1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə10/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   6   7   8   9   10   11   12   13   ...   98

 

 

                 



39 

 

Atalar  sözlərini  bir  xəzinə  hesab  edən 



tədqiqatçı  İraq-Türkman  şair  və  yazarlarının 

tarixən  bu  qaynaqdan  faydalandıqlarını 

diqqət  mərkəzinə  çəkərək  yazır:  “Klassik-

çağdaş  İraq-Türkman  şair  və  yazarları,  əsər 

yazarkən 

çox 


sayda 

ata 


sözləri 

və 


deyimlərdən faydalanmışlar”.

16

 



Prof.  Qəzənfər  Paşayevin  toplayıb  tərtib 

etdiyi  “İraq-Kərkük  atalar  sözləri”  (1978),  

“Kərkük  folklor  antologiyası”  kitablarında  

(1987)  çoxsaylı  atalar  sözləri  içərisində,  çox 

nadir mənzum atalar sözlərinə rast gəlirik ki, 

onların  heca  vəzninin  təşəkkül,  təkamül  və 

inkişafında  müstəsna  rol  oynadıqlarını  aydın 

görürük.  

Azərbaycan  mənzum  atalar  sözlərinə 

əsərdə  geniş  yer  verdiyimizi  nəzərə  alaraq, 

İraq-Kərkük  mənzum  atalar  sözlərinin 

nümunə  kimi  verilməsinə  daha  böyük 

əhəmiyyət veririk. 

Üçhecalı  mənzum  atalar  sözlərindən 

başlayıb,  onhecalıya  qədər  nümunə  veririk. 

Çalışacayıq  ki,  daha  az  eşitdiyimiz  İraq-

Kərkük  folkloru  örnəklərini  göz  önünə 

gətirək: 

 

                                                           



16

 Yenə orada, səh.221. 




 

 

                 



40 

 

                 Üçhecalı: 



Ver niyaz, 

Al muraz. 

 

Dördhecalı: 

İnsan bəşər, 

Bəzən çaşar. 

       *** 

Əqil harda, 

Dövlət orda. 

       *** 

Nə vaxt yağmış, 

O vaxt qış. 

 

Beşhecalı: 

Verməsin Məbud, 

Nə etsin Mahmud. 

         *** 

Quyu dərindi, 

Suyu sərindi. 

 

Altıhecalı: 

Yığdı qırpa-qırpa, 

Verdi acı turpa. 

         *** 

Calıda gül bitməz, 

Cahilə söz yetməz. 

         *** 



 

 

                 



41 

 

Nə yavuz ol-asıl, 



Nə miskin ol-basıl. 

 

Eyni  hecada  daxili  qafiyəli,  rədifli 



mənzum atalar sözləri: 

 

Nə molla evindən aş, 



Kor gözdən yaş çıxmaz. 

 

Dərya dalğasız, 



Qapı halqasız olmaz. 

          *** 

Xatundan Paşa, 

Ağacdan  maşa olmaz. 

 

 

Yeddihecalı: 



Dövlətinin düşkünü, 

Yazlıq geyər qış günü. 

             *** 

Lələm deyər avam ol, 

Şəri başdan qovan ol. 

             *** 

Addım-addım yol olı, 

Damla-damla göl olı. 

             *** 

Qaramanın qoyunu, 

Sonra çıxar oyunu. 



 

 

                 



42 

 

             *** 



Yoldaş tanı yola var, 

Yolda yüz min bəla var. 

              *** 

İldən-aydan bir namaz, 

O da  haqqa yaramaz. 

   


*** 

Qarpız yeyən qurtuldu, 

Qabuq yeyən tutuldu. 

 

Səkkizhecalı: 

Əgər dərviş, əgər hənfiş, 

Ağca ilə bitər iş. 

             *** 

Bez alırsan Mosuldan al, 

Qız alırsan əsildən al. 

 

On beşhecalı: 

Versə el gətirər, sel gətirər, yel gətirər, 

Alırsa el aparar, sel aparar, yel aparar. 

 

On, on bir hecalı mənzum atalar sözlərinə 



qeyri-bərabər  ölçülü  nümunələr  içərisində 

rast  gəlinir.  Qeyri-bərabər  ölçülü  atalar 

sözləri  azhecalılıqdan  çoxhecalılığa  doğru 

davam  etməklə,  daha  ahəngdar  və  oynaqdır, 

sayı da qismən çoxdur. 

 



 

 

                 



43 

 

Varsa hünərin, 



Hara getsən var yerin. 

   


*** 

Nə bahardı, nə də küz, 

Hardan gəldi bu nərgiz. 

            *** 

Söyüd ağacından bar, 

Nə də arsızdan ar. 

           *** 

Bir əlin nəsi var, 

İki əlin səsi var. 

   


*** 

Axmaq adam dünyaçin qəm yeyə, 

Mövlam bilir kim qazana kim yeyə. 

   


*** 

Əkmək eldən, su göldən. 

   

*** 


Dostun əskisi, 

Arvadın yengisi. 

           *** 

Görməmiş gördü gümüş, 

Oldu qudurmuş. 

 

İraq-Kərkük 



mənzum 

ata 


sözləri 

içərisində elələri var ki, öz bədii tutumuna və 

dəyərinə  görə,  obrazlılığına  görə  folklor 

təfəkkürünün  ən  nadir  incisi  kimi  insanı 

heyran qoyur. Məs: 



 

 

                 



44 

 

 



Nə bahardı, nə də küz, 

Hardan gəldi bu nərgiz? 

 

Məlumdur  ki,  nərgiz  çiçəyi  yazda,  bir  də 



küzdə-payızda  bitir.  Ümumiyyətlə,  bəzi  gül 

və  çiçəklər  küzdə-payızda  alsın  otu  kimi 

özünü  təkrarlayır.  Lakin  Kərkük  folklorunun 

tanıdığı  “nərgiz”  nə  yazda,  nə  də  payızda 

gəlmiş,  ilin  hansı  fəslindəsə,  qəflətən  gəlmiş 

və  onu  görənləri  heyrətdə  qoymuş,  zövqünü 

oxşamış,  gözəllik  rəmzi  kimi  könüllərdə 

bitmişdir. Və yaxud: 

 

Dövlətinin düşkünü, 



Yazlıq geyər qış günü. 

 

Bu ata sözünün məzmunu bir yana, ikinci 



misradakı  deyim  tərzi  nə  qədər  yeni  və 

orijinal  görünür.    Bizdə  “yazlıq  buğda” 

ifadəsi  var.  “Yazlıq  geyər  qış  günü”  deyimi, 

ümumiyyətlə,  bu  ata  sözündə  çox  mənalı 

səslənir. Məlum olur ki, dövlətli bir adam adi 

geyimini belə bilmir. Qışda yaz paltarı geyir. 

Müdrik babalar  öz  fikrini  daha obrazlı,  daha 

təsirli  demək  üçün  özünəməxsus  deyim 

tərzindən  bacarıqla,  yaradıcı  şəkildə  istifadə 

edir. Xalq, xalq  müdrikləri, ata sözü  yaradan 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə