1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə94/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   90   91   92   93   94   95   96   97   98

 

    


449

 

 



yaradıcılığına  bağlı  tədqiqatçı-şairdir.  Onun 

təcnis  haqqında  çox  qiymətli  yazıları  var. 

Onun  qoşmalarını  aşıqlar  oxuyur.  Məmməd 

Aslanın  bir  təcnisini  burada  nümunə  veririk. 

Təcnisin  binası  nə  qədər  dəqiq  ölçüdə 

qurulmuşdur: 

 

Gün batanda yem axtarar yarasa



Qızılquş şikara o başdan çıxar. 

Hər gün bir xilqətdə qalmayır dünya, 

Bu baş zülmət çökər, o baş dan çıxar.  

 

*** 



Dad dünyanın bişmişindən, çiyindən, 

Seç qartal səsini, bil cik-ciyindən, 

Bir baş fır bağlasa əyər çiyindən, 

Nə pislik istəsən, o başdan çıxar. 

 

 

*** 



Dünya pay-puşt olub, gediş birdəndi, 

Gəliş uzun çəkir, gediş birdəndi, 

Dünya dəyirmandı Məmməd bir dəndi, 

Bu başdan düşməmiş o başdan çıxar.  

 

El  şairləri  içərisində  Alqayıt  xüsusi 



mövqeyə  malikdir.  Toy  mağarına  daxil  olub, 

müsiqiçilərə qulaq assan, istər xanəndə olsun, 

istərsə də aşıq burada Alqayıtın şeirləri mahnı 

kimi səslənir, könülləri oxşayır. Arazın o tayı 

da,  bu  tayı  da  Alqayıtı  yaxşı  tanıyır.  Alqayıt 



 

    


450

 

 



şeirlərini  bədahətən  söyləyir,  o,  həmişə 

təbinin  gücünə  arxalanır.  Onun  təcnisləri  də 

qoşması  qədər  bədii  gücü  ilə  seçilir. 

Qoşmalarında  olduğu  kimi,  təcnislərində  də 

təbiətlə  ana-bala  ilə  danışan  kimi  danışır. 

Onun təcnisinin bir bəndinə diqqət yetirək: 

 

Yazda bu dağların əsən küləyi, 



Zirvədən başlayıb sərin əsərdi, 

Murov, Muşov elə baxdı Göygölə, 

Kəpəz yaylığını sərinə sərdi.  

 

Burada  Kəpəz  Murovun  böyük  maraqla 



Göy-gölə  baxmasından  qısqanır,  yaylığını 

sərinə-başına 

sərir  ki,  onlar  Göygölü 

görməsinlər.  Bundan  əlavə,  Alqayıtın  başqa 

bir təcnisini bütöv şəkildə yazıya almışıq: 

Vətən diləmişdim, sən isə fələk, 

Bir yazdın qürbətə, bir də yaz məni.  

Ya qismət sahilə çıxam çıxmayam, 

Bir dərin gözləyir, bir dayaz məni.  

 

 



*** 

Qəmi duymayandan qəm qatarından, 

Qəmsizin qəminə qəm qat arından, 

Siyahı tutsalar qəm qatarından, 

Bir də çək adımı, bir də yaz məni.  

 

 



*** 

Alqayıtam, həsrət qalmışam yara, 




 

    


451

 

 



Yaranlar qəbrimi dərindən yara

Hicrandan köksümə vurulan yara, 

Bir payız incidər, bir də yaz məni.  

 

Müasirlərimizin 



şeirləri 

içərisində 

Məmməd  İlqarın  təcnisi  daha  böyük  şöhrət 

qazanıb,  əvəz  olunmaz  bir inci  kimi  aşıqların 

dilindən 

düşmür. 


Təcnisin 

forması 


məzmunundan, məzmunu  formasından  gözəl-

dir. Məmməd İlqar öz təcnisini yaratmaq üçün 

elə  bakirə,  elə  orijinal  cinaslar  seçmişdir  ki, 

demək  olar  ki,  o  cinaslar  indiyə  qədər 

özündən 

əvvəlki  təcnis  yaradıcılarının, 

özündən  sonra  gələn  təcnis  yaradıcılarının 

təcnisinə  gəlməmişdir.  Onun  təcnis  binasının 

kərpici,  daşı,  xüsusi  materialdan  hazırlanmış, 

o  bina  zövqlə  tikilmişdir.  Təcnisi  bütöv 

şəkildə oxuyanlar  sözümün nə qədər həqiqətə 

yaxın  olduğunu  görərlər.  Məmməd  İlqar  öz 

təcnisini belə başlayır, belə tamamlayır: 

 

Ay Allah, belə də gözəl olarmı? 



Kimdir qələm çəkən, nə gözəl çəkir. 

Üz-üzə, göz-gözə sehrlənmişik, 

Nə gözəl əl çəkir, nə göz əl çəkir.  

*** 


Şəhla gözlüm, gözəllikdə bircə sən, 

Bu güllükdə bir mən olum, bir də sən, 




 

    


452

 

 



Arıya bax, gül üstündə bircə sən, 

Gör gülün nazını nə gözəl çəkir.  

*** 

Gəl salma Məmmədi gözündən, gözəl, 



Gözüm gözmü görüb gözündən gözəl? 

Mən yazıq neyləyim gözündən gözəl, 

Nə bir könül doyub, nə göz əl çəkir.  

 

Sevindirici haldır ki,  çağdaş  dövrdə də 



təcnisə  meyl  göstərən  və  yeni-yeni  təcnis 

nümunələri  yaradanlar  vardır.  Bunlardan  biri 

də  Həsən  Göyçəlidir.  Həsən  Göyçəli  öz 

təcnisini  yaradarkən,    güzəranı  ilə,  tay-

tuşlarının  psixologiyası  ilə  bağlı  maraqlı  

əhvalatlara toxunur, yaradacağı təcnisə uyğun 

olaraq  işlənməmiş  cinaslardan  bacarıqla 

istifadə edir: 

                              

Əmliyi zirvədə, şişdə yeyəsən, 

Lilparlı bulaqda,  şişdə yeyəsən, 

Kabab sulu xoşdur, şişdə yeyəsən, 

Çəkəsən dişinə ha pişə-pişə. 

  Ana  südü  ilə  bəslənmiş  quzuya  əmlik 

deyilir.  Əmliyi  xüsusi  bəsləyib,  mötəbər 

adamlara  kəsirlər.  Həsən  Göyçəli  əmliyi 

harda  kəsməyin,  kabab  bişirməyin,  onu  necə 

yeməyin  təsvirini  elə  verir  ki,  insan  özünü 

təbiətlə təmasda görür. Kababı lilparlı bulağın 



 

    


453

 

 



yanında,  şiş  təpə  üstündə  yeməyi  məsləhət 

bilir.  “Kabab  sulu  xoşdur,  şişdə  yeyəsən, 

Çəkəsən dişinə, ha pişə-pişə”. 

El  arasında  belə  bir  söz  var  ki,  kababı 

qanlı-qanlı,  yəni  tam  bişməmiş  yemək 

lazımdır. 

Həsən  Göyçəli  hər  təcnisində  yeni 

cinaslar  axtarıb  tapır.  O,  çalışır  ki,  ayrı-ayrı 

bəndlərdə  təbiət  lövhələri  yaratsın.  Onun 

müşahidələri  nə  qədər  düşündürücüdür, 

yaratmağa imkan yaradır. Məna yüküylə dolu 

bəndlər, misralar var: 

                 

 

Ay qoca olanda cavan görünür



Olur cavan çağda ay para-para. 

 

Ay təzə doğanda bədirlənir, ayın parası 



görünür.  Ayın  sonuna  qədər  ay  böyüyür, 

bütövləşir.  Ayın  bu  görkəminə  “ay  qocalıb” 

deyirlər.  Həmin  təcnisin  möhür    bəndində 

bülbülü  nişan  alan  ovçuya  tövsiyə  edir  ki, 

bülbülü  vurma,  ürəyini  paralama.  Bülbülə 

müraciət edir ki, susma bülbül, gül üçün oxu: 

 

Susma bülbül, gülün üçün oxu, yan, 



Yoxdur səntək həsrət-həsrət oxuyan. 

Ovçu, onu  vurma, tuşla oxu yan, 

Eyləmə ürəyin, ay para-para. 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə