1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə4/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   2   3   4   5   6   7   8   9   ...   98

 

 

                 



13 

 

 



Azərbaycan  tapmacaları  içərisində  də 

iki  belə  nümunəyə  rast  gəlirik.  Həmin 

tapmacalar da dodaq haqqındadır.  

 

Dəy, dəy, deyirəm dəyməz, 



 

Dəymə, dəymə deyirəm, dəyər.  

Yaxud:  

 

Gəl, gəl, deyərəm gəlməz, 



 

Gəlmə, gəlmə deyərəm gələr.  

 

Daha  bir  üçüncü  örnək  də  var  ki,  o 



təkcə  dodaqdəyməz  təcnisinin  başlanğıcı 

deyil,  həm  də  yanıltmacların  bəlkə  də 

cücərtisidir.  Əvvəlki  nümunələr  beyt-beyt 

düzümləndiyi halda, burada dördlük şəklində 

yaranmışdır.   

 

Nənəyə dəyməz, babaya dəyər, 



 

Xalaya dəyməz, bibiyə dəyər. 

 

Dəyənə dəyməz, dəyməzə dəyər, 



 

Allaha dəyməz, billaha dəyər.  

 

 

Bu,  dodaqdəyməz  şeir    növünün  ilkin 



forması deyil, bəs nədir? Folklor nümunələri 

sifarişlə  yaranmır,  onu  folklorun  öz  təbii 

axarı  yaradır.  Yazılı  ədəbiyyatda,  eləcə  də, 

aşıq  yaradıcılığında  çoxsaylı  nəsr  və  nəzm 

nümunələrinin  ilk  çeşnisi  bitib  tükənməyən 

folklor  xəzinəsindən  alınmışdır.  Əlbəttə, 

bunlar    filoloji  axtarışlar  və  təhlillərdir, 

dilçilik  baxımından  başlanacaq  araşdırmalar 




 

 

                 



14 

 

daha  yeni,  daha  gərəkli  nəticələr  əldə 



edəcəkdir. Kərkük folklorunda ata sözlərində, 

tapmacalarda bənzəri olmayan ifadələr, rəng-

rəng  bədii  çalarlar    var  ki,  onların    yanından 

ötəri bir nəzərlə keçmək olmur.  

Xurma ağacı haqqında:  

 

Uzun-uzun uzanı, 



 

Gəlin kimi bəzəni.  

Körpü haqqında:  

 

Ayağından su içir, 



 

Üstündən gələn keçir.  

Nar haqqında:  

 

Yumru-yumru yuvası, 



 

Yüz əllidi balası.  

 

Qulaq  qafiyəsindən  düzəldilərək  dəyirman 



daşı haqqında:  

 

Gedər-gələr yerində, 



 

Altun kəmər belində. 

 

Gecə-gündüz yol gedər



 

Yenə durub yerində.  

 

 

 



Tapmacada 

dil 


aydınlığı 

var, 


anlaşıqlıdır, mücərrədlikdən uzaqdır, dil, fikir 

qəlizliyi  yoxdur.  Kərkük  tapmacalarının  əsl 

məziyyəti də bundadır.  

 

 




 

 

                 



15 

 

 



Ağ atımı nalladım, 

 

İstanbula yolladım.  



 

 

 



(məktub) 

 

Ağaclardan seçilir,  



Ayda bir don biçilir.  

Bircə il səpiləndə, 

Yeddicə il biçilir.  

 

 



(yonca) 

 

Ağzı aşağı, tökülməz, 



Qırağı çəpər, sökülməz.  

 

 



 

(göz) 


 

 

Aşağıdakı    mənzum  tapmacada  şirin 



bir yumor da var.  

 

Ataram yatmaz, 



 

Palçığa batmaz.  

 

And içibdir ki,  



 

Piyada getməz.  

 

 

(səhəng) 



 

 

Doğrudan 



da, 

səhəng 


qızların, 

gəlinlərin  belində,  çiynində  bulağa  gedib-

gəlir. Burada bədii bir lövhə də var. Professor 

Qəzənfər  Paşayev  İraq-Türkmən  folklo-

rundan  Azərbaycana  bir-birindən  qiymətli 

xalq ədəbiyyatı örnəkləri gətirmişdir. Bunları 




 

 

                 



16 

 

dərindən-dərinə  incələmək,  gəncliyə  çatdır-



maq,  onu  sevdirmək  alimlərimizin  vətən-

daşlıq borcudur.  

 

Tapmacalar    bağlama-bayatılar  ara-



sında boy verən minarələr, bağlama-bayatı və 

qıfılbənd-qoşma deyişmələrinin yol ayrıcında 

maraqlı  bir  xalq  poeziyası    nümunəsidir.  “A 

mini-mini,  minarə”    deyə-deyə,  tərəf  müqa-

billər söz döyüşünə girirlər. Bu daha çox qız-

oğlan deyişmələri şəklində göstərilir.  

Qız:  

 

-Necədir, ha necədir, 



 

Gündüz deyil gecədir.  

 

Səndən bir xəbər alım, 



 

Göydə ulduz neçədir?  

Oğlan:  

 

-Hanaram, ha hanaram, 



 

Eşq oduna yanaram. 

 

Sən pilləkən qurdursan, 



 

Mən də çıxıb sanaram.  

  

 

Tapmacaların  hər  biri  insanı  düşün-



dürən,  duyğulandıran  bitkin  bir  əsərdir. 

Aşağıdakı nümunə bağlama-bayatıya bənzəsə 

də,  mənzum  tapmaca  olaraq,  ondan  seçilir. 

Burada müraciət, deyim tərzi başqa cür olur.  

  

Ay doğdu, ha ay doğdu



 

Göydən yerə nur yağdı. 




 

 

                 



17 

 

 



Anası Beşikdəykən, 

 

Qızı bir oğlan doğdu.  



 

 

 



Mənzum 

tapmacalarla 

bağlama-

bayatılar  daha  çox  deyim  tərzinə,  ifadə 

seçiminə  görə  fərqlənirlər.  Burada    insanı 

çaşdıran  beşikdi.  Əslində  də  belədir:  qızın 

anası  Ağdamın  Beşik  kəndində  olarkən  qızı 

öz  evlərində,  başqa  kənddə  bir  oğlan  doğub. 

Bu məzmunda tapmacalar bayatı-bağlamalara 

çox meyllidir.  

 

Tapmacanı  açmaq  üçün  zəngin  biliyə, 



geniş  məlumata  sahib  olmaq  tələb  olunur. 

Yer  və  Göy  haqqında,  torpağın  faunası,  

florası  haqqında  zəngin  məlumatın  olduğu 

kimi, coğrafi məkanları da yaxşı bilməlisən.  

 

Bir  yaradıcılıq  prosesi    olaraq 



tapmacalardan 

sonra 


bağlama-bayatılar 

formalaşıb  yaranmışdır.  Məzmunu,  yəni 

köynəyi  tapmaca,  forması  bayatı  olan 

bağlama-bayatılara,  ona  görə,  eyni  zamanda, 

tapmaca-bayatı da deyilir.

4

  



 

Tapmacalar    sadə,    uşaqların    yaş 

psixologiyalarına  uyğun  bir    tərzdə  qurulur. 

Lakin,  eyni  sözləri,    bağlama-bayatılar 

                                                           

4

 Sədnik Paşa Pirsultanlı. “Heca vəznli tapmacaların inkişafı”.  



Gəncə, “Agah”-2001.  


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə