1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə16/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   12   13   14   15   16   17   18   19   ...   98

 

 

                 



69 

 

37.



 

 Bağ alma,bağlanarsan, 

Dağ alma, dağlanarsan. 

Qoyun al, yağlanarsan. 

 

38.


 

 Bəy evindən küt gəldi

Dalınca da it gəldi. 

 

39.



 

 Biz ümid olduq daza, 

Daz özün qoydu naza. 

 

40.



 

Bir vermə, bir də istər, 

Yatmağa yer də istər. 

 

41.



 

 Bildir gedən bildirçin, 

Hanı sənin bir qıçın. 

 

42.



 

Bağa bax, üzüm olsun

Yeməyə üzün olsun. 

 

43.



 

Bəxtini qozda sına, 

Oğulda, qızda sına. 

 

44.



 

 Bala dadı, bal dadı, 

Şirini şirindi, 

Acısı da bal dadı. 

 

45.


 

Bildir ölüb atası, 

Bu il çıxıb xatası. 

 

 




 

 

                 



70 

 

46.



 

Bişirdiyi yeyilməz, 

Danışdığı deyilməz. 

Yamadığı geyilməz, 

Tutduğu iş öyülməz. 

 

47.



 

  Balam,balam, bal dadır, 

  Balam adam aldadır. 

 

48.



 

Bülbül olmaz çəmənsiz, 

İnsan olmaz vətənsiz. 

 

49.



 

 Bir-birinin əksinə, 

İşlər gedir, tərsinə. 

 

50.



 

Bir tikə yağ içimi, 

Dağ elədi çəkimi. 

 

51.



 

Bulud altdan çıxan gün, 

Yaşmaq altdan çıxan dil. 

 

52.



 

Bağ saxla, bağlar səni, 

  Mal saxla, saxlar səni. 

 

53.



 

 Boz düzün quş əppəyi

Qoyunun qış əppəyi. 

 

54.



 

 Var əli-kərəm əli, 

Yox əli-vərəm əli. 

 

 




 

 

                 



71 

 

55.



 

Vardan verən Əlidi, 

Yoxdan verən dəlidi. 

 

56.



 

Verərsən, ətdən-mətdən, 

Vuraram, bərtdən-bərtdən. 

Verərsən, şordan-mordan, 

Vuraram, ordan-burdan. 

 

57.



 

Qar gəlirsə, var gəlir, 

Səbrin niyə dar gəlir? 

 

58.



 

 Qırmağa qozumuz var, 

Cırmağa bezimiz var. 

 

59.



 

Qonşu qonşuya baxar, 

Canını oda yaxar. 

 

60.



 

Qarnımdan çıxıb qada, 

Mən  kimə gedim dada? 

 

61.



 

Qurban olum zərgərə

Səni saldı pərgara. 

 

62.



 

Qurban olum boyuna, 

Məni saldı oyuna. 

 

63.



 

 Qazan qapaqsız olmaz, 

Armud saplaqsız olmaz. 

Keçəl papaqsız olmaz. 

 



 

 

                 



72 

 

64.



 

Qarğa görüb quş demə, 

Xəşil yeyib aş demə. 

 

65.



 

Qudurasan qurbağa, 

Gəlir məni vurmağa. 

 

66.



 

Qadın var-qan yatırar, 

Kişi var dəm yatırdar. 

 

67.



 

 Qarğa özün quş bilər, 

Umac özün aş bilər. 

 

68.



 

 Qızılquş əldə gəzər, 

Gözəl qız dildə gəzər. 

 

69.



 

 Qoturam, ay qoturam, 

Qoymurlar dinc oturam. 

 

70.



 

Qız, cehizin bitməsin, 

Ardıc göyün itməsin. 

 

71.



 

Qoca quyruq yedirər

Cavan yumruq yedirər. 

 

72.



 

Qız idim soltan idim, 

  Nişanlandım xan oldum. 

  Ərə getdim qul oldum, 

  Ayaqlara çul oldum. 

 

 




 

 

                 



73 

 

73.



 

  Dəyirman iki daşdan, 

  Məhəbbət iki başdan. 

 

74.



 

Dəmirdilər, misdilər, 

Hamısı bir cinsdilər. 

 

75.



 

 Dağarcıqda unları, 

Allah qırsın bunları. 

 

76.



 

 Düşmən səni daşınan, 

Sən düşməni aşınan. 

 

77.



 

  Dama-dama göl olar, 

Daşa-daşa sel olar. 

 

78.



 

Dərələrdən sel kimi

Təpələrdən yel kimi. 

Badeyi-sərsər kimi. 

 

79.


 

 Dana alan allanar, 

Dana satan pullanar. 

 

80.



 

Döyər, söyər ərim yox, 

Yel apardı, öyüm yox. 

 

81.



 

 Düzəlib hər yarağı, 

Qalıb saqqal darağı. 

 

82.



 

Ditdiliyə dül oldu, 

Xan Əhmədə qul oldu. 



 

 

                 



74 

 

83.



 

 Dadanmışdın dolmaya, 

O da bir gün olmaya. 

 

84.



 

 Daz-dazınan yatdığı, 

Daz  da şıllaq atdığı. 

 

85.



 

Danışıram söz olur, 

Danışmıram göz olur. 

 

86.



 

 Eşşək ağnar küllükdə, 

Nə ki, belə tünlükdə. 

 

87.



 

 El gəlmə baş aparar

Sel gəlmə daş aparar. 

 

88.



 

 Eniş-yoxuş, yol yaxşı, 

Yaxşı-yaman ər yaxşı. 

 

89.



 

 Ərim,  ərim ərisən, 

Çürüm, çürüm çürüsün. 

 

90.



 

 Əyri, düzü bəyənməz, 

Bu da bizi bəyənməz. 

 

91.



 

 Ələmə, ay ələmə, 

Məni vermə qələmə. 

 

92.



 

 Ər-arvadın savaşı,  

Yazla yayın yağışı. 

 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə