1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə5/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   2   3   4   5   6   7   8   9   ...   98

 

 

                 



18 

 

haqqında  demək  çətindir.  Tapmaca  ilə 



bağlama-bayatıların  özlərinə  məxsus  bir  çox 

fərqli xüsusiyyətləri vardır.  

 

Bağlama-bayatılar,  hər  şeydən  əvvəl, 



bir  poetik  forma  kimi  tapmacalardan  fərqli 

olaraq  sənətkarlıqla  yaradılır.  Burada  heca 

vəzninin  bağlama-bayatılar  örtülü,  mübhəm, 

təzadlı  ifadə  və  fikirlərlə  dolu  olması  ilə  də 

seçilir. Burada fikir, mətləb bircə sözdə, sözlə 

söz arasında elə  gizlənə bilir ki, adam kiçik 

bir  bədii  parçanı  təhlil  edib  aydınlaşdırmaq  

üçün  bəzən  saatlarla,  günlərlə  vaxt  itirməli 

olur. Sözlərin  yaratdığı rənglər, lövhələr göz 

qamaşdırır,  heyrət  doğurur,  sadə  bir  fikir 

beyində mürəkkəbləşir, əsl mətləb cinaslarda, 

məcazlarda,  bədii  boyalar  içərisində  birdən-

birə yoxa çıxır, itir, batır,  tapılmaz olur.  

 

Lakin,  bağlama-bayatılar  nə  qədər 



çətin qurulursa, onu açmağa meyl, həvəs bir o 

qədər  güclü  olur,  insan  öz  zehnində  təbiəti, 

cəmiyyəti,  məişəti,  bir  sözlə,  onu  əhatə  edən 

aləmi araşdırır. Qəribə-qəribə nəticələrə gəlir, 

xəyalı  yaxını-uzağı  gəzir,  nəticəni  bildikdə 

isə  xalqın  dühasına,  müdrikliyinə,  bağlama-

bayatıların  necə  ustalıqla,  sənətkarlıqla 

yarandığına heyran qalmaya bilmir.  

 

Çox  zaman  epitetlər,  bədii  təsvir  



vasitələri təbiətdən  alınır, lakin  təbiətin  kiçik 


 

 

                 



19 

 

zərrəsi  belə  həmişə  cəmiyyətlə,  insanla 



əlaqədə, vəhdətdə verilir.  

Məsələn:  

 

Mən aşiq, qoyun dərdi, 



 

Çobanın qoyun dərdi.  

 

Bağban bir gül üzüncə, 



 

Çoban bir qoyun dərdi.  

  

 

Bu  bağlama-bayatı  “qoyun”    cinası 



üzərində  qurulmuşdur.  Birinci  misra  mətləbi 

açmağa  hazırlıq  görür,  ikinci,  həqiqətən, 

çobanın  qoyun-quzu  dərdindən,  qayğısından 

danışır. Üçüncü misrada mənanı açmağa açar 

verilir.  Belə  məlum  olur  ki, bağban    bağdan, 

güllükdən bir gül üzməmiş, çoban bir qoyun-

qoltuq,  bir  qucaq  gül  yığmışdır.  Burada  bir 

incə mətləb də var. Bağban gülü bir-bir üzür, 

hətta gülü üzməyə əli də gəlmir. Çoban isə nə 

varsa, tələm-tələsik dərməyə çalışır. 

 

Mən aşığam, buz bağlar, 



 

Qışda çaylar buz bağlar.  

 

Aşiq bir hikmət görüb



 

Od içində buz bağlar.  

 

İlk  misrada  qışda  çayların  buz 



bağlamasından 

söhbət 


gedir. 

Burada 


təəccüblü,  anlaşılmaz  heç  nə  yoxdur.  Əsrarlı 

görünən    “od  içində  buz  bağlayan”    nədir? 

Bunu  bilmək  üçün  ocaq  üstə  bişən  südün 



 

 

                 



20 

 

yavaş-yavaş    “buz  bağladığını”,  qaymaq 



tutduğunu öz gözlərinlə gərək görmüş olasan 

və  bədii  təxəyyülün  gücü  ilə  onu  obrazlı 

şəkildə  mənalandıra  biləsən.  Soyuduqca 

suyun  üzündə  buz  qalınlığı  kimi,  südün 

üzündə də qaymaq qat bağlayır. Bütün bunlar 

geniş  müşahidənin,  zəngin  biliyin  və  poetik 

təxəyyülün məhsuludur.  

 

Sarı  Aşıq  bu  bağlama-bayatıları  dərin 



müşahidələr əsasında yaradır. O, həm də elat 

həyatına  yaxşı  bələddir.  Yayda  camışlar 

günortadan  ta  axşam  sərininə  qədər  göldə 

yatışar.  Aşıq  da  baxır  ki,  göldə  yeddi  camış 

var.  Camışlardan  üçü  göyə  çəkilir,  yəni  göy  

çəmənə otlamağa gedir, dördü isə göldə qalır. 

Böyük  sənətkarlıq  qabiliyyəti  olan  Sarı  Aşıq 

bu  mənzərəni  seyr  edib  aşağıdakı  bağlama-

bayatını yaradır:  

 

Mən aşiqəm, bu göldə, 



 

Yeddi can var bu göldə.  

 

Üçü göyə çəkildi, 



 

Dördü qaldı bu göldə.  

 

 

Burda çaşqınlıq yaradan:  



 

Yeddi can var bu göldə. 

 

Üçü  göyə  çəkildi-misralarıdır.  Aşıq 



burada da “göy” ifadəsindən istifadə edir.  

Başqa bir misal:  




 

 

                 



21 

 

 



Mən aşiqəm, Qəmər hey, 

 

Harayladım Qəmər hey. 



 

Göydə bir madyan otlar

 

Altda qulun əmər hey.  



 

 

Birinci  beyt  aydındır.  Qəmər  ya  atın, 



yaxud  da  at  sahibinin-qadının  adıdır.  Burada 

müəmma kimi görünən ikinci beytdir:  

 

Göydə bir madyan otlar, 



 

Altda qulun əmər hey.  

 

 

Tam    anlaşılmazlıq  törədən  “göy” 



sözüdür.  İlk  nəzərdə  adama  elə  gəlir  ki, 

söhbət göydən, asimandan gedir, at da göydə-

asimanda otlayır. Lakin sonra məlum olur ki, 

at  göydə-yaşıl  çəməndə  və  ya  göy  zəmidə 

otlayır, qulunu da altında əmir.  

 

Elə bil ki, bu bağlama-bayatı yaradıcısı 



şeir yaratmır, sözlərdən rəng alıb lövhə çəkir, 

tablo yaradır. Bu cür bağlama-bayatılar təkcə 

adamı  düşündürmür,  eyni  zamanda,  ona 

bədii-estetik zövq verir.  

 

Sarı 


Aşıq 

antonimlərdən, 

cinas 

sözlərdən, xeyli aralı görünən fəsil adlarından 



istifadə  yolu  ilə  də  yaddaqalan,  mənası, 

məzmunu  olan,    heyrət  doğura  bilən, 

qarşısındakını  düşündürən  bağlama-bayatılar 

yarada bilmişdir:  




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə