1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə11/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   7   8   9   10   11   12   13   14   ...   98

 

 

                 



45 

 

atalar  hər  şeyin  boyuna  görə  don  biçir.  Ona 



görə  də  bu  bədii  nümunələr  zaman-zaman 

yadda qalır. Məsələn: 

Dağın ucalığı daş ilə, 

İnsanın ucalığı baş ilə. 

Prof.  Qəzənfər  Paşayevin  çap  etdirdiyi 

Kərkük  folkloruna  aid  kitablarda  belə 

qiymətli örnəklərə sıx-sıx rast gəlirik.  

İraq-Kərkük  atalar  sözlərindən  gətirilən 

nümunələrdə  geniş  oxucu  kütləsinə  bəzi 

ifadələrin  çətinliyini,  arxaikliyini  nəzərə 

alaraq,  az  ehtiyac  olsa  da,  izahını  verməyi 

məqsədəuyğun  hesab  etdik.  Məbud  yağış 

allahı  nəzərdə  tutulur.  Məbud  yağış 

yağdırmasa,  Mahmud  neyləsin.  Çalı-kiçik 

kolluq,  yavuz-zülmkar,  Qaraman-Türkiyədə 

böyük  elatdı,  türkmən  köyləri  boy-boy  bu 

ərazidə  yerləşir.  Hənfiş-qətl  günü  başını 

imam 


yolunda 

yaran, 


çapan 

adam. 


Azərbaycanda  məşhur  olan  bayatı  aşığı 

Lələnin adının İraq-Kərkük atalar  sözlərində, 

bayatılarında,    eləcə  də,  başqa  folklor 

örnəklərində  sıx-sıx  çəkilməsi  də  maraq 

doğurur.  Əlbəttə,  bu,  başqa  tədqiqatın 

mövzusudur. 




 

 

                 



46 

 

Biz bundan çox əvvəl “heca vəznli şeir və 



mənzum 

ata 


sözləri” 

adlı  yazı  çap 

etdirmişik.

17

 



Tədqiqata  cəlb  etdiyimiz  mindən  artıq 

mənzum atalar sözlərindən doqquzu iki, otuz 

ikisi üç, səksən altısı dörd, yüz iyirmi səkkizi 

beş,  qırx  beşi  altı,  iki  yüz  otuz  beşi  yeddi, 

səksən  üçü  səkkiz,  otuz  səkkizi  doqquz, 

iyirmisi on, iyirmi beşi on bir, yeddisi on iki, 

beşi on üç, altısı on dörd, ikisi on beş, üçü on 

altı,  üç  yüz  on  altısı  isə  qeyri-bərabər  

hecalıya  (yəni  hər  beytdəki  misralarda 

hecaların  sayı  bərabər  olmayan)  aiddir.  Bu 

mənzərədən  aydınca  görünür  ki,  qeyri 

bərabər  hecalı  mənzum  atalar  sözlərinin  sayı 

daha  çoxdur.  Bizcə,  birinci  növbədə  bunlar 

nəsrlə  nəzm  arasında  körpü  rolu  oynayan, 

daha  doğrusu,  hələ  təkamülü  tam  başa 

çatmamış    nümunələrdir.  Eyni  zamanda, 

nəsrlə nəzmin qovşağında dayanan bu deyim 

tərzi  daha  təsirli  və  yadda  qalandır.  Yeddi 

hecalı  olanlar  öz  çoxluğuna  görə  az  və  çox 

hecalılardan  qat-qat  artıqdır.  Xalq  şeirinin 

daha  lirik,  oynaq,  kütləvi  nümunəsi  olan 

bayatılarla  ölçüləri  birdir.  Cəsarətlə  demək 

                                                           

17

 Sədnik Paşayev-Pirsultanlı. Heca vəznli şeir və mənzum ata 



sözləri, “Türk dünyası”, (sayı, Kasım, 1992). 


 

 

                 



47 

 

olar  ki,  bayatıların  daş-divarı,  doğrudan  da, 



atalar  sözləri  ilə  hörülmüşdür.  Üçüncü  yerdə 

beş hecalılar durur ki, bunların ölçüsü də xalq 

mərasimlərinin  heca  ölçüsünə  düz  gəlir. 

Doqquz və on hecalılar xalq düzgülərinə çox 

yaxındır.  On  bir  hecalı  saz  simli  aləti  ilə, 

yerdə qalan, on iki, on üç, on dörd, on beş və 

on altı hecalılar tarda ifa olunan qəzəllərə çox 

uyğundur. Sadəcə olaraq, dağ çayları dağdan-

daşdan  keçib  duru  bulağa  çevrildiyi  kimi, 

bunlar  da  əruz  vəzni  ilə  yox,  heca  vəzni  ilə 

qovuşmuşlar.  Mənzum  atalar  sözü  daxilində 

həmin  təkamül  və  inkişaf  bu  gün  də  bir 

yaradıcılıq prosesi olaraq davam etməkdədir.  

Ali  və  Orta  məktəblərdə  tədrisini  nəzərə 

alaraq, bu kitabda iki hecadan on altı hecaya 

qədər  mənzum  atalar  sözlərindən  daha  çox 

nümunələr    seçib  örnək  verməyi  məqsə-

dəuyğun hesab etdik. 



 

 

 

 

 

 

 

 

 


 

 

                 



48 

 

 



                MƏNZUM   ATA  SÖZLƏRİ 

 

 

Ikihecalılar  

 

1.

 



Az de, 

Düz de.  

 

 

      2.Doyur, 



 

Buyur.  


 

      3.Ya düz, 

 

Ya üz.  


 

      4.Yüz ölç, 

 

Bir biç.  



 

     5. Kor,kor, 

         Gör, gör.  

 

     6. Un yox, 



 

Su yox.  

 

     7. Xəngəl, 



 

Əngəl.  


 

     8. Un ver, 

 

Dən ver.  



 

 

 



Üçhecalılar 

 

 



 

1.Az getdi,  

   Üz getdi. 

   Qış getdi, 

    Yaz getdi.  

 

2.Alma maş, 



   Olmaz aş.  

 

3.Astadı, 



   Ustadı. 

 

 




 

 

                 



49 

 

4.Asta de, 



   Usta de.  

 

5.Az söylə, 



   Düz  söylə. 

 

6.Az danış, 



   Düz danış.  

 

7.Az  sözüm, 



   Düz sözüm.  

    Öz sözüm. 

 

8. Az dedim, 



    Üz dedim

    Düz dedim.  

 

9.Acıdır, 



   Bacıdır. 

   Başımın  

   Tacıdır. 

 

10.Bu meydan, 



   Bu şeytan.  

 

11. Pir olsun, 



       Bir olsun.  

 

12.Qız yükü, 



      Duz yükü.  

 

13.Qız gərək,  



      Tez gərək.  

 

14. Dağ nədi, 



      Bağ nədi.  

 

15. Düz başa, 



      Yüz yaşa.  

 

16. Dünən şeş, 



      Bu gün beş.  

 

17.Əsli “Hu”, 



      Nəsli “Hu”.  

 

18.Duz çörək, 



     Düz çörək.  

 

19. İt ola, 



      Küt ola.  

 

20.Yedin də, 



      Dedin də.  

 

 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə