1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə86/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   82   83   84   85   86   87   88   89   ...   98

 

    


411

 

 



əlaqədar  olan  formalarından  bir  neçəsi 

haqqında  məlumat  vermək  və  onlardan 

nümunələr  gətirmək  yerinə  düşər.  Tifil 

Əsədin  (1874-1951)  gedər-gəlməz  (nəfəs 

çəkmə)  təcnisi  el  sənətkarları  tərəfindən 

yüksək qiymətləndirilir: 

 

Eşidib bilənlər, arif olanlar, 



İnsan  neçə şeydə eyləməzmi, uff?! 

Bir tayfa görəndə, xəbər alanda, 

Cavabın verəndə eyləməzmi,  uff?!  

 

*** 



Hərdən xəyallanan olar bir təhər

Ah çəkər ürəkdən, ay eylər, of, of!  

 

Məsələ  bundadır  ki,  aşıq  ifa  zamanı  bu 



“uff”ları xüsusi ahənglə, xüsusi nəfəs çəkmək 

yolu  ilə  deyir,  daha  doğrusu,  demir,  nəfəs 

çəkmə ilə ifa edir.  

Tifil  Əsəd  cığalı  təcnisin  də  mükəmməl 

nümunələrini  yaratmışdır.  Heç  yerdə  çap 

olunmadığı üçün Tifil Əsədin gözəl cinaslarla 

qurulmuş, hər kəsə nümunə ola biləcək cığalı 

təcnisini burada olduğu kimi veririk:  

 

Ala gözlüm dərdə giriftar oldum,  



Dərdə dərman, ya səndədir, ya məndə. 

 



 

    


412

 

 



Aşıq deyər: ya məndə, 

Gözüm qaldı Yaməndə, 

Ləl üstündə həmayıl, 

İşıq salır Yaməndə.  

Dedim: gözəl, məni qoyma Yaməndə, 

Dedi: təqsir ya səndədir, ya məndə.  

 

 

 



*** 

Eşq ucundan mən də oldum ya dəli, 

Görən deyər: ya divanə, ya dəli. 

Aşıq deyər: ya dəli,  

Ya divanə, ya dəli, 

 Şirin candan keçərəm, 

Yara dəysə yad əli.  

Dedim: gözəl, səndə tutsam yad əli, 

Onda ölüm ya səndədir, ya məndə.  

   


*** 

Görən olmaz mənim kimi yananı, 

Nə keçirər, eşq oduna yananı? 

Aşıq deyər: yananı, 

Yandırmayın, yananı! 

Mərd igidlər gözləyər, 

Ya süfrəni, ya nanı. 

Kim görübdü Əsəd kimi yananı, 

Eşq atəşi ya səndədir, ya məndə.  

 

Ustad  sənətkarlardan  biri  olan  Seyfəli 



Aşıq  Pənah  (1876-1921)  isə  cığalı  gedər-

gəlməz təcnisin ilk nümunəsini yaratmışdır: 




 

    


413

 

 



 

Saqinin dəstindən piyaləsini, 

Aldım şərbətini nuş eylədim uff! 

Gözəl bir piyalə tutub dəstində

İçən zamanında ay eylər, of,of!  və. i. a.

1

 



 

Seyfəli  Pənah  hərfli  təcnisin  də  gözəl 

nümunəsini  yaratmışdır.  Şeir  çap  olunmadığı 

üçün  təcnisi  bütöv  şəkildə,  olduğu  kimi 

veririk: 

 

Çəp telləri, çəp sərində, çəp yarın, 



Çəp düzülüb, çəp saçları çəpa-çəp. 

Çəp buxağı, çəp ləbləri, çəp dişi, 

Çəp çəkilib, çəp qaşları çəpa-çəp.  

   


 

*** 


Çəp bəradər, çəp sözləri, çəp demə, 

Çəp mən eylər, çəp deyil ki, çəp demə, 

Çəp ustadlar, çəp deməyib çəp demə, 

Çəp tapıblar çəp daşları çəpa-çəp. 

   

 

*** 



Çəp olacaq, Pənah deyər: çəp oğlu, 

Çəp atası, çəp anası, çəp oğlu, 

Çəp pis gündən, çəp qurtarmaz, çəp oğlu, 

Çəp nütfəsi, çəp işləri çəpa-çəp.  

 

                                                           



1

 Sədnik Paşa Pirsultanlı, Ozan-aşıq sənətinin nəzəri məsələləri, 

Bakı, “Ozan”, 2002, səh 38 



 

    


414

 

 



Gedər-gəlməz təcnisin elə növü vardır ki, 

onu  yazıya  almaq  mümkün  deyil.  Aşıq  onu 

yalnız  ağzının  hərəkəti  ilə  ifa  edir.  Ona  görə 

də  təcnisin  bu  növünə  “Yazıya  alınmaz” 

təcnis  deyilir.  Diltərpənməz  (dildönməz) 

təcnislər də ancaq ifa zamanı məna daşıyır. 



 

XIX-XX   əsrlərdə   təcnis   

yaradıcılığı 

 

a) Aşıq Şəmşir yaradıcılığında təcnis 

 

Aşıq  Şəmşirin  (1893-1980)  yaradıcı-



lığında  da  təcnislər  mühüm  yer  tutur.  O, 

dilimizin  əlvan  boyalarından,  bayatılardakı 

zəngin  cinaslardan  məharətlə  istifadə  edərək 

mükəmməl təcnislər yaratmışdır: 

Gül gülü çağırır, çiçək çiçəyi, 

Topla yasəməndən yara, dər indi. 

Fərhad qayalarda  Şirin eşqinə, 

Çapardı daşlardan yara dər indi.  

 

 

*** 



Çox çətindir ölüm adı, qan adı, 

Səməndərin odda yandı qanadı, 

Yetişməmiş neştər vurdu qanadı, 

Təbibim naşıdır, yara dərindir.  

 

 

*** 




 

    


415

 

 



Yolum uzaq, mən piyada, yar atdı, 

Müjgan oxun sinəm üstə yar atdı, 

Şəmşiri yaradan  bir yol yaratdı, 

Birdəmi təzədən yaradar indi?!

1

 

 



Aşıq Şəmşir cinas-bayatılara yaxşı bələd 

olduğundan  təcnis  binalarını  asanlıqla  və 

mükəmməl  qura  bilir.  Ən  maraqlısı  odur  ki, 

hər  təcnisində  bir  mətləb  işıq  üzü  görür. 

“Məni”  adlı  təcnisində  bizim  üçün  yenilik 

olan bir  misra  var:  “Sən  çiçəkdə  şirin  balsan, 

mən - arı”: 

Şəmşirəm, sevirəm mərdi, mən əri, 

Gözləyirəm namus, qeyrət, mən arı. 

Sən çiçəkdə şirin balsan, mən – arı, 

Qondur yanağına, ya xala məni.

1

  



 

Aşağıdakı  “Yaralı  dağlar”  təcnisində 

dağla, maralla əlaqədar təbii bir lövhə yaradır: 

 

Yaxşı  saxla, qaçıb ovçu əlindən, 



Sənə bir maralım yaralı, dağlar. 

                                                           

1

 Aşıq  Şəmşir, Bakı, 1959, səh 124. Sədnik Paşa Pirsultanlı, 



“Aşıq Şəmşirin poetik aləminə səyahət”, Bakı, “Təknur”, 2008, 

səh 115-116 

1

 Aşıq Şəmşir. “O Kürün, Arazın Tərtəriyəm mən”. Bakı 2004, 



səh 358. 

Sədnik Paşa Pirsultanlı, “Aşıq Şəmşirin poetik aləminə səyahət”, 

Bakı, “Təknur”, 2008, səh 116 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə