1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə7/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   2   3   4   5   6   7   8   9   10   ...   98

 

 

                 



26 

 

zaman-zaman  şifahi  yolla  yaranması  və 



kütləviləşməsi ilə səciyyələnir.  

 

Xətai,  Vaqif,  Zakir,  Nəbati  kimi  yazılı 



ədəbiyyatımızın  görkəmli  nümayəndələri  nə 

üçün aşıq şeiri tərzində qoşma, gəraylı, hətta 

təcnislər yazıb yaratmışlar?  

 

Başlıca  səbəb  aşıq  şeirindən  istifadə 



yolu  ilə  farsdilli  şeirdən  uzaqlaşıb,  anadilli 

şeirə  qovuşmaq,  keçmək,  hazır  xalq  şeiri 

qəliblərinə 

yiyələnmək, 

aşıq 

şeirinin 



əsrlərdən  bəri  qazandığı  xəlqi  və  humanist, 

döyüşkən,  nikbin,  həssas  və  mütərəqqi 

keyfiyyətlərdən  faydalanmaq  istəyidir.  Bu 

həm  də  sənətkarların  doğulub  böyüdüyü  və 

yaradıcılığa 

başladıqları  ədəbi  mühitlə, 

ustadların yaradıcılıq yolunu təqdir və təsdiq 

etmək,  aşıq  şeiri  tərzində  qələm  sınamaq 

niyyətləri ilə də bağlıdır.  

 

Biz  qeyd  etdik  ki,    heca  vəznli  şeirin 



əksəriyyəti müəyyən bir çalğı aləti ilə əlaqəli 

yaranmışdır.  

 

Mənzum  atalar  sözlərində    şeiriyyəti 



yaradan  dilimizin  ahəng  qanunudur.  Həm  də 

Azərbaycan xalq şeirində səslər-kar səslərdən 

cingiltili  səslərə  doğru  inkişaf  edir.  Buna 

aşağıdakı atalar sözü misal ola bilər:  

 

Dınqır ələk, dınqır sac, 



 

Əlim xəmir, qarnım ac.  




 

 

                 



27 

 

 



 

Belə  mənzum  atalar  sözünün  sayını 

istənilən  qədər artıra bilərik. Telli  saz  çeşidli 

alətlərə  qədər  mənzum  atalar  sözü    və 

mənzum  tapmacalar  xalq  şeirimiz  üçün  bir 

başlanğıc,  özül  rolu  oynamışdır.  Sonrakı 

mərhələlərdə də atalar sözü və tapmacalar bir  

külll  halında  heca  vəzninin  inkişafında  fəal 

iştirak  etmişdir.  Azərbaycan  xalq  şeirinin 

hamısı  bütövlükdə  heca  vəzninin  inkişafında 

özünəməxsus yer tutmuşdur.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

                 



28 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

  




 

 

                 



29 

 

       Heca  vəznli mənzum atalar 



sözlərinin yeri  

 

Əsrlərin  sınağından  keçə-keçə  gələn 



atalar  sözü  və  məsəllər  xalq  müşahidəsinin, 

onun  xarakterinin,  fəlsəfi  dünyagörüşünün, 

məişətinin, 

əmək  məşğələsinin,  dilinin, 

obrazlı  təfəkkürünün  məntiqi  nəticəsi  kimi 

meydana  çıxır,  zaman-zaman  cilalanır, 

aforistik 

ifadələr 

hesabına  zənginləşir, 

yaşamaq  hüququ  qazanır,  bundan  sonra 

həyata ölməzlik vəsiqəsi alır. 

Atalar  sözü  xalq  kütlələrinin  gündəlik 

həyatı  və  fəaliyyəti  ilə  daha  çox  bağlıdır. 

Azərbaycan    atalar  sözlərinin  mövzu  dairəsi 

çox  genişdir.  Bunlar  xalqımızın  hərtərəfli 

həyatı  ilə  əlaqədar  yaranmış,  öz  inkişafını 

məişət prosesində istiqamətləndirmişdir.   

Atalar  sözü  insanların  həyatı  və  məişəti, 

əmək  fəaliyyəti  ilə  daha  sıx  bağlı  olan, 

formaca  kiçik,  mənaca  geniş  janrlardan 

biridir.  Burada    xalq  hikməti,  xalq  zəkası, 

xalqın  əsrlərdən  bəri  əldə  etdiyi  sınaq  və 

təcrübələrin  nəticələri  ümumiləşdirilir.  Ona 

görə  də  danışıq  dilində  ifadələrin  daha  canlı, 

sərrast  və  təsirli  olması  üçün  atalar 

sözlərindən istifadə olunur.  




 

 

                 



30 

 

Hər 



bir 

xalq 


bünövrədən 

öz 


dünyagörüşünə bağlı yaratdığı atalar sözlərini 

yazılmamış  müqəddəs  kitabın  ayələri  tək 

qavramışdır.  Hikmətli  ata  sözləri  timsalında 

xalq  öz  zəkasının  və  dilinin  ülviyyətinə, 

kəsərinə  sığınmışdır,  istənilən  gümandan, 

sualdan  azaddır.  Burada    fikir,  etik-əxlaqi 

tövsiyələr  dərin  daxili  inamla  qəbul  olunan 

pozulmaz qanundur.  

Atalar  sözləri  xalqın    dünyagörüşünün 

zamana,  zamanın  da    bəşər  övladına  verdiyi 

ibrət dərsinin hamı tərəfindən qəbul və təsdiq 

edilən  nəticəsidir.  Ona  görə  də  onun 

düzlüyünə  və  dəqiqliyinə  inam  güclüdür. 

Həmçinin,  atalar  sözləri  xalqın    düşüncə 

birliyinin təzahürüdür. Bir növ hər bir xalqın 

zehni inkişaf səviyyəsi, estetik duyumu onun 

folklorunda  cəmləşib  desək,  yanılmarıq. 

Məhz  buna  görə  də  atalar  sözləri  bəşər 

övladının  zehni  inkişaf  səviyyəsinin  etalonu 

hesab  olunur.  Atalar  sözləri  ən  ulu  sözdür. 

Bəlkə  də,  sözün,  səsin,  ünün  ululuğu  məhz 

onun    tərbiyəvi  dəyəri  ilə  ölçülür.  Hər  bir 

atalar  sözündə  bir  kitablıq  məna  xəzinəzi 

yatır.  


Bu  söz  sənətinin  daim  təzətər  qalmasına 

səbəb  onun  məna  cəhətdən  heç  vaxt 

köhnəlməməsidir. Fəlsəfi motivləri ilə seçilən 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə