1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə92/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   88   89   90   91   92   93   94   95   ...   98

 

    


439

 

 



Sənəmlərdən çox gözəl Sənəm sən. 

 

Birinci  bənddə  Sənəm  adlı  gözələ  çox 



şeir, təcnis yazıldığını deyir, lakin onun sevib-

seçdiyi  sənəm  şairə  görə  Sənəmlərin  ən 

gözəlidir: 

 

Gözəllikdə sənə yüksək bal düşər, 



Xəstə görsə, xəyalına bal düşər, 

Asta tərpət dodağından bal düşər, 

Ay nainsaf, heç demədin sən əm, sən. 

 

İkinci bənddə demək olar ki, təcnisi kök 



qafiyələrlə, cinaslarla elə gözəl qurmuşdur ki, 

elə  bil  ki,  ağ  mərmərdən  saray  tikmişdir. 

Birinci  misrada  sənəmin  gözəlliyinə  yüksək 

bal,  qiymət  düşdüyünü  deyir,  ikinci  misrada 

kim  onu  görsə  xəyalına  bal  düşər,  xanıma 

məsləhət  görür  ki,  asta  yerisin  onun 

dodaqlarından  bal  düşər.  Sonda  şair  nainsaf 

gözələ  deyir  ki,  heç  demədin  mənə  o  bal 

dodaqları sən əm, sən əm.  

 

Qəmkeş ilə olmaq üçün düz  danış, 



Qəlbindəkin sözlərinə düz danış, 

İstəkli dost məndən küsər düz danış, 

Bəlkə bizim Əyyub deyən Sənəmsən.  

 



 

    


440

 

 



Sonda  bir  ismə  rast  gəlirik:  -  “Bəlkə 

bizim  Əyyub  deyən  Sənəmsən”.  Qəmkeş 

Kəlbəcərli şair Əyyubun “Sənəm” adlı şeirinə 

işarə  edir.  Daha  demir  ki,  Xəstə  Qasım 

bunların  hamısından  çox  əvvəl,  XVIII  əsrdə 

“Sənəm” adlı təcnis yazmışdır.  

Bəhmən 

yaradıcılığında  təcnis  şeir 



forması xüsusi yer tutur. “Mən nədən oldum” 

təcnisinin ilk bəndi belə başlayır:  

 

Bütün arzularım puç olacaqmış, 



Mən niyə yarandım, mən nədən oldum.  

Cücərdim, göyərdim, boy atdım, qalxdım,  

Mən nə sünbül oldum, mən nə dən oldum. 

1

 



 

Burada 


 

sünbül 


dəniylə 

nədən 


qafiyələrinin  uzlaşmasından  cinaslı  qafiyə 

yaranır.  “Yaxşıdan  aldı”    eyni  qafiyədən 

istifadə  yolu  ilə  Bəhmən  yaddaqalan  lövhə 

yaradır.  Bu  mükəmməl  təcnis  bəndi  olmaqla 

yanaşı, yadda qalan bir tablodur:  

    


Quşlar nəğmə dedi bahar gələndə

  Qaranquş torpaqdan yaxşı dən aldı.  

  Kərəm Əslisindən, Fərhad Şirindən, 

                                                           

1

 Bəhmən  Vətənoğlu “Allahsız dünya”, Bakı, Gənclik, 1992,  



səh 30 


 

    


441

 

 



  Lələ ilhamını Yaxşıdan aldı.

2

 



 

Bəhmənin  omonimlərdən,  mükəmməl 

qurulmuş  cinaslardan  yaranmış  elə  təcnisləri, 

nadir  sənət  inciləri  var  ki,  mən  onların  ayrı-

ayrı  bəndlərini  deyil,  bütöv  vermək  qərarın-

dayam.  Bəhmənin  “Nə  də  yaz”    təcnisi 

belələrindəndir:  

Yara məktub  yazar olsan könülsüz, 

Nə əlinə al qələmi, nə də yaz.  

Kim dünyada məhəbbətsiz yaşasa,  

Ürəyində nə payız var, nə də yaz!  

   


 

*** 


Demədimmi yada demə sirrini,  

Eşq  odunun atəşi nə, sirri nə... 

Heyran olmaz təbiətin sirrinə,  

Nadan duymaz nədir bulud, nə dayaz.  

   

 

*** 



Unudubdur  Bəhmən gəlir yara dan, 

İnsan ölər dil vurduğu  yaradan.  

Səni gözəl yaradıbdı yaradan, 

Heyf ola kamalındı, nə dayaz.

1

 

Hər  şairin  aşıqlar  bəyənib  təcnislərini  öz 



repertuarlarına  daxil  etmirlər.  Şair  Bəhmənin 

qoşmaları  qədər  təcnisləri  də  qiymətlidir. 

                                                           

2

 Yenə oarada, səh 30 



1

 Bəhmən  Vətənoğlu “Allahsız dünya”, Bakı, Gənclik, 1992,  

səh 31 



 

    


442

 

 



Aşıqlar  onun  təcnislərinə  də  ifaçılıqlarında 

xüsusi  yer  ayırıblar.  “Anadan  bizə”    təcni-

sində  məzmunu  formaya  qurban  vermir. 

Təcnisin məzmunu qədər forması da gözəldir, 

bir-birini  tamamlayır.  Təcnisdən  aldığımız 

parçalara diqqət yetirək:  

Ana bizə Günəş, ana bizə Ay, 

Ana səhər bizə, ana dan bizə.  

Əzəldən  düz yolun yolçusuyuq biz

Əyri yol öyrətmə, a nadan, bizə.  

   

 

*** 



Atadan yadigar ata mərdliyi, 

Şirin dil qalıbdı anadan bizə.

 2

 

 



Arı  şandan  ayrıla  bilmədiyi  kimi,  biz  də 

Bəhmən  şeirlərindən  ayrıla  bilmirik.  “Çətin”  

adlı təcnisində də nadanla kamil insanı üz-üzə 

qoyur, öz təcnisində təzad yaradır. Məsələn:  

Dəmir yumşalacaq, daş islanacaq, 

Nadan yetişəcək kamala çətin!  

Ömür uzanacaq, min il olacaq, 

İnsan bu dünyadan kam ala, çətin!

1

  

“Al lala”  təcnisində gözəl qadınla Uldu-



zu,  Ayı,  Günəşi    müqayisə  edir.  Təcnisə 

                                                           

2

 Yenə orada,  səh 31 



1

 Bəhmən  Vətənoğlu “Allahsız dünya”, Bakı, Gənclik, 1992,  

səh 32 



 

    


443

 

 



ilmələr  vurur,  yaddaqalan  allı-güllü  lövhə 

yaradır:  

Saat gözəl, həftə gözəl, ay gözəl, 

Günəş gözəl, Ulduz gözəl, Ay gözəl.  

Həsrətindən tutulubdu Ay gözəl, 

Gərək sən dil öyrədəsən, a lala!

2

 

 



Tufarqanlı  Abbasda,  Şair  Cavadda  

“Ayağa  məni”    rədifli  təcnislər  mövcuddur. 

Bəhmən rədifi dəyişir,  “Ayağa sənsən”  rədifi 

ilə əvəz edir və Allaha müraciətlə deyir:  

 

Bəzən qaldıran da məni göylərə, 



Bəzən yendirən də ayağa sənsən.  

Bəzən çiçək kimi açan könlümü, 

Bəzən yandıran da, ay ağa sənsən.

3

 



 

Bəhmənin  sənətkarlığı  ondadır  ki,  hər 

sözü  məqamında  deyir.  Söz  cümlədə  elə 

sıralanır  ki,  misra  daxilində  öz  yüksək 

mənasını kəsb edir. “Yaradan öldüm”   rədifli 

təcnisi  həm  də  təzadlı  bir  şeirdir.  Onun 

mənası, məzmunu hikmətlə doludur:  

Yolunda can verdim, o, inanmadı, 

Ölümüm də gəldi yaradan oldum.  

                                                           

2

  Yenə orada, səh 32 



3

  Yenə  orada,  səh 33 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə