1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə96/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   90   91   92   93   94   95   96   97   98

 

    


459

 

 



Gözə sürmə, ələ belə boya bax, 

Dedim Həsən, bu gözəldə boya bax, 

Naz-qəmzə etdikcə yaraşıqlanar. 

 

“Bu  boya  gözəl”  rədifli  təcnisində 



gözəli elə tərif edir ki, cinaslar dolğunluğu ilə 

ürək  titrədir.  Həsənin  hər  şeydən  öncə, 

müşahidəsi 

təbiətdən 

gözəl 

detallar 



seçməsidir. Çəmənzarda  çələng hörmək üçün 

lalə,  nərgiz,  inci  dərən  aşıq  əvvəl  inci  dər 

ifadəsini  “Bəd  qohumun  tənə  sözü  incidər” 

ifadəsinə qarşılıq olaraq işlədir. Bu təcnis həm 

də ustadnamə səviyyəsinə qaldırılmışdır: 

 

Həsən, axtar çələng üçün inci  dər



Çəmənlikdə lalə, nərgiz, inci dər. 

Bəd qohumun tənə sözü incidər, 

Tikan təkin ya göynədər, ya batar. 

 

Aşıq 



Sirac 

Şəkinin 


Layisqi 

kəndindəndir.  Əlli  ildən  artıq  Gəncədə  və 

onun  ətraf  rayonlarında    aşıqlıq  etmişdir.  O, 

özünü  ustad  aşıq  Molla  Cümənin    nəsil 

soyundan  hesab  edir.  Həqiqətən,  o,  Molla 

Cümənin  yaradıcılığını,  Tufarqanlı  Abbasın 

“Abbas  və  Gülgəz”  dastanını  çox  aşıqdan 

fərqli  olaraq  dərindən  bilirdi.  Sirac  öz  şeir 

yaradıcılığında  hər  iki  ustad  sənətkarın  

müraciət  etdikləri  şeir  formalarına  meyl 




 

    


460

 

 



göstərmiş  və  özü  də  yeni  şeir  nümunələri 

yaratmışdır. Aşıq Sirac təcnis və cığalı təcnis 

nümunələri  də  yaratmışdır.  “Mənə”  rədifli 

təcnisinin birinci bəndi belədir: 

Yar, naməni görüb çox şad oldum, 

Salamın söylədi bu yazı mənə. 

Həsrətini çəkdim axır yad oldum, 

Sən haram elədin bu yazı mənə. 

 

Klassik  aşıqlarımız  təcnisləri  bəzən  



müəmma 

şəklində,  mürəkkəb  formada, 

qıfılbəndi  əvəz  edəcək  bir  səviyyədə 

yaratmışdılar.  Sirac  kimi  müasir  aşıqlar 

təcnisi  elə  sadə  şəkildə  yaradırlar  ki,  bəzən 

izaha,  təhlilə  ehtiyac  qalmır.  Təcnisin  son 

bəndi seçmə cinaslarla qurulmuşdur: 

 

Kimsəm yoxdur, yatan bəxtim oyada, 



Qorxuram ki, dərd sinəmi oya da, 

Sirac sevdi, sənsə getdin o yada, 

Qismət imiş haqdan bu yazı mənə. 

 

Birinci 



misrada 

bəxtinin 

oyadıl-

masından, ikincidə dərddən sinəsinin oyulma-



sından,  üçüncü  misrada  isə  sevgilisinin  yada 

qismət  olmasından  bəhs  edir  və  bunların 

hamısının  haqq  tərəfindən  yazılmış  olduğunu 

bildirir.  “Onu”  rədifli  təcnisinin  birinci 




 

    


461

 

 



bəndində dəyərli, elmi təhlilə möhtac olan bir 

məsələdən bəhs edilir: 

 

 

Dörd müqəddəs kitab gəlib insana, 



İrs qoyub gediblər nəbilər onu. 

Əlli üç məsail, on da vacibat, 

Vacibi bilməyən nə bilər onu.   

 

 Birinci  misrada  dörd  kitab  dedikdə, 



İsanın  “İncil”ini,  Musanın  “Tövrat”ını, 

Davudun    “Zabur”unu  və  Məhəmməd  Pey-

ğəmbərə  gəlmiş  “Quran”ı  xatırladır  və 

bunların  nəbilər  tərəfindən,  yəni  peyğəm-

bərlər 

tərəfindən 



irs 

olaraq 


qoyulub 

gedildiyini  yada  salır.  Üçüncü,  dördüncü 

misrada  əlli  üç    məsaildən,  on  vacibatdan 

bəhs  olunur.  Məsail  ərəbcə  hadisələrin  cəmi 

deməkdir,  adi  hadisələrin    yox,  dini  hadi-

sələrin. Dirili Qurbani   əlli üç məsail yaradır, 

on  vacibatdan  söz  açır.  Ona  görə  də  aşıqlar 

bəzən  Dirili  Qurbaninin    məsailini  əlli  üç, 

vacibatla  birlikdə  altmış  üç  bilirlər.  Bu 

ənənəni  Tufarqanlı  Abbas,  Xəstə  Qasım, 

Şəmkirli  Hüseyn  və  Aşıq  Ələsgər  davam 

etdirmişlər. 

Şəmkirli  Aşıq  Hüseyn  öz  məsailini 

zəncirləmə,  Aşıq  Ələsgər  isə  meracnamə 




 

    


462

 

 



şəklində    təqdim  etmişdir.  “Göyçək”  rədifli 

təcnisinin birinci bəndində deyir: 

 

Əzəl gündən  sənə oldum yar,aşıq, 



Zər-zibadan geymək xoşdur yaraşıq. 

Deyirlər Leylidə yoxmuş yaraşıq, 

Görünüb Məcnunun gözündə göyçək. 

 

Burada  aşıq  bir  məsələyə  işarə  edir. 



Məcnuna  deyirlər  ki,  Leylidə  nə  gözəllik  var 

ki,  belə  cövrü-cəfa  çəkirsən.  Məcnun  cavab 

verir ki, “sən ona Məcnunun gözü ilə bax.” 

Bir 


cinas 

gəraylısında 

Aşıq  öz 

müşahidəsini belə tamamlayır:  

 

Eşq oduna səməndərəm, 



Sinəmdə var od hasarı. 

Pərvanələr dəstə-dəstə, 

Uçur gəlir oda sarı. 

 

          Aşıq  Sirac  sayca  yeddi  cığalı  təcnis 



yaratmışdır.  Onlardan  “Ay  daşa-daşa”  cığalı 

təcnisindən bir parça nümunə veririk:  

 

Taleyimi dedim, fələk, yaxşı yaz, 



 İmtahan et, hicran dərsim yaxşı yaz, 

 

Aşıq  deyər yaxşı yaz, 



Gözəl bahar, yaxşı yaz, 


 

    


463

 

 



Yaman günə qələm çək, 

Yaxşı günü yaxşı yaz. 

Heç olmadı mənə qismət yaxşı yaz, 

Günlərim xoş keçə,  ay daşa-daşa. 

 

Müasir 


aşıq 

poeziyasında 

təcnis 

nümunələri  sadə  və  anlaşıqlıdır.  Aşıq  Siracın 



təcnisləri də  bu üsulla yaradılmışdır. 

Müasirlərimizdən  İmam  Cəmilli  də 

təcnis  şeir  janrında  qələmini  sınamışdır.  O, 

“Gözəldən” təcnisində yazır: 

 

Nadan oğlu, qürrələnmə, öyünmə, 



Bəxt gətirib, zəmin verib  gözəldən. 

Ağıl çaşğın dolansa da sər-səri

Əl çəkərmi göz gördüyü gözəldən?

135


 

İmam  Cəmillinin    bundan  sonra  cığalı 

təcnis növünə müraciət etməsi göstərir ki, onu 

aşıq  şeirinin  təcnis  janrı  çox  maraqlandırır. 

Onu  özünə  cəlb  edən  daha  çox  dil 

əlvanlığıdır. Bunu “Sərindən” cığalı təcnisi də 

təsdiq  etməkdədir.  Həmin  təcnisin  ilk 

bəndində deyilir: 

 

Ay dostum, həmkarım, ürək sirdaşım, 



Gəl gedək dincələk dağlar sərində. 

                                                           

135

 İmam Cəmilli. Qəlbimdə boy atmış çiçək ol, çiçək. Bakı. 



2009. səh.141 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə