1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə85/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   81   82   83   84   85   86   87   88   ...   98

 

    


406

 

 



Şair, bundan sonrakı fəsillərin birində isə 

belə yazır:  

Halı Züleyxanın pozuldu bir gün, 

Ustanı  çağırdı qan almaq üçün.  

Elə ki, qoluna toxundu neştər

Axdı qan, torpaqda yazdı həriflər, 

   

*** 


Torpağa baxınca hər sahib – kamal, 

Yusifin adını oxudu dərhal.

2

  

 



“Yusif  və  Züleyxa”  rəvayətindən  və 

“Qurban  bulağı”  məclisində  Ağdabanlı 

Qurbanın,  Ə.Caminin  “Yusif  və  Züleyxa” 

poemasından  təsirlənərək  “Leyli  niyə  azdı?” 

təcnisini  yazmışdır.  Aşıqlar  arasında    “Leyli 

niyə  azdı?”    təcnisi  Zodlu  Abdullaya  mahir 

təcnis 

ustası 


kimi 

əbədi 


şöhrət 

qazandırmışdır:  

 

Bihudə dolandım, əfsanə gəzdim, 



Sanım dost yolunda Leyli niyazdı.  

Etibar kəsilib, ilqar pozulub,  

Əvvəlki məhəbbət Leyli, niyə azdı?  

   


 

*** 


Qəmər qan ağladı, neştər yeridi

Yaram sızıldayır, neştər yeridi.  

                                                           

2

 Yenə orada,  səh 148 




 

    


407

 

 



Leylinin qoluna neştər yeridi, 

Məcnun qanı çöldə Leylini yazdı.  

 

İkinci bənddə Zodlu Abdulla yadda qalan 



bir  lövhə  yaratmaqla  bərabər,    “Leyli  və 

Məcnun”    əfsanələrində  özünə    köklü  yer 

salmış  böyük  bir  möcüzəni  yada  salır. 

Leylinin  qoluna  neştər  vururlar,  çöldə 

Məcnunun damarlarından qan  axır və torpaq 

üzərində  Leylinin  adını  yazır. Zodlu  Abdulla 

böyük  ustalıqla    həmin  əfsanəni  təcnisə  

gətirir.  Zodlu  Abdulla  fikrini  davam  etdirir, 

təcnis  binasını  yeni  cinaslarla  qurmağa 

çalışır.  

Zodlu  Abdulla  aşıq  yaradıcılığında  hər 

şeydən əvvəl, təcnis ustası kimi tanınır. Onun  

hər  bir  təcnisi    memar  əlindən  çıxmış  bir 

abidəni  xatırladır.  “Yad  qız    ağı  gəzər” 

təcnisində deyilir:  

İldə zikr eyləyən sinayə gələr

Ayaqdan can çıxar, sinaya gələr.  

Əzrayıl qeyznən sinaya gələr, 

Yığılar qəccallar, yad ağı gəzər.  

 

“Ayaqdan  can  çıxar,  sinaya  gələr”  



misrasının  mənası  belədir  ki,  insanın  ölümü 

ayaqdan  başlayır.  Ayaq  soyuyur,  bədən 

yavaş-yavaş  yuxarıya  doğru  soyumağa 



 

    


408

 

 



başlayır.  Ona  görə  də  adamlar  deyir  ki, 

filankəs  can  verir.  Əzrayıl  sinaya  çatanda 

həyat tamamlanır. Son misra belədir. “Yığılar 

qəccallar, yad ağı gəzər”.  Qəccal yuyucudur. 

Ona  görə  qəccallar    deyilir  ki,  bir  nəfər  su 

tökür, bir nəfər isə yuyur.  

Heç də təsadüfi deyildir ki, aşıqlar bəzən 

qıfılbənd    əvəzinə  təcnislə  bir-birlərini  imta-

hana  çəkirlər.  təcnis  omonimlərdən,  cinas 

sözlərdən  düzəldilir.  Təcnis  yaradıcısı  gərək 

dilimizin  incəliklərini,  çoxmənalı,  çoxhecalı 

odluğunu  anlasın,  dərk  etsin,  duysun  və  ona 

dərindən bələd olsun.  

Bunun  üçün  sənətkarın  fitri  istedadı 

azdır.  O,  gərək  həm  də  dərin  mütailəyə  və 

biliyə malik olsun. Abdulla aşıq şeirinin belə 

çətin  növünü  böyük  ustalıqla  işləmiş,  şeirin 

məna  və  forma  gözəlliyini  qoruyaraq,  aydın 

cinaslar  yaratmışdır.    Onun  təcnislərini 

oxuyanda    “təcnisdə  məzmun  formaya  qur-

ban verilir”  deyən tədqiqatçılarla razılaşmaq 

olmur.  O,  aşıq  şeirinin  bu  çətin  formasında 

yazıb-yaradarkən  məzmun  gözəlliyinə,  fikir 

yeniliyinə xüsusi diqqət yetirir. Təcnislərində 

ona  qədər  istifadə  edilməmiş,  original 

cinaslar  işlədir.  Əgər  belə  demək  mümkün-

dürsə,  Zodlu  Abdulla  möhtəşəm  təcnis 

binalarının memarlarından biridir.  




 

    


409

 

 



c)  Aşıq  Hüseyn  Bozalqanlı,  Tifil  Əsəd, 

Seyfəli Aşıq Pənahın yaradıcılığında təcnis  

 

  Aşıq    Hüseyn  Bozalqanlı  (1864-1941)  

aşıq  şeirinin  ən  çətin  formalarından  biri  olan 

təcnisdə  də  öz  gücünü  sınamış    və  buna  ən 

yüksək formada müvəffəq olmuşdur:  

Qəvvas oldum, dəryalar da dər indi

Dərd əkmişəm, bar gətirir, dər indi.  

Mənim məhəbbətim sənə dərindi, 

Səninki görünür ay üzdən-üzdən.  

 

 



*** 

Əvəz  olmaz təzə doğmuş ay sənə

Leyla dedim, Məcnun oldum, ay sənə.  

İstəyirəm bir sərini əysənə, 

Həsrətəm, qoy öpüm ay üzdən-üzdən.  

 

Göründüyü  kimi,  ustad  aşıq  Azərbay-



can  dilinin  söz  imkanlarından  mükəmməl 

şəkildə bəhrələnib gözəl, əsrarəngiz bir təcnis 

nümunəsi yaratmışdır. Daha bir misal:  

Qəm, hicran əlində bihuş olmuşam, 

Bilmirəm asmandı, aya zəmindi.  

Dostu gördüm bulud könlüm dağıldı, 

Açıldı, ağardı, ayazam indi.  

 

 



*** 

Mərd oğulu az-az doğar bir ana, 

Zənburun dəsində işlər bir ana.  



 

    


410

 

 



Uca dağda əcəb düşdüm borana

Qorxuram yollarda ay azam indi.  

Və yaxud:  

 

Nə lazımdır naqabilə söz deyəm, 



 

Xatirinə ya dəyməyə, ya dəyə?  

 

Sizin olsun eyvan, otaq, alaçıq, 



 

Bizə bəsdir ya kölgəlik, ya dəyə.  

 

 

 



*** 

Pis övlada öyüd versə yaxşı ata, 

İyid çıxıb süvar olmaz yaxşı ata. 

Kamil ovçu bərəsində yaxşı ata,  

Keçirəndə ya dəyməyə, ya dəyə.  

 

 



Göstərilən 

nümunələrdə 

biz  Aşıq 

Hüseynin  söz  çələnginin  nə  qədər  al-əlvan, 

çoxçalarlı  olduğunun  şahidi  oluruq.  Belə  bir 

zəngin    söz  çələngi  yaratmaq  onun  böyük 

istedad,  güclü  qələm,  saf  ürək,  təmiz  vicdan 

sahibi olmasından xəbər verir.  

XIX  əsrdən  etibarən  təcnisin  gedər-

gəlməz  (nəfəs  çəkmə)  formaları  da  yaran-

mışdır.  Gedər-gəlməz  təcnis  ağız  boşluğunu, 

səs tellərini nizama salmağa, nitqin inkişafına 

xidmət  edir. Hətta, gedər-gəlməz  təcnisdə  elə 

sözlər  işlədilir  ki,  onu  çox  zaman  yazıya 

almaq  da  çətin  olur.  Elə  buna  görə  də  çap 

olunmamış  ilk  mənbələr  əsasında  bu  aşıq 

şeirinin  texniki  cəhəti  ilə,  ifa  üsulu  ilə 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə