1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə72/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   68   69   70   71   72   73   74   75   ...   98

 

    


345

 

 



təcnisin  evi  yaxşı  qurulub”.  Bu  cümlə  ustad 

aşığın təcnisinə verilən ən yaxşı qiymət hesab 

olunub,  çünki  aşıqlar  təcnisi  memarlıq  əsəri 

kimi  gözəl  quruluşu  olan  bir  binaya 

bənzədiblər.  Onun  hər  yaxşı  tapılmış,  sərrast, 

dürüst  qafiyəsini  təcnis  binasının  bəzəyinə, 

yaraşığına 

oxşadıb 


qiymətləndiriblər. 

Doğrudan  da,  kamil  aşığın  məharəti  təcnisdə 

bilinir.  Hər  aşıq,  hər  sənətkar  təcnis  yarada 

bilməyib.  Axı,  təcnisin  nəinki  bəndləri, 

misrası,  hətta,  sözlə  söz  arasında  da  daxili, 

möhkəm  bir  əlaqə  olmalıdır. Əks təqdirdə,  o, 

dərin  bədii  ifadə  verə  bilməz,  nə  düşüncəyə, 

nə də hissə təsir göstərə bilməz. 

Təcnisə  bir  janr  kimi  cinas  qafiyəli 

bayatılarımız  ilkin  bir  qaynaq  olmuşdur. 

Cinas  qafiyələrin  klassik  nümunələri  şifahi 

xalq yaradıcılığının ən qədim nümu-nələrində, 

xüsusilə, bayatılarda özünü göstərir. Məsələn:  

 

Əzizim, suca hanı? 



Suyun tək suca hanı? 

Mən ləbin təşnəsiyəm, 

Götürsə su cahanı. 

 

Maraqlıdır  ki,  şifahi  xalq  poeziyasının 



əsas yaradıcısı olan analar cinas qafiyələri də 


 

    


346

 

 



məhz  doğma  ana  dilində  olan  sözlərdən 

yaratmışlar: 

 

Ördək göldə üzüşür, 



Çalxalanır, üzüşür, 

Yel əsir, tel dağılır, 

Kölgə düşür, üz üşür.

1

 - 



 

-  bayatısında  və  yüzlərlə  digər  bayatılarda 

bunu  görmək  mümkündür.  Bayatılarımızdakı 

bu  lirizm  və  gözəl  bədii  ifadə,  təsvir 

vasitələri,  incə,  kamil  qafiyələr  aşıq  şeirində 

də  öz  əksini  tapmışdır.  Aşıqlar  baya-

tılarımızdan 

və 


digər 

xalq 


şeir 

nümunələrindən  istifadə  ilə  aşıq  şeirinin 

klassik 

nümunələrini 

yaratmışlar. 

İlk 


nümunələri  bayatılarımızdan  başlayan  cinas 

qafiyələr  aşıq  şeirinə  keçdikcə  təcnislər 

şəklinə düşmüş və yeni formalar qazanmışdır.  

Təcnis  müstəzad  şeir  növü  yaranana  

qədər  bu  yaradıcılıq  prosesi  uzun  çəkmiş, 

sazla əlaqədə yol keçmiş yeni bir şeir şəkilləri 

qazanmışdır  ki,  bunlardan  ən  maraqlısı 

başlanğıcını  yazılı  poeziyadan  alan  şəkildən 

şəkilə düşən, yeni məzmun qazanan müstəzad 

qoşma  və  müstəzad  təcnis  şeir  forması  yeni 

məzmunda meydana çıxmışdır.  

                                                           

1

 Sədnik Paşa Pirsultanlı, Ozan-aşıq sənətinin nəzəri məsələləri, 



Bakı, “Ozan”, 2002, səh 29 


 

    


347

 

 



XVI-XVIII əsrlərdə  şifahi   və  

 yazılı poeziyamızda təcnis  

 

 



a) XVI əsrdə Dirili Qurbani 

yaradıcılığında təcnis şeir şəklinin 

görüntüləri 

 

Aşıq  poeziyası  ilə  yazılı  poeziyanın  əla-

qəsindən 

danışan 


akademik 

Feyzulla 

Qasımzadə  burada  indiyə  qədər  işlənməmiş, 

yerinə  düşən  gərəkli  bir  ifadə  işlədir.  Alim 

“şifahi aşıq poeziyası”

1

 ifadəsini  işlədir. Aşıq 



yaradıcılığı, 

aşıq  sənəti,  doğrudan  da, 

folklorumuzun  canıdır.  Daha  obrazlı  şəkildə 

desək, 


folklorumuzun 

həyatıdır. 

Aşıq 

yaradıcılığı  –  folklorun  yaradıcısı,  daşıyı-



cısıdır.  Hərəkətdə  olan  aşığın  yaradıcılığı 

canlı  folklordur.  Bu  mənada  şifahi  aşıq 

poeziyası ifadəsi yerinə düşür  və onun yazılı 

poeziya  ilə  qoşa  qanad  olduğu  diqqət 

mərkəzinə çəkilir.  

Aşıq  şeirində  təcnisin  ilk  nümunəsinə 

Dirili Qurbani yaradıcılığında təsadüf olunur. 

Dirili  Qurbaninin  təcnisi  sadə  təcnisdir,  onun 

qoşma  variantıdır.  Yəni,  Dirili  Qurbani 

                                                           

1

  Feyzulla Qasımzadə. “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi”.  



Bakı, “Maarif”  nəşriyyatı, 1974, səh 34 


 

    


348

 

 



qoşmanın  qafiyələrini  cinas  kəlmələrdən 

qurmaqla 

onun 

sadə 


təcnis 

şəklini 


yaratmışdır.  Demək,  təcnisin  sadə  növü  ilk 

dəfə  aşıq  şeirimizdə  XVI  əsrdə  meydana 

gəlmişdir.  Elə  buna  görə  də  Dirili  Qurbanini 

hələlik  aşıq  şeirində  təcnisin  ilk  yaradıcısı 

kimi qəbul etməliyik.  

Qurbani 


öz 

təcnislərini 

ustalıqla 

yaratmışdır. Onun demək olar ki, ilkin tapdığı 

cinas qafiyələr, sonralar dönə-dönə həm  aşıq, 

həm  də  bu  səpkidə  yazan  şairlərimizin 

təcnislərinə dərin təsir buraxmışdır. “Üz indi”, 

“Yara  yüz”,  “Bir  də  yaz”  rədifli    təcnislərin  

təkcə  adını  çəkmək  kifayətdir.  Məharətlə 

qoşulmuş  bu  təcnislərdə  həm  gözəl  cinas 

qafiyələr,  həm  də  dərin  lirizm,  böyük 

məhəbbətin tərənnümü  vardır: 

 

Gözəllər yığılıb, qıya baxanda, 



Zülfü dal gərdəndə qıya baxanda, 

Nigar pəncərədən qıya baxanda, 

Ömrümün rişəsin bircə üz indi. 

 

Çox  gözəl  əlamətdir  ki,  Qurbaninin 



cinasları  məhz  azərbaycanca  kəlmələrdən 

qurulmuş  incə  qafiyələrdir.  O,  “Yara  yüz” 

sözlərindən  dörd  mənada,  “bir  də  yaz” 

kəlmələrindən  dörd,  “üz  indi”  sözlərindən  də 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə