1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə97/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   90   91   92   93   94   95   96   97   98

 

    


464

 

 



Mən aşiqəm sərində, 

Aləm gülür sərində 

Birgə gedək seyr edək, 

Uca dağlar sərində. 

Telini darasın səhərin mehi, 

Bənövşəli zirvə, dağlar sərində.

136

 

 



Daşkəsənli  Aşıq  Afiq  Sönməz    aşıq 

yaradıcılığı  ilə  xeyli vaxtdı  məşğuldur.  Onun 

ən  çox  meyl  etdiyi  təcnis  aşıq  şeiridir.  Üç 

bəndlik  “Süz  mənə”  təcnisinin  möhür 

bəndində deyir:  

 

Yazıq Fərhad sevdin Şirin canı sən, 



Yar yolunda qoydun şirin canı sən. 

Bu Sönməz Afiqin şirin canısan, 

Məndən ayrı oynama nə, süzmə nə. 

 

Müasir  təcnis  yaradıcıları  klassiklərdən 



fərqli  olaraq  təcnis  yaradıcılığına  başqa 

istiqamətdən 

yanaşırlar. 

Çalışırlar 

ki, 

işlədilmiş  qafiyələrə  yeni  məna  versinlər. 



Bəzən  təcnisi  qoşmalardan  az  fərqləndirirlər. 

“Yarı sən” təcnisində deyir:  

 

 

Bu  Sönməz Afiqin təkcə mənisən, 



                                                           

136


 İmam Cəmilli. Qəlbimdə boy atmış çiçək ol, çiçək. Bakı. 

2009. səh.145 




 

    


465

 

 



Yar mənsiz gəzirsən, tək çəməni sən. 

Günahkar görmə, gəl təkcə məni sən

Bu günahda yarı mənəm, yarı sən. 

 

Aşıq  Afiq  cığalı  təcnis  növünü 



yaratmağa  da  cəsarət  göstərmişdir.  “A  dala-

dala”  cığalı  təcnisini  aşağıdakı  şəkildə 

tamamlayır: 

 

Sönməz Afiq, laçın deyil qarqalar, 



Naşı girsə dəryalarda qərq alar. 

     Aşıq deyər qarqalar, 

     Silsilədə qar qalar. 

     Tərlanla cəngə çıxsa, 

     Nə eyləyər qarqalar.  

Hər nə qədər ərşə çıxsa qarqalar, 

Yenə dal  deyirlər,  a dala-dala.  

                         (dal - qarğa deməkdir) 

 

Burada  XVI əsrdən başlayaraq yazılı və 



şifahi ədəbiyyatdan dövrümüzə qədər mövcud 

olan  və  yaranmaqda  olan  təcnis  nümunələri, 

xüsusilə,  aşığın  repertuarında  olan  işlək 

təcnislər  tədqiqata  cəlb  edilmişdir.  Cəsarətlə 

deyə  bilərəm  ki,  çağdaş  dövrdə  təcnisə  meyl 

daha  da  artmışdır.  Bu  dövrdə  yenə  də  Aşıq 

Ələsgər  öz  öncüllüyünü  saxlayır.  Şifahi 

poeziyada təcnisin mahir yaradıcısı kimi qalır 




 

    


466

 

 



və  ön  cərgədə  dayanır.  Məlumdur  ki,  Dirili 

Qurbanidən,  Tufarqanlı  Abbasdan,  Xəstə 

Qasımdan üzü bəri bütün sənətkarlar daha çox 

qoşma  ölçüsündə  təcnislər  yaratmışlar.  Tək-

tək  hallarda  qoşma  ilə  yanaşı  gəraylı 

formasında 

təcnis 

yaratmağa 



meyl 

göstərmişlər.    Şifahi  poeziyada  dodaqdəyməz 

təcnislərin  ilk  nümunələrini    yaradan  Aşıq 

Ələsgər,    hərbə-zorba  meydanında  geşt 

eyləyən  bu  sənətkar  daha  irəli  gedərək 

dodaqdəyməz divanilərin (zəncirləmələrin) də 

bakir 

nümunələrini 



yaratmışdı. 

İki 


dodaqdəyməz 

(zəncirləmə) 

divanisindən 

nümunə veririk:  

 

Əldən getdi ixtiyarın, 



Ah edərsən, gəl deyər; 

Həsrət çəkər ehtidarın, 

Cəhd eylər, istər əsər, 

Ah edərsən, gəl deyər.  

Şindi səni tənzil edər, 

Səd həzarın çətin yetər, 

Ələsgərin dənginə.

1

 



 

Və ya “Gəda” divanisində: 

 

Səyyad isən seyrə  çıxsan, 



                                                           

1

 Aşıq Ələsgər. Bakı. “Elm” nəşriyyatı, 1973. səh 5 




 

    


467

 

 



Gəşt elə dağlara sən, 

Eşq əhlisən ağlarginan, 

Yetişəsən yara sən. 

Yar həsrəti canda getsin

Getsən hər diyara sən

Arı  təki hey sızılda. 

Şirə çək şandan, gəda!

2

 



 

Bütövlükdə,  aşıq  poeziyasının  zirvəsində 

dayandığı  kimi  Aşıq  Ələsgər  yenə  də  təcnis 

yaradıcılığında  öncüllük  edir,  qartal  kimi 

ucalarda qanad çalır.   

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

                                                           



2

 Yenə orada. səh 6  

 



 

    


468

 

 



Son söz əvəzi 

 

           Zamanın  əzəl  çağlarında  mənzum  ata 



sözlərinin,  mənzum  tapmacaların,  ovsunların, 

xalq mərasimlərinin, düzgülərin heca vəzninin 

meydana  çıxmasında    və  formalaşmasında 

müstəsna  rol  oynadıqlarını  inkar  etmək 

olmaz.  Bundan  sonra  aşıq  şeiri  heca  vəzninə 

yeni  həyat  bəxş  etmiş,  ona  qan  və  can 

vermişdir.  Aşığın  sazı  və  sözü  heca  vəznini 

dar cığırdan çıxarmış, onu geniş və şahra yola 

yönəltmişdir.  

 

Heca  vəzni  getdikcə  bitkinləşərək  daha 



da 

zinətlənmiş, 

türk  xalqlarının  çox 

əksəriyyətinin,  o  cümlədən,  azərbaycanlıların 

milli şeir forması olmuşdur.  

 

Türkdilli  xalqlar  arasında,  həmçinin, 



Azərbaycan,  Anadolu,  Orta  Asiya  və  digər 

telli saz sahibi olan türk xalqları arasında heca 

vəzni  vətəndaşlıq  hüququ  qazanmışdır.  Heca 

vəzninin  inkişafında  Yunus  İmrə,  Xətayi, 

Qurbani,  Qaracaoğlan,  Abbas,  Sarı  Aşıq, 

Xəstə  Qasım,  Aşıq  Ələsgər,  Məhdimqulu, 

Molla  Nəpəs,  Cambul  və  bu  kimi  klassik 

sənətkarların  şeir  yaradıcılıqları  böyük  məna 

kəsb etmişdir.  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə