1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə3/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   2   3   4   5   6   7   8   9   ...   98

 

 

                 



 

böyük inkişaf prosesi keçmişdir. Yeddi hecalı 



olanlar  öz  kütləvi  nümunəsi  olan  bayatılarla 

ölçüləri birdir.  

 

Min  misradan  artıq  atalar  sözlərini 



araşdırdıqda aydın olur ki, burada heca vəznli 

şeirə məxsus qafiyə sistemi (daxili, ön və son 

qafiyələr),    bölgülər,  rədiflər,  ahəngdarlıq, 

məntiqi vurğu, intonasiya, ritm  və digər ölçü 

vahidləri yerli yerindədir. 

1

 



 

Xalq  poeziyası  daxilində  püxtələşən 

mənzum atalar sözlərinin azhecalı, çoxhecalı, 

qeyri-bərabər 

hecalı  olması  məzmuna, 

mənaya,  fikrə  tam  uyğun  olur,  bu  da  onun 

təsirini,  şeiriyyətini  artırır,  uzun  müddət 

yaddaşda  qalmasına  və  yaşamasına  kömək 

edir.  Özünün  ictimai  gücə  malik,  müstəqil, 

kamil  bir  janr  olduğunu  çoxdan  təsdiqləmiş 

mənzum  atalar  sözləri,  yazılı  ədəbiyyatda 

böyük  şöhrət  qazanmış,  əsərlərdə  özül 

yerində işlədilmişdir.  

 

Tapmacaya  türklər  bilməcə  deyir. 



Lakin, 

bilməcə 


ilə 

tapmacanın  bizim 

folklorumuzda  fərqi  var.  Tapmaca  uşaqlar 

üçün 


yazıldığı 

halda, 


bilməcələrdən 

                                                           

1

 Sədnik Paşa Pirsultanlı,  “Heca vəznli şeir və mənzum atalar 



sözləri”,  Gəncə-2001. “Əsgəroğlu”  nəşriyyatı. Səh.14.   


 

 

                 



10 

 

diplomatiyada  və  iki  sevgili  arasında  əqli-



mahiyyəti öyrənməkdə istifadə etmişlər.  

 

Nizaminin  “İsgəndərnamə”sində  belə 



bir  bilməcədən  istifadə  edilmişdir.  Dara 

İsgəndərə  bir  çuval  küncüt    göndərir. 

İsgəndər  isə  quşlarını  buraxıb  küncütü 

dənlətdirir. Dara demək istəyirdi ki, qoşunum 

küncüt  kimi  sayılmazdır.  İsgəndər  də  əyani 

şəkildə  sübut  etdi  ki,  onu  qoşunuma  bir-bir 

dənlətdirərəm.  

 

Bilməcələrdən 



qədimlərdə 

təkcə 


diplomatiya    sahəsində  deyil,  eyni  zamanda, 

sevgi, 


məhəbbət  aləmində 

də 


istifadə 

olunmuşdur.  Onu  da  bilmək  lazımdır  ki, 

bilməcələr nəsrlə olur. Nizaminin bilməcələri 

nəzm  şəklində  qələmə  alması,  onun  şair 

səlahiyyətidir.  Lakin,  bilməcələr  nağıl  və 

rəvayətlər daxilində nəsrlədir.  

 

Kərkük nağıllarında da bilməcələrə rast 



gəlinir.  Kərkük  nağılları  həcmcə  kiçik 

olduğundan bəzən bir nağıl elə bilməcə ilə də 

tamamlanır.  “Yola  nərdivan  ataq”    adlı 

Kərkük  nağılı  buna  misal  ola  bilər.  Nağılın 

qısa süjeti belədir: 

 

...Bir  qoca  ilə  gənc  yol  yoldaşı  olur. 



Cavan deyir: 

 

-Əmi, gəl yola nərdivan ataq.  




 

 

                 



11 

 

 



Qoca  bir  şey  başa  düşmür.  Onlar 

biçilməmiş bir zəmiyə çatırlar. 

 

-Əmi,  bu  əkinin  məhsulu  yeyilib,  ya 



qalır?  

 

Qoca  pərt  olur.  Necə  yəni,  biçilməmiş 



məhsul necə yeyilir?  

 

Bir  az  getdikdən  sonra  görürlər  ki, 



qarşıdan bir dəstə adam cənazə gətirir. Oğlan 

deyir:  


 

-Əmi,  görəsən  tabutdakı  ölüdür,  yoxsa 

diri?  

 

Qoca deyir:  



 

-Sənin sualların məni bezdirdi.  

 

Kişinin  bir  ağıllı  qızı  vardı.  Qoca 



gördüklərini qıza danışdı. Qız dedi:  

 

-Ata,  o  oğlan  böyük  ağıl  sahibidir.  O, 



yola  nərdivan  ataq  deməklə,  yəni  söhbət 

edək,  yol  bitsin-deyib.  İkincidə,  zəminin 

məhsulu  yeyilib  ya  durur.  Əgər  sahibi  borc 

alıb  yeyibsə,  məhsul    onun  deyil,  almayıbsa 

məhsul özünə qalacaq deyib. Üçüncüdə, əgər 

tabutdakı  ölünün  yurdunda  övladı  qalıbsa, 

ölməyib, 

yox,  qalmayıbsa,  ölüb-demək 

istəyib.  

 

Qız      on  iki  əppək  (çörək),  otuz 



yumurta  bişirib,  atası  ilə  oğlana  göndərdi. 

Kişi çörəkdən və yumurtadan yolda yemişdi. 




 

 

                 



12 

 

Oğlan açıb gördü ki, bağlamada on bir çörək, 



iyirmi yeddi yumurta var.  

 

Oğlan dedi: 



 

-Əmi,  iliniz  on  bir  ay,    ayınız  iyirmi 

yeddi gündür?  

 

Kişi 



mat-məəttəl 

qalıb 


oğlanın  

dediklərindən  bir  şey  başa  düşməyərək  geri 

dönür  və  baş  verənləri  olduğu  kimi  qızına 

danışdı. Qız atasına dedi:  

 

-Baba, sən yolda bir çörək, üç yumurta 



yemisən.  

 

Qız  oğlanı  çağırtdırıb  tanış  oldu, 



ağılları  üst-üstə  düşdüyündən  bir-birlərini 

sevdilər və evləndilər.

2

 

 



Tapmacaların 

təbii 


axarında 

da 


dodaqdəyməz təcnisin çox sadə, lakin təbii və 

gözəl  bir  nümunəsi,  daha  doğrusu,  bu 

nümunənin 

ibtidai 


forması 

meydana 


çıxmışdır.  Dodaq  haqqında  düzəldilmiş 

tapmaca belə şəkillənmişdir.  

 

Nənəyə dəyməz, babaya dəyər, 



 

Xalaya dəyməz, bibiyə dəyər.

3

 

 



                                                           

2

 Azərbaycan folkloru antologiyası. (İraq-Türkmən cildi). Bakı-



1999. Səh. 346-347.  

3

 Qəzənfər Paşayev  “Kərkük tapmacaları haqqında ”  



(müqəddimə),  Kərkük tapmacaları (toplayanı və tərtib edəni 

Qəzənfər Paşayev),  Gənclik, Bakı. Səh.6-7.  




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə