1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə9/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   5   6   7   8   9   10   11   12   ...   98

 

 

                 



35 

 

Atalar  sözlərinin  elə  kamil  formaları  var 



ki,  onlar  şeirin  bütün  texniki  tələblərinə  tam 

cavab  verir.  Bunlar  yazılı  ədəbiyyata,  o 

cümlədən  Nizami,  Nəsimi,  Füzuli,  Xətai, 

Vaqif  kimi  sənətkarların  yaradıcılığına,  heç 

şübhəsiz,  təsir  etməyə  bilməzdi.  Xalq 

ədəbiyyatı  dili,  şeiri,  tarixi,  etnoqrafiyanı, 

milli  mədəniyyətimizə  bağlı  nə  varsa 

hamısını özündə yaşadır. 

Əslində şeir vəzni mənsub olduğu xalqın 

dilinin  daxili  ahəng  qanunun  tələblərinə 

uyğun  olaraq  yaranır.  Ritmli-musiqi  bölgüsü 

olan  Azərbaycan  xalq  şeiri  qanunauyğun 

olaraq  azhecalılıqdan  çoxhecalılığa  doğru 

inkişaf  etmişdir.  Mənzum    atalar  sözləri 

içərisində heca vəzninin canı olan qoşma aşıq 

şeirinin  varlığını  müəyyən  edən  on  birliklər 

müqayisədə  yox  dərəcəsindədir.  Min  misra 

mənzum  atalar  sözlərinin  vur-tut  iyirmi  beşi 

on  bir  hecalı  olanlarıdır.  Deməli,  on  birlik 

şeirin inkişafına təkan və rəvac verən saz  və 

aşıq olmuşdur.  

“Kitabi-Dədə  Qorqud”  kimi  ölməz  ədəbi  

abidəmizdəki,  eləcə  də,  son  illər  ana  dilində 

çapı  təmin  edilmiş  “Oğuzanmə”lərdəki 

nümunələr  bir  daha  təsdiq  edir  ki,  mənzum 

atalar  sözləri  heca  vəzninin  təkamülündə, 




 

 

                 



36 

 

formalaşmasında  və  inkişafında  əvəzsiz 



qaynaq  rolu oynamışdır. 

 Xalq  poeziyası  daxilində  püxtələşən 

mənzum  atalar  sözlərinin  çox  təbii  qafiyə 

sistemi  vardır.  Mənzum  atalar  sözlərinin 

azhecalı,  çoxhecalı,  qeyri-bərabər  hecalı 

olması  məzmuna,  mənaya,  fikrə  tam  uyğun 

olur,  bu  da  onun  təsirini,  şeiriyyətini  artırır, 

uzun 


müddət 

yaddaşda  qalmasına  və 

yaşamasına kömək edir. Özünün ictimai gücə 

malik,  müstəqil,  kamil  bir  janr  olduğunu 

çoxdan  təsdiqləmiş  atalar  sözləri,  yazılı 

ədədbiyyatda 

böyük 

şöhrət 


qazanmış 

əsərlərdə özüldaş yerində işlədilmişdir. 

“Heca vəznli şeir və mənzum ata sözləri” 

mövzusunu  araşdırarkən  folklorşünas-alim 

Qəzənfər Paşayevin əsərlərinə baş vurduq.

11

 



Ona  görə  ki,  bu  tanınmış  alimin 

tədqiqatlarının  coğrafiyası  çox  genişdir. 

Professor  Qəzənfər  Paşayev  İraq-Kərkük 

dünyası  və  folkloru  haqqında  bir-birindən 

                                                           

11

  “Kərkük  bayatıları”  (1968,  xalq  şairi  Rəsul  Rza  ilə),  “Arzu-



Qəmbər”  dastanı  (1971),  “Kərkük  mahnıları”  (1973),  “İraq-

Kərkük atalar sözləri” (1978), “Altı il Dəclə-Fərat sahillərində” 

(1985-87), 

“İraq-Kərkük 

bayatıları” 

(1984), 


“Kərkük 

tapmacaları”  (1984),  “Kərkük  folkloru  antologiyası”  (1984), 

təkrar  nəşri  1990.  “Azərbaycan  folkloru  antologiyası”  (İraq-

Türkmən  cildi,  Bakı,  1999)  (Ə.Bəndəroğlu  ilə  birgə),  “İraq-

Türkmən folkloru” (İstanbul, 1998). 



 

 

                 



37 

 

qiymətli  əsərlər  yazmışdır.  Bu  əsərlərdə 



türkdilli  xalqların  müştərək,  həm  də  qədim 

dastanı olan “Arzu-Qəmbər”in mükəmməl və 

əski  variantlarına  da  rast  gəlirik.  Eyni 

zamanda,  özü  ilə    bərabər,  İraq-Kərkük 

tədqiqatçılarının,  o  cümlədən,  Əta  Tərzibaşı, 

Əbdüllətif  Bəndəroğlu  və  İbrahim  Daquqi 

kimi  alimlərin  də  bu  dastan  haqqında  elmi 

mülahizələrinə geniş yer verir.  

Qəzənfər  Paşayevin  əsərləri  Azərbaycan-

İraq-Kərkük  arasında  mənəvi  bir  körpüdür. 

Bu  mülahizəni  türk  alimi  Mahir  Naqib  daha 

dəqiq şəkildə göz önünə gətirərək yazır: 

“Q.Paşayev,  İraq  dışında,  İraq  türkləri 

konusunda  (mövzusunda)  kitab  nəşr  edən  və 

İraqlı olmayan ilk elm adamdır”

12



İraq-Türkman  tədqiqatçısı    Əbdüllətif 

Bəndəroğlu    “Şah  əsər”  adlandırdığı  Qəzən-

fər 

Paşayevin  “İraq-Türkman  folkloru” 



monoqrafiyası  haqqında  yazır:  “Bu  günə 

qədər  bizdə  İraq  türkmanlarında,  Türkiyədə 

və  Azərbaycanda  folklorumuzun  bu  biçimdə 

                                                           

12

 Prof. Mahir Naqib, Erçiyes Universiteti, Qayseri, 1996. (Bax: 



Qəzənfər Paşayev. İraq-Türkmən folkloru). İstanbul 1998 )ön 

söz, səh.3). 




 

 

                 



38 

 

tədqiqi,  incələməsi  və  araşdırması  olma-



mışdır”.

13

 



Bir  neçə  ildir  ki,  “Qəzənfər  Paşayev  və 

folklor  təfəkkürü”  adlı  elmi  əsər  üzərində 

işləyirəm.  Çoxşaxəli  bu  əsərin  bir  qanadı 

haqqında  söz  açmaq  istəyirəm.  Folkloru-

muzun  kütləvi  janrlarından  biri  olan  atalar 

sözləri  haqqında  professor  Qəzənfər  Paşayev 

yazır:  “Atalar  sözləri  onu  yaradan  xalqın 

tarixini,  inam  və  etiqadını,  arzu  və  istəyini, 

dostluq  və  sədaqətini  özünə  xas  bir  şəkildə 

əks  etdirən  müstəsna  dəyərə  malik  bir 

xəzinədir.  Bu  xəzinədə  uzaq  keçmişlərlə 

bağlı  hadisələrə,  adət  və  ənənələrə,  hətta, 

unudulub  getmiş  tarixi  həqiqətlərin  güclə 

sezilə bilən izlərinə belə təsadüf olunur.

14

 

Mənzum  atalar  sözlərinin  heca  vəzninin 



inkişafında rol oynadığına diqqəti çəkən prof. 

Qəzənfər  Paşayev  yazır:  “Ata  sözləri  və 

deyimlərin  çox  əksəriyyəti  rədifi,  qafiyəsi 

baxımından şeir parçalarını xatırladır”.

15

 

                                                           



13

 Qəzənfər Paşayev “İraq-Türkman folkloru”, Yazıçı, Bakı, 

1992, müqəddimə əvəzi “Şah əsər”, səh.4. 

14

 İraq-Kərkük atalar sözləri (toplayanı və tərtib edəni Qəzənfər 



Paşayev), Bakı, Yazıçı, 1978. Bir neçə söz, səh.3 

15

 Prof. Dr. Qəzənfər Paşayev, İraq-Türkmən folkloru, İstanbul, 



1998, səh.211-212. 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə