1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə6/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   2   3   4   5   6   7   8   9   ...   98

 

 

                 



22 

 

 



Mən aşiqəm, gələn yaz, 

 

Al əlinə qələm, yaz. 



 

Aşı Payız bişirdi, 

 

Yağın tökdü Gələnyaz.  



 

 

Burada  müəmma  Payız  və  Gələnyaz 



adlı  qızların  adlarının  misralarda  xüsusi  bir 

tərzdə  işlədilməsi  yolu  ilə  yaradılmışdır. 

Bağlama-bayatını 

araşdırdıqda 

asanca 

anlaşılır ki, Payız adlı qız aşı bişirmiş, yağını 



isə Gələnyaz adlı qız tökmüşdür.  

 

Can  evi  tapmaca,  köynəyi  bayatı  olan 



hər tapmacaya bağlama-bayatı demək olmaz. 

Bağlama-bayatılar 

cinaslarla 

qurulduğu 

halda,  o  biri  bayatı  şəkilli  tapmaca  sadə  bir 

şəkildə qurulur.  

 

Açsan min-min kitabı, 



 

Tapammazsan savabı.  

 

Sümükdən şiş görmüşəm, 



 

Qızıldandı kababı. 

 

 

Açması:  qızın  sümük  barmağı  şiş,  üzüyü  isə 



qızıldan kabab.  

 

Dilin  qızıl  söz  külçəsi  olan  bayatılar, 



əsrlərdən  bəri  saza  yoldaşlıq  edən  qoşmalar 

haqqında  geniş  tədqiqat  əsərləri  yazılacaq, 

onların  şifahi  və  yazılı  poeziyamızda  heca 

vəznli 


şeirimizin 

inkişafında 

necə 



 

 

                 



23 

 

əhəmiyyətli  rol  oynadıqları  genişliyi  ilə 



açıqlanacaqdır.  

 

Bir  yaradıcılıq  prosesi  olaraq,  heca 



vəzninin  formalaşmasında  mənzum  atalar 

sözü  mənzum  tapmacalar,  tapmaca-bayatılar, 

bağlama-bayatılar  özünəməxsus  əhəmiyyət 

daşımışdır. Bununla belə heca vəznli şeirdən 

söz düşəndə 11 hecalı milli şeirimiz-qoşğu və 

qoşmalarımız nəzərimizə gəlir. 

 

Əmin  Abid əsl heca vəzninin (əlbəttə, 



o burada  on bir hecalı şeiri-qoşmanı nəzərdə 

tutur)  formalaşmasını  telli  çalğı  alətində 

(sazda)  görür.  Əmin Abid yazır: “Bizdə  əsl 

hecanın inkişafı məhşur xalq şairi Kərəmdən 

sonradır.  Əsərləri  hər  kəsə  məlum  olan 

Kərəm  ilə  Anadolunun  yetişdirdiyi  Qaraca-

oğlan,  Aşıq  Ömər,  Gövhəri,  Dərdli,  Quloğlu 

kimi  şairlər  sayəsində  heca  vəzni  bitkin  bir 

hal aldı”.

5

 



 

Əmin  Abid  aşıq  poeziyası  timsalında 

heca  vəzninin  təkamül  və  inkişafının  XIII 

əsrdən  başlayaraq,  XVIII  əsrə  qədərki 

dövrünü  izləyir.  Heca  vəzninin  inkişafında 

ayrı-ayrı  yaradıcı  şəxsiyyətlərin  xidmətlərini 

layiqincə  qiymətləndirir.  Əmin  Abid  heca 

                                                           

5

 Əmin Abid. “Heca vəzninin tarixi”, “Maarif işçisi”-1927. № 



4. Səh. 50.  


 

 

                 



24 

 

vəzni, xüsusilə, on bir hecalı şeir haqqında öz 



qənaətlərini  daha  yüksək,  elmi  mövqedən 

yekunlaşdıraraq  yazır  :  “On  bir  hecanın  on 

yeddi  və  on  səkkizinci  əsrlərdə  çox  məqbul 

olması Xətai ilə başlanan və Kərəmlə qüvvət 

və  şəxsiyyət  qazanan  hərəkətin  nəticəsidir. 

Vaqifin  hecası  aşina  olduğu  klassik 

ədəbiyyatdan dolayısı ilə Xətai və Kərəmdən 

çox fərqli və bitkindir”.

6

 

 



Əmin  Abidin  dili  ilə  desək,  “Yunis 

İmrəyə  qədər  zəif  və  cılız    bir  şəkildə  gələn 

heca”,  göründüyü  kimi,  Xətai  və  Kərəmə 

qədər  heca  vəzni  xalq  poeziyası  daxilində 

böyük təkamül və inkişaf yolu keçmişdir.  

 

Aşıq  sənəti,  aşıq  yaradıcılığı,  yəni 



aşığın  həm  sazı,  həm  səsi,  həm  də  sözü 

müxtəlif    adlarla  da  olsa  “Kitabi-Dədə 

Qorqud”a qədər də, ondan sonra  da daimi bir 

inkişaf  prosesi  keçmişdir.

7

Bizcə,  ozan  şeiri 



qopuzla,  aşıq  şeiri  sazla  əlaqəli  yaranmış  və 

inkişaf 


etmişdir. 

Bəlkə 


də, 

bizə 


formalaşmamış  kimi  görünən  “Kitabi-Dədə 

Qorqud”  şeirləri    qopuzun  tələblərinə  uyğun 

                                                           

6

 Əmin Abid. “Heca vəzninin tarixi”, “Maarif işçisi”-1927. № 



4. Səh. 61. 

7

 Sədnik Paşa Pirsultanlı. “Heca vəznli bayatı və qoşma 



möcüzələri”. Bakı-2003. Səh. 33 




 

 

                 



25 

 

olduğu  üçün  belə  təsir  bağışlayır.  Bizə  görə, 



hər  bir  şeir  janrı  müəyyən  bir  çalğı  aləti  ilə 

əlaqəli  şəkildə  meydana  gəlmiş,  təşəkkül  

tapmış və inkişaf etmişdir.  

Aşığın sazı ilə 

sözü  əkiz  doğulmuşdur.  Bizə  məlum  olan 

aşıq şeirinin bütün formaları: gəraylı, qoşma, 

divani,  təcnis  və  müxəmməs  sazla  əlaqəli 

yaranmış,  hər  şeir  janrı  sazın  qoluna  öz 

danışan pərdəsini bağlamışdır. Sazın qolunda 

qoşmanın  öz  danışan  Şah  pərdəsi,  divaninin 

və təcnisin də öz müstəqil pərdələri vardır.  

 

Aşıq  şeirini  sazla  və  saz  havaları  ilə 



əlaqəli  öyrəndikdə,  nəinki,  təkcə  onun  şəkli 

xüsusiyyətləri, hətta, tarixən bu xalq sənətinin 

hansı  ruhda  yarandığı  da,  şifahi  və  yazılı 

poeziyamızla əlaqəsi də, onun əsas mövzuları 

da aydınlaşır.  

 

 



Aşıq  şeiri  və  musiqisi  ona  görə  bədii 

boyalarla,  musiqi  boyaları  ilə  bu  qədər 

zəngindir  ki,  onun  tərkib  hissələri  müxtəlif 

çalarlı  şeirlərdən:  gəraylı  və  qoşmalardan, 

xalq  poeziyasından  gəlmiş  bayatı  və  xalq 

mahnılarından,  yazılı  poeziyadan  gəlmiş 

divani və müxəmməslərdən ibarətdir.  

 

Aşıq  yaradıcılığına  xas  şeir  və  dastan, 



hər  şeydən  əvvəl,  aşıq  ifaçılığına  daxil  olub, 

orada  özünə  müəyyən    mövqe  qazanması, 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə