1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə15/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   11   12   13   14   15   16   17   18   ...   98

 

 

                 



64 

 

 



30.

 

 Kimisi aş yeyər



Kimisi daş yeyər. 

 

31.



 

Gəldin  yad ocağa, 

Salma dad ocağa. 

 

32.



 

Gəlini gərdəkdə, 

Uşağı bələkdə. 

 

33.



 

Övlad da vaxtında, 

Dövlət də vaxtında. 

 

34.



 

 Oğlan kamal ilə

Qızsa camal ilə. 

 

35.



 

Söz var- el içində, 

Söz var- ev içində. 

 

 



 

36.


 

Soydular, soydular, 

Soyxalara qoydular. 

 

37.



 

Sadəlik gətirər, 

Lovğalıq itirər. 

 

38.



 

Tutulmamış oğru, 

Xandan, bəydən 

doğru. 


 

39.


 

Toyunku oynamaq, 

Vayınkı ağlamaq. 

 

40.



 

Tayası yanan mən, 

Əli kösövlü sən. 

 

41.



 

Çatarsan vaxtıma, 

Çıxarsan taxtıma. 

 

42.



 

Buyur buyruğunu, 

Salla quyruğunu. 

 

 

 

 

 

 

 

 



 

 

                 



65 

 

                        Yeddihecalılar 

 

1.

 



Aşı bişirən yağdı, 

Gəlinin üzü ağdı. 

 

2.

 



Alan alıb aldadıb, 

Satan satıb pullanıb. 

 

3.

 



Ağ günüm, qara günüm

Hara yetsin, bu ünüm. 

 

4.

 



Ay daş atan bəxtəvər, 

Daşın da bir vaxtı var. 

 

5.

 



Artıq tamah daş yarar, 

Daş qayıdıb baş yarar.  

 

6.

 



Acıtmalı bozdamac,

19

 



Əlim xəmir, qarnım ac. 

 

7.



 

Artıq tamah baş yarar, 

Artıq tikə diş qırar. 

 

8.



 

Al da geysə yaraşır, 

Şal da geysə yaraşar. 

 

 



                                                           

19

 Bozdamac-  Şirvan zonasında çoban lavaşının, yuxa 



çörəyinin bir növüdür.  


 

 

                 



66 

 

9.



 

Analının özü çox, 

Anasızın sözü çox. 

 

10.



 

 Ağızlara söz oldum

Ayaqlara toz oldum. 

 

11.



 

Ay cüt gəzən bəxtəvər, 

  Heç demirsən tək də var. 

 

12.



 

 Ağlarsa anam ağlar, 

Qalanı yalan ağlar. 

 

13.



 

Aranda tutdan oldum

Dağda qurutdan oldum. 

 

14.



 

Arşın gətir, bez apar, 

Çuval gətir, qoz apar. 

 

15.



 

At ölər, meydan qalar, 

İgiddən ad-san qalar. 

 

16.



 

 Ayda-ildə xoş gəldin, 

Gündə-gündə nöş gəldin. 

 

17.



 

Ağ yudu qara sərdi, 

Bilmədi hara sərdi. 

 

18.



 

Ayranındır, şorundur, 

İndi növbə korundur. 

 



 

 

                 



67 

 

19.



 

Ağam bir xatın aldı, 

Davanı satın aldı. 

 

20.



 

 Ayda, ildə bir namaz, 

onu da şeytan qoymaz. 

 

21.



 

Ayranı yox  içməyə, 

Kür axtarır keçməyə. 

 

22.



 

Ayran tapmır içməyə, 

Nazla gedir çeşməyə. 

 

23.



 

Arvadı əri saxlar, 

Pendiri dəri saxlar. 

 

24.



 

Ağlama, cırtdan bala, 

Ağzı yoğurtdan

20

 bala. 



 

25.


 

Ağlayan göz yaş gətirər

Yeyən ağız aş gətirər. 

 

26.



 

Ağamız padar oldu, 

Yer, göy bizə dar oldu. 

 

27.



 

Arıq atda təpər çox, 

Yeriməyə hünər yox. 

                                                           

20

 Yoğurt – qərb dialektində “Kitabi-Dədə Qorqud” əsərində 



qatıq mənasında işlənir. 

 



 

 

                 



68 

 

 



28.

 

Arvadı özü saxlar



Pendiri duzu saxlar. 

 

29.



 

Adam var-eldən gedər, 

Adam var-evdən gedər. 

  

30.



 

 Aclıq nələr yedirməz, 

Toxluq nələr dedirməz. 

 

31.



 

 Bağ belə, bostan belə, 

Tağları şələ-şələ. 

 

32.



 

 Bağda ərik var idi, 

Salam Məlik var idi. 

Bağdan ərik qurtardı, 

Salam Məlik qurtardı. 

 

33.



 

  Balçının var bal tası, 

Odunçunun baltası. 

 

34.



 

Bəxtini narda sına, 

Sevdiyin yarda sına. 

 

35.



 

Bu kimin qızıdı, 

Almadan qırmızıdı. 

 

36.



 

 Bildik-yel dəyirmanı, 

Bəs bunun  suyu hanı? 

 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə