1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə8/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   4   5   6   7   8   9   10   11   ...   98

 

 

                 



31 

 

atalar  sözləri  qərinələrdən  öncə  yaranıb, 



müdriklik  süzgəcindən  keçib.  Daha  sonra 

həyata  vəsiqə  qazanıb.  Atalar  sözləri  xalqın 

milli-mənəvi  duyumunu  hikmət  çərçivəsində 

sözün  müxtəlif  çalarları  ilə  boyanan  tablo 

kimi təqdim edir.  

Bu  yazıda  məqsədimiz  xalq  müdrikliyini 

özündə  təcəssüm  etdirən  atalar  sözü  və 

məsəlləri  tədqiq  və  təhlil  etmək,  yaxud  da 

onun 

gündəlik 



həyatımızdakı, 

canlı 


danışığımızdakı  təsir  dairəsinə,  tərbiyəvi 

roluna 


toxunmaq 

deyildir. 

Məqsədimiz 

xalqımızın  mənəvi  varlığından  doğan  atalar 

sözlərinin  bir  cəhətinə,  onun  heca  vəznli 

şeirin 


təşəkkülündə, 

formalaşmasında, 

inkişafında  oynadığı  rolu  diqqət  mərkəzinə 

çəkməkdir. 

Biri var, anadilli şeirin yaranması, biri də 

var, ana dilində heca vəznli şeirin təşəkkül və 

təkamülü. Bunların biri digərinin davamı olsa 

da,  özlüyündə  yazılı  poeziyanın  inkişafı 

tarixində hər biri xüsusi mərhələ təşkil edir. 

A.Dadaşzadə  yazır:  “Türkdilli  xalqların, 

o  cümlədən,  Azərbaycanın  qədim  şeir  vəzni 

olan  heca  folklorda  sabit  mövqe  tutmaqla 

bərabər, yazılı şeirdə də  ara-sıra işlənmişdir. 

Lakin, 


klassik 

orta 


əsr 

Azərbaycan 

poeziyasında  əruz vəzni və onun forma, janr 



 

 

                 



32 

 

və  şəkilləri  həm  həcm,  həm  əhəmiyyət 



etibarilə əsas yer tutmuşdur”.

8

 



Anadilli şeirin yazılı ədəbiyyatda inkişafı 

Həsənoğlu,  Qazi  Bürhanəddin,  Nəsimi  kimi 

sənətkarların  adı  ilə  bağlı  olduğu  kimi,  heca 

vəznli  şeirin  yüksəlişi  də  Şah  İsmayıl  Xətai, 

Molla  Pənah  Vaqif  kimi  şairlərin  tarixi 

xidmətləri 

ilə 

əlaqədar 



olmuşdur. 

Prof.Ə.M.Dəmirçizadə  yazır:  “XIII  əsrdə 

yaşayıb-yaratmış 

Həsənoğlunun 

qəzəli 

Azərbaycan yazılı ədəbi dilinin ilk nümunəsi 



sayılır”.

9

 



Bizcə, milli heca vəznli şeirin şifahi xalq 

poeziyasındakı  tarixi  daha  qədimdir.  Hənəfi 

Zeynallı  heca  vəzninin  xalq  poeziyasındakı 

təkamülündən  danışarkən  deyir:  “Demək,  ən  

ibtidai  vəzn  (heca  vəzni  S.P.)  yavaş-yavaş 

artmaqda  davam  edib  müəyyən  bir  nəzm 

şəklinə girmişdir.”

10

 



Şifahi  xalq  ədəbiyyatında  heca  vəznli 

şeirin  inkişafını  ilk  forma  və  şəkillər  kimi, 

mənzum 

atalar 


sözlərinin, 

mənzum 


                                                           

8

 Araz Dadaşzadə. XVIII əsr Azərbaycan lirikası, Bakı, “Elm” 



nəşriyyatı, 1980, səh.169 

9

 Ə.M.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi, I hissə. 



Bakı, “Maarif”, 1979, səh.142. 

10

 H.Zeynallı. Xalq ağız ədəbiyyatı. “Ədəbiyyatdan iş kitabı”, 



1928, səh.69. 


 

 

                 



33 

 

tapmacaların,  hətta  mərasim  nəğmələrinin 



timsalında  izləməyi,  araşdırmağı  daha 

məqsədəuyğun  hesab  etdik.  Topladığımız 

mənzum  atalar  sözləri  iki  hecalıdan  on  altı 

hecalıya qədər olan nümunələrdir. 

Yeri  düşmüşkən,  onu  da  qeyd  edək  ki, 

toplanmış  mənzum  atalar  sözləri    içərisində 

zərbi-məsəllər,  ideomatik  ifadələr,  tapma-

calar,  inamlar,  hətta  mərasim  nəğmələri, 

oxşamalar,  qarğışlar,  alqışlar  və  digər  bədii 

nümunələr də vardır. Onların atalar sözlərinə 

qarışmasının  bir  səbəbi  odur  ki,  onlar  bu  və 

ya  digər  şəkildə  öz  məzmununa,  mənasına, 

deyim  tərzinə  görə, atalar  sözləri ilə  səsləşir, 

daha  konkret  desək,  “ata  sözü,  ulu  sözü” 

təsiri  bağışlayır.  Bunlar  bir  də  ona  görə 

əhəmiyyətlidir  ki,  heca  vəznli  şeirin  inkişaf 

yollarını  araşdırmaqda  bizə  kömək  edir. 

Mənzum  atalar  sözləri  içərisində  çoxluğu 

yeddi  hecalı  və  qeyri-bərabər  hecalı  olanlar  

təşkil  edir.  Bu  isə  xalq  şeiri  içərisində 

çoxluğu təşkil edən bayatılarımızın, mənzum 

tapmaca  və  bayatı-bağlamaların,  qismən  də 

xalq düzgülərinin heca ölçüsü ilə uyğun gəlir. 

Bu 


mənzərədən 

aydınca  görünür  ki, 

tapmacalar bayatı-bağlamaların, bunlar da öz 

növbəsində  aşıq  şeirindəki  qıfılbəndlərin, 

atalar sözləri ustadnamələrin, cinaslı bayatılar 



 

 

                 



34 

 

isə  bir  yaradıcılıq  prosesi  olaraq  təcnislərin 



təşəkkülündə,  formalaşmasında  və  inki-

şafında bir qaynaq rolu oynamışdır. 

İşlənmə  yerinə  və  deyim  tərzinə  görə 

bəzən  atalar  sözlərinin  hecaları  dəyişir,  yəni 

hecalar  ya  artır,  yaxud  da  azalır    və  bu 

səbəbdən  də  eyni  atalar  sözləri  müxtəlif 

bölgülərə 

daxil 


edilməli 

olur. 


Xalq 

poeziyasında heca vəznli şeirin təşəkkülündə, 

formalaşmasında  və  inkişafında  mənzum 

tapmacalar  atalar  sözlərindən  az  əhəmiyyətli 

olmamışdır. 

Heca  vəznli  şeir  yazılı  ədəbiyyatımızdan 

çox-çox 

əvvəl  şifahi  xalq  ədəbiyyatı 

daxilində,  bizcə,  öz  təkamülünü  keçirmiş, 

inkişaf  etmiş  və  kamala  çatmışdır.  Yazılı 

ədəbiyyatımız əruz vəznini qəbul etdiyi üçün, 

heca  vəznli  şeir  şifahi  ədəbiyyatdan  yazılı 

ədəbiyyata  gələrkən,  yəqin  ki,  hər  zaman 

müqavimətə  rast  gəlmiş,  yeni  icad  olunmuş 

vəzn  kimi  görünmüş  və  bəzən  cılız  təsir 

bağışlamışdır.  Heca  vəznli  milli  şeirimizin 

tarixini  yazılı  poeziyamızla  müəyyən-

ləşdirmək  düz  olmaz.    Milli  heca  vəzninin 

yazılı  ədəbiyyatda  vətəndaşlıq  hüququ 

qazanması  qısa  zaman  daxilində  başa 

çatmamışdır.  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə