1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə90/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   86   87   88   89   90   91   92   93   ...   98

 

    


430

 

 



 

Şair  halal  süd  əmənə  baxır,  halal  süd 

əmənin boya çatdığını görür, bu nəticəyə gəlir 

ki: “Halal olar, halal kəsdən süd əmən”. 

“Halala dedim” təcnisində oxuyuruq: 

 

Canı yanan silər eynim yaşını, 



Xub zənənlər həyasından yaşını, 

Bayraməli keçirməmiş yaşını, 

O da ürcah ola halala, - dedim.

2

  



 

Xəstə Bayraməlinin poetik dili çox sadə, 

əlvan və axıcıdır. O, təcnisləri elə anlaşıqlı bir 

dildə  yaradır  ki,  onu  yenidən  təhlil  etməyə 

ehtiyac qalmır. Məsələn: 

 

Divanə könlümün yoxdur günahı, 



Kasıblıq qohumla yad eylər məni. 

Ana vətənimdən aralı düşdüm  

Vədəsiz qocaldar yad ellər məni.

1

 



 

Xəstə 


Bayraməli 

iki  cığalı  təcnis 

nümunəsi də düzüb qoşmuşdur. İndi də “Var” 

                                                                                                         

1

  Xəstə Bayraməli “Mən ulu Göyçənin şair oğluyam”, 



(toplayanı və tərtib edəni Maşallah Xudubəyli), Bakı, “Nərgiz” 

nəşriyyatı, 2008, səh 71 

2

 Yenə orada,  səh 72 



1

 Xəstə Bayraməli “Mən ulu Göyçənin şair oğluyam”, (toplayanı 

və tərtib edəni: Maşallah Xudubəyli), Bakı, “Nərgiz” nəşriyyatı, 

2008, səh 71 




 

    


431

 

 



adlı  təcnisindən  bir  bədii  parçanı  örnək 

veririk: 

Arifsənsə, söylə sözün sağını, 

Yaxşı kəlam gəzən, yaxşı bəndə var. 

Aşiqəm yaxşı bəndə, 

Su gələr yaxşı bəndə, 

Yamana üz tutmasın, 

Yaxşı kəs, yaxşı bəndə,  

Əgər xırda çaysan, çox da kükrəmə, 

Əgər dəryasansa, yaxşı bəndə var.

2

 

 



Biz  qeyd  etmişdik  ki,  təcnis  çox  zaman 

hərbə-zorba,  qıfılbənd  yerində  işlədilir  və 

sözün  qüdrəti  ilə  qarşıdakını  susdurmağa 

xidmət  edir.  “Var”  adlı  cığalı  təcnisin  son 

beytində  belə  bir  misra  var:  “Əgər  xırda 

çaysan çox da kükrəmə”.  

Ümumiyyətlə,  Xəstə  Bayraməli  qoşma 

və  gəraylılarında  olduğu  kimi,  təcnislərində 

də sözün məna dərinliyinə, məntiqi nəticəsinə 

xüsusi diqqət yetirir. 

  Əslən  Dərələyəzdən  olan  el  şairi 

Yadigar  Tahir  bir  müddət  Kəlbəcərdə,  sonra 

Gəncədə  yaşamışdı.  Bu  el  şairinin  qoşmaları 

aşıqlar  və  xanəndələr  tərəfindən  toylarda 

oxunur. Onun  ədəbi irsi içərisində ona yaxın 

                                                           

2

 Yenə orada, səh 74 




 

    


432

 

 



təcnisi 

vardır.  Şairin  təcnisləri  böyük 

axtarışların  və  müşahidələrin  nəticəsində 

meydana  çıxmışdır.  O,  təcnislərində  orijinal 

cinaslar  işlətmək  üçün  axtarışlar  aparır. 

Bitkilər haqqında, inanclar və inamlarla bağlı 

mərasimlərdən məlumat verir. Məsələn: 

 

Yadigaram, sinəm oldu dağdağan, 



Dənə verər, çiçəkləməz dağdağan, 

Axıdaram gözlərimdən dağdağan, 

Dostlar, düşdüm bax, mən belə kökə hey!

1

 



 

Bu  bənddə  “dənə  verər,  çiçəkləməz 

dağdağan”  söyləməklə  müəllif  dağdağanın 

bioloji  xüsusiyyətlərindən  danışır.  Dağdağan 

ta  əski  çağlardan  üzərliklə  (sədəf  çiçəyi  ilə) 

yanaşı,  körpəni  göz  dəymədən  qoruyur. 

Dağdağan  ağacının    bir  budağını  kəsib  kiçik 

parçalara  bölüb,  ocaqda  qızdırılmış  dəmirlə 

onun  üzərinə  cizgilər  çəkirlər,  daha  doğrusu, 

ağacı dağ-dağ yandırırlar. Dağdağan vasitəsilə 

gözdəyməyə  qarşı  aparılan  mübarizə  bu  gün 

də davam edir. 

Yadigar  Tahir  “Qartal”  təcnisində  belə 

bir mənalı beyt işlədir: 

Şeşələnər bayquş ilə sağsağan

                                                           

1

 Yadigar Tahir Bəxtiyari. Gəncə, 2006, səh 118 




 

    


433

 

 



Qəzanın toruna düşən qartala.

2

 



 

Bir təcnisinin son bəndində yazır: 

 

Tahir, çətin olar əyri düzələ,  



Ömrü, günü ələyirsən, düz ələ. 

Düzün işi keçməyibdir  düz ələ,  

Qara üstün gəlir ay ağa gəl-gəl.

1

 



 

“Düzələ”  ifadəsi  təcnis  ustadı  Əli 

Bimardan  gəlir.  Daha  doğrusu,  Yadigar  bu 

təcnisini Əli Bimar poeziyasının təsiri altında 

yazmışdır. 

Ayaqlı  təcnisin  ilk  nümunəsini  Aşıq 

Ələsgər yaratmışdır.  Sonra həmin təcnisin ən 

kamil örnəyinə Molla Cümə poeziyasında rast 

gəlirik. Yadigar Tahirin ayaqlı təcnisindən bir 

örnək  veririk.  O,  müstəzadın  son  bəndində 

yazır: 

 

Nə üçün eşq əhlin görən yar atdı? 



Fərhad piyadaydı, Şirin yar atdı. 

Yadigar Tahir də yazdı, yaratdı, 

Bəşər tarixində çəkiləndə ad, 

                       təcnis-müstəzad.

2

 

                                                           



2

 Yenə orada,  səh 138 

1

 Yadigar Tahir Bəxtiyari. Gəncə, 2006, səh 80-81 



2

 Yenə  orada,  səh 144 




 

    


434

 

 



 

Yadigar  Tahirin  təcnislərinin  şahı  “Kökə 

hey”  rədifli  təcnisidir.  Təcnisin  möhür 

bəndini  yuxarıda  misal  vermişik.  Burada  isə 

təcnisin  birinci,  ikinci  bəndini  əyani  olaraq 

göz  önünə  gətiririk.  Ona  görə  ki,  uşaqlıq 

çağlarından başlayaraq hər şeyə diqqət yetirir, 

yaddaşında  obrazlaşdırır  və  müşahidələrinin 

gücü ilə məişətdən gələn cinas qafiyələr seçir 

və öz təcnis binasını qurur. Məsələn: 

 

Yenə uşaqlığım düşdü yadıma, 



Nənəm bişirərdi mənə kökə hey! 

Deməliyəm qohumuma, yadıma- 

Qız nəsilə, oğul çəkər kökə hey! 

   


         *** 

Çobana bax, quzu salır o küzə, 

Bir dəryadan nə götürər o kuzə? 

Cütcü babam “ho-ho” dedi öküzə,  

Xışı gedib ilişəndə kökə hey!

1

 



 

Türkiyənin, Qazaxıstanın, Orta Asiyanın, 

Dağıstanın aşıq poeziyasında təcnis özünü az 

hiss  etdirir.  Hətta,  Borçalı  çökəkliyi  ilə 

möhkəm  əlaqəsi  olan  Çıldırlı  Aşıq  Şenliyin 

şeirləri  arasında  təcnis  görünmür.  Mən 

                                                           

1

 Yadigar Tahir Bəxtiyari. Gəncə, 2006, səh 117-118 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə