1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə76/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   72   73   74   75   76   77   78   79   ...   98

 

    


362

 

 



 

 

Gəldi bir yaxşı suvar, 



 

 

Gir bağa, yaxşı suvar.  



 

 

Aləmin malı, mülkü, 



 

 

Aşiqin Yaxşısı var.  



 

Bayatı  Q.B.  Zakirə    məxsus  olsa  da, 

burada  Sarı  Aşığın  nəfəsi,  amalı  yaşayır. 

“Aləmin malı, mülkü var”. Amma Sarı Aşığın 

bircə Yaxşısı.  

  Q.B.  Zakir  də  bu  bayatıda  Sarı  Aşığın 

öz  eşqindən  dönməzliyini,  yar  yolunda 

mətinliyini ifadə etmişdir.  

Məhəmməd  bəy  Aşiq  də  Sarı  Aşığı  

Yaxşısız  təsəvvürünə    gətirə  bilmir.  Sarı 

Aşıqla  Yaxşının  eşq  macərası  sonralar  dillər 

əzbəri  olmuş,  çoxları  bu  eşqə  həsəd 

aparmışlar. Çoxları özünü aşığa, sevgilisini də 

Yaxşıya  bənzətmişlər.  Bunlardan  biri  də 

Məhəmməd bəy Aşiqdir:  

   


Qarşıda yaxşı Pəri, 

   


Tərlanın yaxşı pəri. 

   


Mən aşiqdən yaxşıyam, 

   


Yaxşıdan yaxşı, Pəri.  

   


 

   Sarı Aşığın yaratdığı qafiyələr öz döv-

ründə  və  özündən  sonrakı  aşıq  ədəbiyya-

tımızda  təcnis  yaradıcılığının  inkişafında 

mühüm rol oynamışdır.  



 

    


363

 

 



“Məlumdur ki, Sarı Aşıq bayatı ustasıdır. 

Bu  saat  onun  adı  ilə  bağlı  olan  qəbir  də, 

gümbəz  də  zaman  keçdikcə  yer  üzündən 

silinib gedəcək, lakin xalq şeirimizin ən gözəl 

inciləri  olan  Sarı  Aşıq  bayatıları  ürəklərdən 

silinməyəcək, dillərdən düşməyəcəkdir”.

1

 

Çox 



sənətkarlar 

təcnis 


saraylarının 

qapısını açıb oraya daxil ola bilməmiş, yalnız 

bu  sarayın  başına  dolanmışlar.  Zaman  bu 

sarayların  sonralar  qıfılına  açar  salmağı 

bacaran 

tək-tək 


istedadlı 

sənətkarlar 

yetişdirmişdir.  Bunların  sırasında  Zodlu 

Abdullanın  və  Növrəs  İmanın  xüsusi 

mövqeləri  və  bacarıqları  olmuşdur.  Hər 

sahədə,  o  cümlədən,  poeziyada  yenilik 

yaratmaq,  qabağa  getmək,  hər  şeydən  əvvəl, 

aşığın istedadından və bacarığından asılıdır. 

 

 

 



 

 

 



 

 

 



 

 

                                                           



1

 M.H.Təhmasib. Azərbaycan xalq dastanları (orta əsrlər), Bakı, 

“Elm” nəşriyyatı, 1972,  səh 227 



 

    


364

 

 



d) Xəstə Qasım, Molla Pənah Vaqif, 

Qasım bəy Zakir,  Nəbati yaradıcılığında 

təcnis 

Tikmədaşlı 

Xəstə 

Qasım 


aşıq 

yaradıcılığının  bel  sütunudur.

1

  Xəstə  Qasım 



şeirinin  dil  əlvanlığı  xalq  yaradıcılığı 

çeşməsindən,  bayatı  inciləri  xəzinəsindən 

gəlir. 

Xəstə 


Qasım 

şeirinin 

dili 

– 

bayatılarımızın dilidir. O, bu büllur çeşmənin 



gözündən içib.  

Aşıq  şeirinin  inkişaf  xətti  aydınca 

göstərir  ki,  Tufarqanlı  Abbas  XVII  əsrin 

əvvəllərində,  Sarı  Aşıq  bu  əsrin  ortalarında, 

Xəstə Qasım isə XVII əsrin sonu XVIII əsrin 

birinci  yarısında  yazıb-yaratmışdır.  Qüdrətli 

sənətkar  olan  Xəstə  Qasımın  ədəbi  irsi 

içərisində yeddi təcnis, üç cığalı təcnis vardır. 

Xəstə  Qasımın  təcnisləri  və  cığalı  təcnisləri 

bir-birindən  gözəldir.  Xüsusilə,  “Üz  ha,  üz” 

rədifli  cığalı  təcnisi  əvəzsiz  sənət  incisidir. 

Eyni  zamanda,  bu  cığalı  təcnis  məzmununa 

görə, həm də nəsihətamiz bir ustadnamə kimi 

səslənir. 

Əsl  ustalıq  məhz  təcnis  yaratmaqla 

meydana  çıxdığından,  aşıqlar  bu  şeir  növünə 

                                                           

1

 Sədnik Paşa Pirsultanlı, “Aşıq Şəmşirin poetik aləminə 



səyahət”, Bakı, “Təknur”, 2008, səh 209 


 

    


365

 

 



xüsusi 

əhəmiyyət  vermiş,  məharətlərini 

göstərməyə çalışmışlar.  

Aşıq  poeziyasına  dərindən  bələd  olan 

Xəstə  Qasım  təcnisi  yüksək  qiymətləndirərək 

demişdir: 

 

Xəstə Qasım, sözün  yetib tamama, 



Gündoğan, günbatan gələr salama, 

Nə alim işidi, nə də üləma, 

Təcnis mənasının çox hünəri var.

2

 



 

Xəstə  Qasımın  yaratdığı  sənət  inciləri, 

xüsusilə,  təcnis,  qıfılbənd,  ustadnamə  və 

başqa  şeirləri  onun  aşıq  yaradıcılığındakı 

ədəbi mövqeyini yüksək tutmağa və istedadlı 

bir sənətkar olduğunu söyləməyə haqq verir.  

Xəstə  Qasım  şeirlərinin  sənətkarlıq 

xüsusiyyətlərini  araşdırarkən  tamamilə  aydın 

olur  ki,  milli  heca  vəznli  şeirimizin  inkişaf 

tarixində onun xüsusi xidmətləri olmuşdur.

3

 

M.P.Vaqif, Q.B.Zakir, Ə.Nəbati və başqa 



xalq ruhunda şeirlər yazıb-yaradan sənətkarlar 

təcnis  yaradıcılığını  yüksək  qiymətləndirmiş 

və özləri də gözəl təcnislər yaratmışlar. 

                                                           

2

 Xəstə Qasım, (toplayanı və tərtib edəni Sədnik Paşayev), Bakı, 



Gənclik, 1975, müqəddimə, səh 11.  

3

 Sədnik Paşayev, Azərbaycan folkloru və aşıq yaradıcılığı, 



ADUN, Bakı, 1989, səh 72.  


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə