1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə68/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   64   65   66   67   68   69   70   71   ...   98

 

    


329

 

 



əzanlar  muğam  üstündə  sədalanmışdır. 

Azərbaycan muğamı ona görə bənzərsizdir ki, 

bir tərəfdən dini musiqiyə əsaslandığı kimi, o 

biri tərəfdən də aşıq musiqisinə, aşıq sənətinə 

söykənərək inkişaf etmişdir.  

Azərbaycan şeir mətnləri, onun bölgüləri, 

ahəng 

qanunu 


və 

digər 


özünəməxsus 

cəhətləri, 

bu 

dilin 


rəngarəng 

çalarları 

Azərbaycan muğamına çox şey bəxş etmişdir. 

Muğam  öz  yolu  ilə,  aşıq  sənəti  öz  yolu  ilə 

inkişaf  etdiyi  halda,  bəstəkarlarımız  hər  iki 

qaynaqdan,  muğam  və  aşıq  sənəti  qaynaq-

larından  yaradıcı  şəkildə  faydalanaraq  ölməz 

operalar, baletlər, simfoniyalar yaratmışlar.  

Azərbaycan  milli  musiqisinin  inkişafı 

sahəsində,  heca  vəznli,  ana  dilli  şeirimizin 

püxtələşməsində 

klassiklərimiz 

böyük 

fədakarlıqlar  göstərmişlər.  Böyük  bəstə-



karımız Üzeyir bəy Hacıbəyov, dünya şöhrətli 

müğənnimiz  Bülbül,  eləcə  də,  böyük 

yaradıcılıq yolu keçmiş Qara Qarayev, Fikrət 

Əmirov və başqaları muğam və aşıq sənətinə 

dərindən  bələd  olmuşlar.  Daha  doğrusu, 

dünyaşöhrətli  sənətkarlarımız  uşaqlıqdan 

muğam və aşıq sənəti mühitində yetişmişlər. 

 

 



 


 

    


330

 

 



 

 

 



 

 

 



 

 

 



Azərbaycan  xalq  musiqisi  vahid  bir 

qaynaq olub, iki əsas qola ayrılır: Saz havaları 

və  muğamlar.  Əgər  birincilər  saza  bağlıdırsa, 

ikincilər  tara  bağlıdır.  Öz  növbəsində  bunlar 

da daxilən ayrı-ayrı hissələrə bölünür.  

Saz  havaları  mahnı  və  rəqsə,  muğamlar 

isə  rəng,  təsnif    və  xalis  muğamlara  (vəznsiz 

musiqiyə)  ayrılır.  Deməli,  bu  saz  havalarında 

muğam, muğamlarda saz havaları ünsürləri və 

motivləri  axtarmaqda  səhv  etmirik.  Hələ 

vaxtilə  Ü.Hacıbəyov  yazırdı:  “Rast”,  “Şur”, 

“Segah”,  “Şüştər”,  “Çahargah”,  “Bayatı-

Şiraz”,  “Humayun”  Azərbaycan  musiqisinin 

yeddi  əsas  ladıdır.  Bunlardan  Azərbaycanda 

ən çox yayılanlar “Şur” və “Segah”dır.  

Xalqımız  arasında  çox  yayılmış  bu  iki 

məşhur  muğamın  saz  havaları  ilə  əlaqəsi 

inkaredilməz 

faktdır. 

Uzun 


müddətli 

müşahidələrimizə  və  mütəxəssislərlə  əlaqəli 



X A L Q       M U S İ Q İ S İ  

A Ş I Q   S Ə N Ə T İ  

X A L Q       M U Ğ A M L A R I  

M a h n ı  

R ə q s  

    R ə n g l ə r  

T ə s n i f l ə r  

X a l i s  

m u ğ a m l a r    


 

    


331

 

 



tədqiqlərimizə 

əsasən  deyə  bilərik  ki, 

yurdumuzun  Qərb  zonasında  “Segah”a,  Şərq 

zonasında isə  “Şur”a meyl daha güclüdür.  

Aşıq 

sənəti 


– 

ümumilikdə 

aşıq 

yaradıcılığının  canıdır,  qanıdır,  sözün  əsl 



mənasında,  onun  həyatıdır.  Hər  kəsi  aşıqlıq 

sənətinə 

yönəldən, 

ilk 


növbədə 

onun 


məlahətli səsidir, onu aşıq kimi formalaşdıran 

əlindəki  sazıdır.  Aşığı  sazsız  təsəvvür  etmək 

çətindir.  Aşığı  bu  sənətin  beş  ünsürü 

formalaşdırıb, 

müstəqil 

sənətkar 

kimi 

yetişdirib, sənət meydanına çıxarıb:  



 

1.

 



Səs – avaz;  

2.

 



Saz – musiqi;  

3.

 



Şeir – mahnı;  

4.

 



Rəqs və ya tərzi-hərəkət

5.

 



Aktyorluq və natiqlik; 

 

Professor  Bülbül  qeyd  edirdi  ki,  ifa 



zamanı  beş  ünsürlə  yanaşı,  nəqarət  və 

diringilərin də özünəməxsus rolu vardır.  

Bu  sinkretik  sənəti  təkmilləşdirən  və 

inkişaf etdirən improvizasiyadır.  

Ladlar  muğamın  kökləridir,  buna  aşıq 

sənətində  sazın  kökləri  deyilir.  Üzeyir 

Hacıbəyov yazır ki, “ladlar üzərində vokal və 



 

    


332

 

 



çalğı  gəzişməsi  (improvizasiya)”  musiqi 

ifadələrini xanələrə tətbiq etməyə qoymur.

1

 

Aşıq  sənətinin  varlığı  improvizasiyadır. 



Hər  bir  aşıq  improvizator  olduğu  üçün  ifa 

zamanı  sazın  əsas  ahəngi  qalmaqla,  saz 

havasını  bənzərsiz  edir,  yəni  aşıq  hər  bir 

havaya  yeni  çalarlar  əlavə  edir  və  yaxud  da 

havanın  bitkin  formasını  ifa  zamanı 

dəyişdirir.  Şərti  olaraq  sinkretik  aşıq  sənətini 

strategiya  hesab  etsək,  improvizasiya  onun 

tez-tez  dəyişən  taktikasıdır.  Bu  strategiyanın 

arsenalından  taktiki  gedişlər  edən  hər  bir 

improvizator  aşıq  öz  istedad  və  qabiliyyətinə 

görə  istifadə  edir.  Bax,  sinkretik    aşıq 

sənətinin sirli-sehrli, tədqiqata möhtac nöqtəsi 

buradadır.  

Sinkretik  aşıq  sənətinin  döyünən  ürəyi 

imrovizasiyasıdır. 

Aşığı 


 

fərqləndirən 

məlahətli  səsidir  və  bir  də  oxumaqla, 

çalmaqla  bağlı  onun  improvizasiyasıdır.  

İmprovizasiya sinkretik aşıq sənətinin işlək və 

dəyişkən mühərrikidir.  

Hər  bir  saz  havasının  kökü  bir  muğama 

bağlıdır.  Muğamlarla  saz  havasını  bənzərsiz 

                                                           

1

 Üzeyir Hacıbəyov. Azərbaycan xalq musiqisinin əsasları. AEA 



Nəşriyyatı, Bakı, 1950, səh 103 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə