1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə82/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   78   79   80   81   82   83   84   85   ...   98

 

    


391

 

 



-  misraları  ilə  başlayan  bu  müstəzad  təcnis, 

Aşıq  Ələsgər  poeziyasının  və  ümumiyyətlə, 

aşıq şeirinin ən gözəl nümunələrindəndir.  

Təcnisdəki  hər  bəndin  sonuna  salınmış 

yarım  misralar  müstəzad  olduğu  kimi,  eyni 

zamanda  bütünlüklə  təcnis-müstəzaddır.  Öz 

istedadına  əmin  olan  aşıq  qarşısındakına 

meydan  oxuyur,  mənalar  xəzinəsinə  vaqif-

liyini bildirir. 

Müstəzad  təcnisə  aşıqlar,  eyni  zamanda 

“Ayaqlı  təcnis”  və  “İkibaşlı”  təcnis  də 

deyirlər.

1

  

Təcnis  yaradıcılığı,  ümumiyyətlə,  Azər-



baycan  dilinin  rəngarəngliyini,  çoxmənalı-

lığını,  söz  xəzinəmizin  nadir  tapılan  incilərlə 

dolu  olduğunu  sübut  etməkdədir.  Eyni 

zamanda, aşıqların yazıb-yaratdıqları mükəm-

məl  təcnis  nümunələri  də  söz  xəzinəmizə 

əlavə olunmuş mənəvi sərvətdir.  

Biz  tədqiqat  obyektinə  çevrilmiş  bu 

yaradıcı  aşıqların  ədəbi  irsləri  ilə  tanış 

olduqda  onu  da  öyrənirik  ki,  birinci  dünya 

müharibəsinin  törətdiyi  müsibətlər  onların 

yaradıcılığında  dərin  izlər  buraxmışdır.  Ağ-

                                                           

1

 Sədnik Paşa Pirsultanlı, Ozan-aşıq sənətinin nəzəri məsələləri, 



Bakı, “Ozan”, 2002, səh 37 


 

    


392

 

 



dabanlı  Qurban  yaradıcılığında  bu  izlər 

xüsusilə dərindir və aydın bir şəkildə görünür.  

“Qurban bulağı” məclisi öz dövrünə görə 

mütərəqqi bir hadisədir. Onun gözəl ənənələri 

yaradıcı aşıqları elmə, savada bağlamış, daha 

mükəmməl  sənət  əsərləri  yaratmaları  üçün 

məsuliyyətlərini artırmışdır.  

Göyçə  və  Kəlbəcər  xalq  şeirinin  kütləvi 

forması  olan  gəraylı  və  qoşma  janrlarından 

daha  geniş  ölçüdə  istifadə  etmişlər.  “Qurban 

bulağı” məclisində təcnis yaradıcılığı xüsusilə  

yüksək  qiymətləndirilmişdir.  Bu  məclisin  və 

onun fəal iştirakçısı olan Aşıq Ələsgərin təsiri 

ilə  Ağdabanlı  Qurban  kimi  neçə-neçə  təcnis 

ustaları yetişmişdir.  

Ağdabanlı Qurban bir təcnisində deyir: 

 

Tərlandı baxışın, gözün can alan, 



De çək qaynağına, di darə məni. 

Hərdən şölələnir o gül camalın, 

Tel deyir şanəyə: di darə məni. 

 

Birinci bəndin ikinci misrasında “De çək 



qaynağına,  di  darə  məni”  misrası  indi  dara 

çək  məni  mənasındadır.  İkinci  beyt  daha 

mənalı, daha gözəl qurulmuşdur.  Gül camalın 

şölələndikcə tel deyir şanəyə - darağa di dara 

məni: 



 

    


393

 

 



 

Zülflərintək olmaz əqrəb, nə də mar, 

Çalmaq üçün yoxlayırsan nə damar? 

Qaşqabaqdan zəhər deyil, nə damar? 

Öldür, qoyma həsrət didarə məni. 

 

İkinci  bənddə  gözəl  qaşlı-qabaqlıdır. 



Onun zülfləri nə əqrəb deyil, nə ilan. Elə qaş-

qabaqlıdır  ki,  elə  bil  səni  çalmağa  damar 

axtarır.  Nə  olar,  öldür  məni  ancaq  didarına, 

gözlərinə həsrət qoyma: 

 

Yar, gərdənin ər-ər kimi minalə, 



Bülbülə gül neylər olsa min alə

Bir canım var qəmzən istər min alə

Qurbanam, çəkdirmə di darə məni.

1

 



 

Üçüncü  bənddə  gözəlin  bədəni  şax  mina 

kimidir.  Lakin  buna  baxmayaraq  bülbülə  gül 

neylər,  min  ala  çəksə,    dilə  tutsa  neyləyər  - 

deyir.  Məni  di darə, yəni dar ağacına çəksən 

də mən sənə qurbanam söyləyir.  

Qoşmalarında  olduğu  kimi,    Qurban 

təcnislərində  də  fikrini  aydın  şəkildə  bizə 

çatdırır.  Onun  qoşmalarında  olduğu  kimi, 

                                                           

1

 Azərbaycan aşıqları və el şairləri.(Tərtib edəni Ə.Axundov), II 



cild. “Elm” nəşriyyatı, Bakı 1983, səh 53 


 

    


394

 

 



təcnislərində də bir səmimiyyət vardır. Gözəli 

ürəkdən sevir.  

Aşıq  şeiri  tərzində  qoşmalar,  təcnislər 

yazıb-  yaradan  sənətkarlardan  biri  də  Padarlı 

Abdulladır. 

Gəncədən 

Bakıya 

doğru 


getdikdə 

Nəvaiyə  yaxın  ərazidə  Padar  düzü  var  və 

Padarlıların  bir  qismi  də  Şamaxıda  yaşayır. 

Padarlılar,  əsasən,  qoyunçuluqla  məşğul-

durlar.  XIX  əsrdə  yaşamış  bu  sənətkarın 

yaradıcılığı  üzərində  Tufarqanlı  Abbasın 

güclü  təsiri  vardır.  “Bəyənməz”  rədifli  beş 

bəndlik qoşmasının bir bəndini misal çəkmək 

kifayətdir: 

 

Ay ağalar bir zəmanə gəlibdir, 



Həmtay olan heç həmtayı bəyənməz. 

Qara qızlar sürmə çəkib gözünə

Gözəllikdə Züleyxanı bəyənməz.

1

 



 

Padarlı  Abdullanın  təcnisləri  də  maraq 

doğurur. “Bax” adlı təcnisində deyir: 

 

Gəştə çıxıb süsən, sünbül dərin də,  



Gül üzünə inci düzmüş tərin də, 

                                                           

1

 Azərbaycan aşıqları və el şairləri.(Tərtib edəni: Ə.Axundov), II 



cild. “Elm” nəşriyyatı, Bakı, 1983, səh 62 


 

    


395

 

 



Kəlbin olub bağlanmışam dərində, 

İnanmırsan, sal boynuna qara bax. 

 

Süsən  sünbül  dəstəsi  ilə  seyrə  çıxıb. Gül 



üzlərində tər inciləri var. Mən isə kəlbin olub 

(yəni  itin  olub)  dərində-bağlanmışam,  əgər 

inanmırsansa, bax boynuma ip bağlanıb. 

Təcnisin  ikinci  bəndi  daha  maraqlıdır. 

Daha  doğrusu,  bədii  cəhətdən  mükəmməl 

şəkildə qurulmuşdur: 

 

Görün, dövran bizi aya tən eylər



Alim olan oxur, aya tən eylər. 

Münəvvər camalın aya tən eylər,  

Ağ sinən istisna qılar qara, bax!

 1

 



 

Dövran  bizi  tən  eylər  (yarı  bölər),  alim 

oxuyar  aya  tən  eylər  (minnət  qoyar), 

münəvvər  camalın,  aya  tən  eylər,  sinənin 

üstündə  dağ  kimi  qar  qalar.  O,  cinaslardan 

istifadə  yolu  ilə  bədii  lövhə  yaradır.  Sinəsi 

gözəlin qaysaqlayır, sinəsi qardan ağdır elə bil 

sinəsi  üstündə  qar  qalıb,  münəvvər-işıqlı 

bədəni aya meydan oxuyur, ona naz satır.  

                                                           

1

 Azərbaycan aşıqları və el şairləri.(Tərtib edəni: Ə.Axundov), II 



cild. “Elm” nəşriyyatı, Bakı, 1983, səh 66 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə