105
4.
Mərd ilə yoldaş oldum-dağlar qədər ucaldım,
Namərdlə yoldaş oldum-bircə gündə qocaldım.
5.
Ox kimi doğru olsan-əldə tutarlar səni,
Yay kimi əyri olsan-çölə atarlar səni.
6.
Sevgi çörək deyil ki, qonşularla böləsən,
O elə nemətdir ki, gərək qədrin biləsən.
On beş hecalılar
1.
Arxalıya arxa olma, deməsinlər yamaqdır,
Arxasıza arxa ol ki, qoy desinlər dayaqdır.
2.
Qoyun deyər:qarnımı doydur, qara basdır məni,
Keçi deyər:qarnımı doydur, qora basdır məni.
106
On altı hecalılar
1.
Dağ başında xırman qurma,
Sovurarsan, yel aparar,
Selabda dəyirman qurma,
Üyüdərsən sel aparar.
2.
Gətirəndə: El gətirər, yel gətirər,
sel gətirər,
İtirəndə: El itirər, yel itirər,
sel itirər.
3.
Xanıma xanım dedilər-bir nazlandı,
bir sallandı,
Gədəyə
22
xanım dedilər-bir hoppandı,
bir tullandı.
Qeyri-bərabər hecalılar
1.
Ayran iç,
Qulağı dinc.
2.
Ana öyər
Analıq döyər.
22
Gədə qızı mənasında işlənir.
107
3.
Asta getdi,
Mənzilə yetdi.
4.
Aralıq atı,
Kor Fatı.
5.
Aşbazı oyut,
Aşı soyut.
6.
Arvadın isməti,
Ərin izzəti.
7.
Atdı-muraddı,
Qadasın aldığım arvaddı.
8.
Az getdi,
Üz getdi,
Ürəyində,
Söz getdi.
9.
Az getdi,
Üz getdi,
Bir əlində,
Saz getdi.
10.A yolnan gedən it,
Gəl məni tut.
11. Atam aşıyla,
Keçəl qız başıyla.
108
12. Adın nədir? Fürüş,
Pulun var giriş,
Yoxdur, sürüş.
13. Anlayanla daş daşı,
Anlamazla yemə aşı.
10.
Adam adamdır, olmasa da pulu,
Heyvan heyvandır, atlas olsa da çulu.
11.
Arvadı ahıl gözü ilə,
Atı cahıl gözü ilə.
12.
Allah qozu verib dişsizə,
Plovu iştahsıza.
13.
Ac ölməz, gözü qaralar,
Borclu ölməz, rəngi saralar.
14.
Atamı, anamı itirdim,
Özümü sənə yetirdim.
15.
Aşın dadı-duzdur,
Dünyanın dadı-gözdür.
16.
Ay doğdu süd kimi,
Yezid öldü it kimi.
17.
Aşına-aşına,
Çıxdı ocaq başına.
109
18.
Aləm aləmnən,
Kor qız xalasıynan.
19.
Ata baxarlar,
Başına torba taxarlar.
20.
Adam ağızdan söz,
Ocaq altdan köz.
21.
Adın nədir? Rəşid,
Yaxşı de, yaxşı eşit.
22.
Araz aşığından,
Kür topuğundan.
23.
Atı palan saxlar,
Ölkəni bilən saxlar.
24.
A qızım, sənə deyirəm,
A gəlinim, sən eşit.
25.
Ay, səni xoş gördük,
Ziyil, yerin boş gördük.
26.
Ay lal-kar mürdəşir,
Aşın daşır, gəl düşür.
27.
Ayran tapmır içməyə,
Çadralı gedir gəzməyə.
110
28.
Armud kaldır, yemək olmur,
Hər sözü demək olmur.
29.
Arvad var, daş dirəyi,
Arvad var, yıxılı evin dirəyi.
30.
Ayağıma yer eləyim,
Gör sənə neyləyim.
31.
Uranındır, korundur,
İndi də növbə korundur.
32.
Allah gec eylər,
Güc eylər.
33.
Allah kərimdir,
Quyusu dərindir.
34.
Allah insanı,
Nə söz,
Nə göz
Əsiri eləməsin.
35.
Az idi, arıq, uruq,
Biri də gəldi, dabanı yarıq.
36.
A xanım, a xanım, al eylə,
Al üstdən yaşıl eylə.
Dostları ilə paylaş: |