı-ayrı    şeir  nümunələri  arasında 



əlaqə,  qarışıq  inkişaf  prosesi  onun  yeni 

formalarını  yaradıb,  meydana  çıxarıb.  Hətta, 

atalar  sözlərində  əmredici  notlara  da  rast 

gəlirik.  

 

Açaram sandığı, 



 

Tökərəm pambığı.  




 

 

                 



 

Başqa bir atalar sözündə acizanə fikirlərə rast 



gəlirik: 

 

Allahdan buyruq, 



 

Ağzıma quyruq.  

 

Hətta,  mənzum  atalar  sözünün  son 



məqamlarında 

tapmacaya  bənzər  yeni 

nümunələrə  rast  gəlirik.  Bu  aydınca  göstərir 

ki, mənzum atalar sözü, mənzum tapmacalar, 

düzgülər,  xalq  mərasimləri  ayrı-ayrılıqda 

deyil,  bir  külli  halında  mürəkkəb  inkişaf 

prosesi 

nəticəsində 

heca 

vəznini 


formalaşdırıb  meydana  çıxarmışlar.  Əgər 

atalar sözlərində:  

 

Bağda ərik var idi, 



 

Salam məlik var idi.  

 

Bağda ərik qurtardı, 



 

Salam məlik qurtardı.  

Mənzum  tapmacalarda  da  yaradıcılıq  prosesi 

bu şəkildə davam edir:  

 

Bazardan qazan aldım, 



 

İçinə quyruq saldım.  

 

Qazan əridi, 



 

Quyruq qaldı.  



(açması:qazan- ayaqqabı, quyruq isə insanın 

ayağıdır) 

 

Sadə  insan  müşahidələri  nəticəsində 



qurulan 

bu 


tapmacalar 

insan 


beynini 

işlətməyə,  düşünməyə  vadar  edir,  eyni 




 

 

                 



 

zamanda,  mənzum  tapmaca  yeni  poetik 



nümunə  kimi  bizim  düşündüyümüzdən  də 

gözəl şeir formasında biçimlənir. Biz bundan 

sonra  da  bayatıların,  bayatı  bağlamaların 

yaranmasının şahidi oluruq.  

 

“İraq-Kərkük    folklor  antologiyası”  



kitabının 

müqəddiməsində 

oxuyuruq: 

“Kərkükdə  cinaslı  bayatılara  xoryat,  cinassız 

bayatılara  isə  mani  deyilir”.  Biz  diqqət 

etdikdə  türkdilli  xalqların  xalq  şeirində,  xalq 

poeziyasında  eyni    prosesin  davam  etdiyini 

görürük.  Bu  yaranma  və  inkişaf  prosesinin 

mənzərəsini  ayrı-ayrı  fəsillərdə  verəcəyimizi 

nəzərə  alaraq,  bunlara  müxtəlif  şəkildə 

münasibət  bildiririk.  Mənzum  tapmacalardan 

xalq  mahnılarına  gedən  yol,  aşıq  şeirinin 

təşəkkülü,  hər  şeydən  əvvəl  telli  saz  alətləri 

ilə  (qopuz,  təmbur  və  saz),    çalğı  alətləri  ilə 

əlaqədardır.  

 

Tədqiqat  nəticəsində  Azərbaycan  xalq 



şeirinin yaranmasına və inkişaf prosesinə dair 

maraqlı  faktlar  meydana  çıxmışdır.  Bütün 

bunlar tədqiqat yolu ilə aşkarlanmışdır.  

 

Şifahi  və yazılı poeziyamızda yəqin ki, 

on  bir  hecalı  ana  şeirimiz  olan  qoşma 

formalaşıb 

meydana 

çıxana 


qədər 

Azərbaycan 

xalq 

şeiri 


azhecalılıqdan 

çoxhecalılığa  doğru  uzun  bir  yol  gələrək, 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə